Arxiv
7 Noyabr 2018, 15:23 | TƏHSİL
“Samir Şərifovun universitetlərimizə etimadı yoxdur” - Təhsil eksperti nazirin fikrini PİSLƏDİ

Maliyyə naziri Samir Şərifov 2019-cu ilin büdcə müzakirələri zamanı tələbə kreditlərin verilməsinə qarşı çıxıb. Nazir bildirib ki, tələbə krediti alanların gələcəkdə həmin vəsaiti geri qaytarması sual doğurur.

Ölkənin maliyyə qurumuna rəhbərlik edən rəsmi şəxsin bu cür çıxış etməsi cəmiyyətdə, xüsusəndə tələbə zümrəsində birmənalı qarşılanmayıb. 


Təhsil eksperti Etibar Əliyev Modern.az-ın əməkdaşı ilə söhbətdə bu məsələdən danışıb.


Etibar Əliyev hesab edir ki, bütün dünyada, xüsusən Boloniya bəyamnaməsinə üzv olan ölkələrin 90 faizində tələbə kreditləri verilir:

“Boloniya bəyamnaməsinə üzv olan ölkələrin 90 faizində tələbə kreditləri verilir. Bu kreditləri çox kiçik - 1-3 fazilə verirlər və uzunmüddətli olur. Bu o deməkdir ki, ölkənin bank sistemləri və yaxut maliyyə qurumlarının öz ali məktəblərinə etimadı var. Belə bir etimad mühiti yaradılıb. Həmin ölkələrdə düşünürlər ki, kredit alan məzunların böyük hissəsi nə vaxtsa işlə təmin olunacaq və aldıqları kretitləri kiçik faizlə geri qaytaracaqlar”.


Təhsil eksperti maliyyə naziri Samir Şərifovun belə çıxış etməsini onun bizim universitetlərə bel bağlamaması ilə izah edib:

“Maliyyə naziri Samir Şərifovun belə çıxış etməsi o deməkdir ki, o, bizim universitetlərimizə bel bağlamır. İnanmır ki, onların məzunları nə vaxtsa normal bir işlə təmin olunacaqlar və həmin kreditləri hissə-hissə geri qaytaracaqlar.
Samir Şərifovun çıxışından belə bir nəticəyə gəlmək olar ki, ölkəmizin maliyyə qurumlarının başında duranların universitetlərimizə etimadı yoxdur.

Mən hesab edirəm ki, tələbə kreditləri çox vacibdir. Bir müddət öncə “Maarifçi” Tələbə Kredit Fondu yaradıldı, amma ipoteka kreditlərinə oxşadı. Bu, ipoteka kreditlərinə oxşadığına görə, eyni zamanda faizləri yüksək olduğu üçün tələbələr ondan istifadə edə bilmədilər.
Bu gün Azərbaycanda tələbə yataqxanaları demək olar ki, yox səviyyəsindədir. Tələbələrin təhsil haqlarının ödənilməsində çətinlikləri var. Bu problemlərin aradan qaldırılması üçün birmənalı şəkildə tələbə kreditləri vacibdir. Çox təssüf hissi ilə qeyd etmək istəyirəm ki, maliyyə naziri Samir Şərifov bunu anlaya bilmir.
Bu, bizim gələcək hədəfə doğru getməyimizdə müəyyən çətinliklər yaradacaq. Bizim qarşımıza qoyulan əsas hədəf insan kapitalına doğru getməkdir. Samir Şərifovun tələbə kreditlərin əleyhinə çıxması insan kapitalının formalaşmasında müəyyən çətinliklər yaradacaq”.

E.Əliyev deyirb ki,  tələbə kreditlərinin verilməsində Təhsil Nazirliyinin hər hansı səlahiyyəti yoxdur:


“Bu gün tələbə kreditlərinin verilməsində Təhsil Nazirliyi hər hansı bir səlahiyyət sahibi deyil. Təhsil Nazirliyinin tələbə kreditlərinin verilməsi üçün əli çatdığı yeganə qurum “Maarifçi” Tələbə Kredit Fondu idi. Bunun özü də müəyyən dövr üçün əhəmiyyətli ideya idi. Təssüflər olsun ki, ona çox etinadsız yanaşdılar. Tələbə kreditlərin verilməsində dövlət səxavətli olmalıdır. Bunun nə dərəcədə  əhəmiyyətli olduğunu dövlət özü bilməlidir. Bu gün tələbələr həm təhsil haqlarının ödənilməsində, eyni zamanda digər məsələlərdə çox çətinliklər çəkirlər. Mən hesab edirəm ki, dövlət cəsarətli addımları atmaqla etibarlılığını gündəmə gətirməlidir. İstər dövlət, istərsə də özəl ali məktəbi bitirən gəncdə dərhal belə bir şübhə yaranır ki, bu kreditləri geri qaytarmaq mümkün olmayacaq.

Hesab edirəm ki, bir çox varlı banklar bu prosesə aktiv şəkildə qoşulmalıdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən əksər banklar “soğan olsun, nağd olsun” prinsipi ilə işləyir. Onların 4-5 ildən sonra geri qaytarılacaq kreditlərin verilməsinə dözümü yoxdur”. 

Mail Ağaxanov

       

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafadakı dəhşətli cinayətin görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Nazirlik və komitələrdə çalışanların aylıq pul təminatında artım oldu - SİYAHI 18 İyun 2019, 19:49 Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI 18 İyun 2019, 19:38 Prezident müəllimlərin maaşını 20 faiz artırdı 18 İyun 2019, 19:35 Minimum əməkhaqqı artdı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55