Arxiv
7 Noyabr 2018, 11:37 | İQTİSADİYYAT
Maliyyə naziri maaş və pensiya artımından DANIŞDI  

“Cari ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması qərarı verilib”.

Modern.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin komitələrinin birgə iclasında deyib. Nazir bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur. Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb.

Nazir qeyd edib ki, eyni zamanda, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayrılması nəzərdə tutulub.

S.Şərifov bildirib ki, dövlət büdcəsi layihəsində ölkəmizin beynəlxalq fəaliyyəti, beynəlxalq təşkilatlarda təmsil olunması ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 207 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.


Nazir deyib ki, həmin vəsaitin 115 milyon manatı Azərbaycan Respublikasının xaricdə diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması ilə bağlıdır. Təxminən 4 milyon manat ölkəmizin xaricdəki ticarət nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsi xərcləridir. 4,2 milyon manat ölkəmizin xarici dövlətlərdəki mədəniyyət mərkəzlərinin fəaliyyətinin təmini ilə bağlıdır.

“Digər tərəfdən isə üzvlük haqları ilə əlaqədar vəsaitlər nəzərdə tutulur. 23 milyon manat beynəlxalq maliyyə kreditinin, 24 milyon manat ictimai-siyasi təşkilatlara üzvlük haqqı xərclərinin maliyyə təminatına ayrılıb. Xarici dövlətlərdə ölkəmizin diaspora təşkilatlarının formalaşdırlması və möhkəmləndirilməsi məqsədlərinə də vəsait ayrılır. Ümumiyyətlə, ölkəmiz tərəfindən çox aktiv beynəlxalq fəaliyyət həyata keçirilməkdədir. Bu fəaliyyətin təmin edilməsi üçün dövlət büdcəsindən müxtəlif istiqamətlər üzrə vəsaitin ayrılması təmin olunub”,- deyə S.Şərifov qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qarabağ”ın Bakı sınağı 17 İyul 2019, 21:13 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47 Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30 İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16 “Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33