Modern.az

Qara qızıl”ın 2019-cu ildəki qiymətləri... - Neft Krallığından PROQNOZ

“Qara qızıl”ın 2019-cu ildəki qiymətləri... - Neft Krallığından PROQNOZ

İqtisadiyyat

8 Yanvar 2019, 12:25

2019-cu ilin ortaları üçün dünya bazarlarında neftin 1 bareli 60-70 dollar olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Arab Petroleum İnvestment Corp. (Aricorp) şirkətinin hesabatında deyilir.

Məlumata görə, Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ-da hasilatın artması, geosiyasi fonun pisləşməsi və makroiqtisadi mənzərənin dəyişməsi 2018-ci ilin sonlarında neft qiymətlərinin ucuzlaşmasına yol açıb.

 

“2019-cu ildə ABŞ-da neft hasilatının yüksək olmasına baxmayaraq, "OPEK+"un hasilatı azaltmaqla qiymət bazarında sabitlik yaratmaq niyyəti yalnız 2019-cu ilin ikinci yarısında öz nəticəsini verəcək”-deyə Aricorp hesabatında deyilir.

 

Xatırladaq ki, Səudiyyə Əərbistanı dünyada ən böyük neft ehtiyatlarına malik ölkədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!