Modern.az

Azərbaycan Türkiyəyə kömək üçün ikinci təyyarə göndərdi

Azərbaycan Türkiyəyə kömək üçün ikinci təyyarə göndərdi

Ölkə

24 Oktyabr 2011, 09:58


Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək məqsədilə 2-ci təyyarə Bakıdan qardaş ölkəyə göndərilib. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinaddən bildirir ki, təyyarə artıq Turkiyə respublikasının Van şəhərinə çatıb, boşaldılmasına başlanılıb.  Xilasedicilərinmiz artıq 10 uçqun sahəsində xilasetmə işlərini davam etdirirlər. 1-ci qrup dağıntılar altından bir qadın meyidi, 2-ci qrup isə 45-50 yaşlarında kişi meyidi aşkar edib. Digər qrup isə uçqun altından insan səsi aşkar edərək həmin istiqamətdə axtarış xilasetmə işlərini davam etdirir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 145 nəfər xilasedicisi xilasetmə avdanlıqları və xüsusi təlim keçmiş itləri ilə eyni zamanda özlərinin fəaliyyətini təmin edəcək avadanlıq və ehtiyyatlarla birlikdə bir İL-76 markalı təyyarə ilə 23 oktyabr 2011-ci il tarixində Van şəhərinə göndərilib.

Dağıdıcı zəlzələnin qurbanlarının sayı isə artmaqdadır.

Twrkiy'nin daxili işlər naziri İdris Naim Şahin ötən gün Van vilayətində baş vermiş 7,2 balıq zəlzələdə ölənlərin sayını açıqlayıb. "Doğan” xəbər agentliyinin Bakı vaxtıyla 06.40-ya olan məlumatına görə, zəlzələ nəticəsində 217 nəfər ölüb. Nazir 1090 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarəti aldığını deyib.

Qeyd edək ki, ərazidə xilasetmə və axtarış işləri davam edir, ölü və yaralı sayının çoxalacağı istisna edilmir.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı