Modern.az

Türkləri yandırıb-yaxan holland: onun Türkiyədəki illik qazancı 8,5 milyon avrodur

Türkləri yandırıb-yaxan holland: onun Türkiyədəki illik qazancı 8,5 milyon avrodur

İqtisadiyyat

13 Noyabr 2011, 18:50


Türkiyə milli komandasının baş məşqçisi postundan istefaya göndərilən holland çalışdırıcı Quss Hiddinqin qardaş ölkədə aldığı məvacib barədə mediada geniş məlumat açıqlanıb. Belə ki, onun ayda tam 375 min avro aldiğu bildirilir. (Türkiyəni Avro-2008-in yarımfinalına çıxaran Fatih Terminin aylıq maaşı 120 min türk lirəsiydi və bu məvacib o zaman guya çox olması səbəbiylə mübahisələrə yol açmış, hətta parlamentə də sorğu göndərilmişdi).

Hollandiyalı məşqçinin türkiyədə ildə qazandığı pul isə 8,5 milyon avroya çatır. Bununla da Hiddinq dünyanın ən çox qazanan baş məşqçiləri siyahısına düşüb.

Onun hətta meneceri belə, Türkuyədə zəngin olub. Hiddinqin meneceri Cees van Nieuvenhuizenə hər ay tam 70 min avro pul ödənir.

Yəni hollandiyalı çaılışdırıcı türklərin hesabına həm özünün, həm də menecerinin cibini dolsura bilib.

Türkiyə Futbol Federasiyasının Hiddinqlə bağladığı müqaviləyə mükafat maddəsi də əlavə olunub. Beləcə təcrübəli məşqçi Türkiyə millisinin qazandığı hər rəsmi matç sonrası 300 min avro mükafat alıb. Avro-2012-nin seçmə oyunlarında ay-ulduzlu komanda 5 qalibiyyət əldə etdiyi üçün Hiddinqin mükafatı 1,5 milyon avroya çatıb.

İlin yalnız 4 ayını Türkiyədə keçirən Hiddinq “Çırağan” otelinin kral dairəsində qalırdı. Hollandiyalı məşqçinin qaldığı bu otağın bir gecəlik qiyməti isə tam 3500 avrodur. Bundan başqa, Türkiyədə əlini cibinə belə soxmayan Hiddinqin bütün yol xərclərini də Türkiyə Futbol Federasiyası ödəyib.

Türkiyə Futbol Federasiyası Hiddinkin doğma şəhəri Amsterdamda rahatlanması üçün xüsusi büro da tutub. 7 min avroya tutulan büronun aylıq kirayəhaqqı və işçilərinin maaşını da Türkiyə tərəfi ödəyir. Guya bu qurum milli komandanın problemlərini araşdırmaqla məşğul olurdu.

Quus Hiddinqin Türkiyə yığmasındakı köməkçisi, əslində onun qədər iş görən məşqçi Oğuz Çətinin aylıq maaşı 130 min avrodur.

İndi Türkiyə millisinin Avro-2012-nin finalına çıxması möcüzəyə bağlıdır. Evdə Xorvatiyaya 0:3 hesabı ilə məğlub olan ay-ulduzlu komanda səfərdə bu hesabı üstələyə biləcək qalibiyyət əldə edə bilərmi?
Türkiyədə hamı milli komanda üçün Allaha dua edir, Hiddinqə verilən pullara görə isə yanıb-yaxılırlar...

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?