Modern.az

Türkiyədə dəhşətli zəlzələ: çoxlu ölən və yaralanan var (FOTOLAR)

Türkiyədə dəhşətli zəlzələ: çoxlu ölən və yaralanan var (FOTOLAR)

Ölkə

23 Oktyabr 2011, 20:56


Oktyabrın 23-də saat 15:41 radələrində Türkiyənin Şərqi Anadolu bölgəsində episentri Van şəhəri olmaqla rixter cədvəlilə  7.2 gücündə zəlzələ baş verib. İlkin məlumata görə, dəhşətli yeraltı təkanlar nəticəsində 100-dək adam həlak olub və çoxlu yaralanan var. Bir çox binalar uçub. Dağıntılar altında qalanlar olduğundan ölənlərin sayının artacağı istisna edilmir.
Yerin 5 km dərinliyində baş verən zəlzələ 25 saniyə davam edib.

Zəlzələ Türkiyənin Ərzurum, itlis, Bingöl, Diyarbəkir, İğdır, Şanlıurfa, Qars, Ərdahan, Ağrı bölgələrində də hiss olunub.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan təcili olaraq Vana gəlib. Ərdoğanı bəzi nazirlər və millət vəkilləri də müşayiət edir. Türk Qızıl Aypara Cəmiyyətiinin xilasetmə briqadaları, hökumət qüvvələri hadisə yerinə cəlb olunublar.

Boğaziçi Universiteti Şamlı Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun müdiri, professor Mustafa Erdik bildirib: “Təxmini can itkinlərinə baxsaq, bunlar bizim heç istəmədiyimiz rəqəmlərdir... Bizim təxminimiz 710 ətrafında, amma bu 500 də ola bilər, 1000 də ola bilər. Bunlar çox təxmini rəqəmlərdir”.

Yeraltı təkanlar Azərbaycan ərazisində - Naxçıvanda da hiss olunub. Respublika Seysmoloji Xidmətdən verilən məlumata görə, Naxçıvanda hiss olunan zəlzələ 3- 3,5 bal gücündə olub və hər hansı dağıntı müşahidə edilməyib.






Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi