Modern.az

“Elmə, təhsilə nəzərdə tutulan vəsait çox azdır”

“Elmə, təhsilə nəzərdə tutulan vəsait çox azdır”

Təhsil

7 Noyabr 2018, 12:59

“Elmə, təhsilə nəzərdə tutulan vəsait çox azdır, bu artırılmalıdır. Bu vəsaitlə elmin, təhsilin ciddi inkişafından danışmaq olmaz”.

Modern.az-ın məlumatına görə, bunu deputat Fəzail Ağamalı parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib. Deputat qeyd edib ki, bu gün Azərbaycandan xaricə beyin axını problemi var.

“Məndə olan məlumata görə, bir çox gənclərimiz burada aldıqları əməkhaqları çox az olduğundan elmlə məşğul olmaq üçün xarici ölkələrə üz tuturlar. Bu, bizi ciddi şəkildə narahat etməli və düşündürməlidir. Məsələn, bu gün İsraildə ildə elmə ən azı 16 milyard dollar vəsait ayrılır və bunun nəticəsidir ki, cəmi 8 -9 milyonluq bir xalq dünyaya az qala hökmranlıq edir. Ona görə də bizdə elmə, təhsilə ciddi diqqət yetirilməli, maliyyə vəsaitləri qat-qat artırılmalıdır. İslahatlar gücləndirilməlidir, xeyir gətirməyən sahələrdən, elmi müəssisələrdən qurtarmaq lazımdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır