Modern.az

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

17 Noyabr 2018, 20:42

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başlayır. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi 22-24 noyabr 2018-ci tarixlərində keçiriləcək. İmtahanın Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında (ünvan: Həsən Əliyev küçəsi, 135) keçirilməsi nəzərdə tutulub.

 

İmtahanın keçiriləcəyi tarix və saat barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək. İmtahana gələrkən namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.

 

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu noyabrın 5-dən 9-dək aparılıb. Direktor olmaq istəyən 2037 namizəd miq.edu.az saytında qeydiyyatdan keçərək elektron ərizəsini təsdiq edib.

 

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər.

 

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub