Modern.az

Bakıda VI Beynəlxalq Elm Olimpiadası başa çatıb

Bakıda VI Beynəlxalq Elm Olimpiadası başa çatıb

10 Dekabr 2009, 19:25

Bakıda yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başa çatıb. Modern.az-ın məlumatına görə, bu gün “Buta” sarayında olimpiadanın qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Olimpiadada iştirak edən 12 azərbaycanlı məktəblidən 7-si qalib adını qazanıb.  Onlardan 2-si gümüş, 5-i isə bürünc medala sahib olub. Rusiya komandası isə 6 qızıl medalla birinci yerdədir.

Olimpiadanın qalibləri bütövlükdə 20 qızıl, 60 gümüş və 84 bürünc medal qazanıblar.  Olimpiada fizika, kimya və biologiya fənləri üzrə aparılıb. Test sualları isə 30 tanımış müəllim tərəfindən hazırlanıb. Tədbirin rəsmi keçirilmə dili ingilis dili olub.

On beş yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilmiş olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak edib.

Heydər Əliyev Fondu, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən olimpiadada dünyanın 5 qitəsindən olan 258 şagird 30 sualdan ibarət test, nəzəri və təcrübi tapşırıqları cavablandırıb. Cavabları olimpiadanın Elm Komitəsi tərəfindən seçilən 18 təcrübəli müəllim yoxlayıb.

.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı