Modern.az

“Elektromobil inqilabı” Azərbaycana da çatıb  

“Elektromobil inqilabı” Azərbaycana da çatıb   

7 Yanvar 2019, 10:58

2018-ci ildə dünya elektromobil bazarında sıçrayışlı artım davam edib. Bu barədə Modern.az-a danışan iqtisadçı Rövşən Ağayev bildirib ki, 2017-ci ildə dünayda bu avtomobillər 2016-cı ilə nisbətən 70%-ə yaxın artmışdı:

“2018-ci ildə də 2017-ci illə müqayisədə təxminən 70 faizlik artım qeydə alınıb və ümumi satışın həcmi 1.9 mln. ədədə yaxın olub. 2017-ci ildə isə artım 1.3 mln. ədəd olmuşdu”.

Elektromobil inqilabının sərhədlərimizə çatdığını deyən iqtisaçı Rusiyada 2018-ci ildə elektromobil satışının 72 faiz artdığını qeyd edib:

“Ən son məlumata görə, hazırda ABŞ və Kanadada istifadəyə verilmiş 1 elektrik stansiyasına orta hesabla 30 elektromobil düşür, Rusiyada bu göstərici 6 ədəddir. 
Başqa maraqlı məlumat odur ki, daxili yanma mühərriki ilə işləyən klassik avtomobil bazarının böyüməsi 2018-ci ildə artıq başa çatıb. Halbuki, 1-2 il əvvələ qədər bu prosesin 2022-ci ildə baş verəcəyi proqnozlaşdırılırdı. Bu o deməkdir ki, bundan sonra dünyada avtomobil bazarının böyüməsi yalnız elektromobillər hesabına baş verəcək və nəticədə yaxın 10 ildə dünya üzrə avtomobil parkında elektromobillərin payının hazırkı 3 faizdən ən azı 15-20 faizə çatması mümkün olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi