Modern.az

Moskva polisi soydaşlarımızı azərbaycanlı “ucastkovıy”lara tapşıracaq

Moskva polisi  soydaşlarımızı azərbaycanlı “ucastkovıy”lara tapşıracaq

İqtisadiyyat

21 Noyabr 2011, 18:23

Rus polisi azərbaycanlıların kompakt yaşadığı yerlərə elə azərbaycanlı sahə müvəkkili  təyin edəcək

Moskvaətrafı vilayətlərdə olan bir sıra qəsəbələrdə polis işçilərini mənsub olduğu millətə görə işə götürəcəklər. Modern.az bildirir ki, bu barədə “Rossiyskaya Qazeta”ya müsahibəsində DİN Moskva vilayəti üzrə şöbəsinin rəisi Nikolay Qolovkin bildirib. Onun sözlərinə görə, vəzifəyə təyin edilən polis işçilərinin yerli diasopra uyğunluğu əsas götürüləcək. Bura ilk növbədə sahə müvəkilləri aid ediləcək. Qolovkin bildirib ki, sahə müvəkilləri ərazisində yaşayan daisporun ənənələri və dili ilə bağlı məlumatlı olmalıdır.

Bununla da rus polisi milli zəmində davalar və cinayətlər barədə əvvəlcədən məlumat alacağını düşünür. 2011-ci ildə Moskvaətrafı dairələrdə tördilən 96 min cinayətin 16-minin gəlmələr törədib.

Moskva vilayət Daxili İşlər İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yevgeni Gildeyev “Rus Milli Xidməti” radiosuna müsahibəsində polislərin etnik mənsubiyyət üzrə hansı qaydada işə götürləcəyinə aydınlıq gətirib.

Gildeyev bildirib ki, Moskvaətrafı regionda qazanc dalınca Rusiyaya axışıb gəlmiş xeyli sayda miqrant yaşayır. “Situasiya belədir: bizim bir sıra regionlardakı iri qəsəbələrdə bəzi xalqlar və millətlərə mənsub çoxlu sayda adamlar məskunlaşıb. Onlar burada qanuni yaşayırlar. Biz hesab edirik ki, ərazisində olan cinayətlərin profilaktikasını təmin edən şəxs rəhbərlik etdiyi ərazidə kimlərin yaşadığını bilməlidir. Bu zaman o, həmin insanların mədəniyyətini, ənənələrini və məişətini yaxşı tanımalıdır. Fikrimizcə, adamlar belə polisə daha etimad göstərəcəklər”.

Gildeyev vurğulayıb ki, şəhər polisi kimi gəldi polisə işə götürmək fikrində deyil.
“Biz DİN-in təhsil mərkəzlərində oxuyan və həmin milli çoxluğa mənsub olan şəxslərdən istifadə edəcəyik. Yəni, bu insanlar gəlmələrin mənsub olduğu millətə aid olsa da, Moskvada böyüyüblər və burada boya –başa çatıblar. Sahə müvəkkili təyin olunacaq şəxs azərbaycanlı və erməni xalqına mənsub olsa da, əsas odur ki, onlar Rusiyada doğulub böyüyüblər. Onlar rus mədəniyyətini bilməklə yanaşı, mənsub olduqları xalqın adətlərini və məişətlərini də yaxşı bilirlər. Hesab edirik ki, bu sistem özünün bəhrəsini verəcək”-deyə o vurğulayıb.

Gildeyev qeyd edib ki, etnik zəmində polis vəzifəsinə təyinatın vacib olduğu belə regionlar çox deyil.

 
X. SƏFƏROLĞU 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı