Modern.az

Fuad Axundov Rusiya KİV-ni məsuliyyətli olmağa çağırıb

Fuad Axundov Rusiya KİV-ni məsuliyyətli olmağa çağırıb

10 Dekabr 2009, 10:33

Moskvada Avropa və Asiya KİV-lərin Forumunda çıxış edən Prezident Administrasiyasının ictimai-siasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov Rusiya kütləvi informasiya vasitələrini məsuliyyətli olmağa çağırıb. Modern.az-ın məlumatına görə, F.Axundov mediaforumda “qaynar nöqtələrdə” vəziyyətin KİV-lər tərəfindən işıqlandırılması problemlərindən danışıb: “Mediaforum -2009-un yekunlarına əsasən əldə olunmuş razılaşmalar keçmiş Sovet İttifaqı məkanında millətlərarası münaqişələrin həlli üçün çox əhəmiyyətli ola bilər. Yaxşı olardı ki, Rusiyanın kütləvi informasiya vasitələri bir qədər sakitləşib, iki xalqın (Azərbaycan və erməni) 1980-ci və 1990-cı illərə geri dönməməsinə imkan versinlər”.

 

Fuad Axundov münaqişələrin uzadılmasının guya, Rusiya üçün sərfəli olması barədə bir sıra Rusiya KİV-lərinin iddiaları ilə əlaqədar təəccübünü gizlətməyib.

“Rusiya mətbuatında Dağlıq Qarabağ münaqişəsinin uzadılmasının Rusiyaya sərfəli olması barədə şərhlərə tez-tez rast gəlmək olar. Belə fikirlərə nə Amerika, nə də Fransa KİV-lərində rast gəlmək olar”.

 

O, oxşar fikirlərin müşahidə olunmadığı ABŞ və Fransa medialarını (Qarabağ münaqişəsinin həllində iştirak edən ölkələr) nümunə gətirib: “Orada söz azadlığı MDB ilə müqayisədə az deyil, lakin orada müəyyən məsuliyyət hissi vardır”. F.Axundov ümidvar olduğunu bildirib  ki, MDB ölkələri, o cümlədən Rusiya KİV-ləri Azərbaycan və Ermənistan arasında münasibətlərin yoluna qoyulması prosesinə kömək edəcəklər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir