Modern.az

Azərbaycandan Türkiyəyə kömək getdi

Azərbaycandan Türkiyəyə kömək getdi

23 Oktyabr 2011, 21:22


Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 120 nəfərdən ibarət xilasedici dəstəsi müvafiq avadanlıqlar və xüsusi təlim keçmiş itlərlə 23 oktyabr 2011-ci il tarixində saat 20:00-da Türkiyənin zəlzələ baş verən bölgəsinə yola düşüb. Modern.az-ın məlumatına göə, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

23 oktyabr 2011-ci il tarixində Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı titrəyişlər Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Güclü dağıntıların olduğu və eyni zamanda  dağıntılar altında çoxlu insanların qaldığı bildirilir.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir