Modern.az

Azərbaycanda qızların nikah yaşı qaldırılır

Azərbaycanda qızların nikah yaşı qaldırılır

Ölkə

24 Oktyabr 2011, 17:30

Azərbaycanda qızların nikah yaşı qaldırılır.  Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
“Oktyabrın 26-da Milli Məclisin Sosial siyasət komitəsində qızların nikah yaşının artırılması ilə bağlı məsələ müzakirə olunacaq. Hazırlayacağımız qanun layihəsi ilə Ailə Məcəlləsinə əlavə və dəyişiklik edəcəyik”- deyə Hadi Rəcəbli bildirib.

Onun sözlərinə görə, həmin qanun layihəsinə görə, Azərbaycanda qızlar və oğlanlar üçün nikah yaşı 18 olacaq.

“Amma qızlara üçün müstəsna hallarda nikaha bir qədər erkən girməyə icazə də veriləcək. Məsələn, qız hamilə olanda, valideynləri ölüm ayağında olanda və s. kimi nadir hallarda qızların bir il tez, yəni 17 yaşında evlənməsinə icazə veriləcək.”

Qeyd edək ki, hazırda Azərbaycanda qızlar üçün nikah yaşı 17 yaş müəyyənləşib və nadir hallarda onların bir il tez, yəni 16 yaşında evlənməsinə icazə verilir.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır