Arxiv
10 Yanvar 2019, 13:34 | TƏHSİL
Koreyada oxuyan azərbaycanlı gənc: “Təhsilimi Avropada davam etdirmək istəyirəm” - FOTOLAR

Modern.az saytında bilik yarışlarının - beynəlxalq və fənn olimpiadalarının qalibləri ilə silsilə yazıları davam etdiririk.  

Təhsil Nazirliyi ilə Modern.az-ın birgə layihəsinin məqsədi oxucuları bilikli məktəblilər və istedadlı gənclərin uğurları ilə tanış etməkdir.

Layihənin budəfəki  qonağı Mirəli Əhmədlidir. O, hazırda Koreyanın KAİST Universitetində Kompüter ixtisası üzrə 2-ci kurs tələbəsidir.


“Riyaziyyata marağım vardı”

“2000-ci ildə Gəncədə anadan olmuşam. İlk orta təhsilimi də orada almışam. Gəncə Azərbaycanın tarixi şəhərlərindən biridir. Uşaqlığımın orada maraqlı keçdiyini söyləyə bilərəm. Atam-anam da ali təhsilli olduqlarından təhsilimə daha çox zaman ayırıblar. Kiçik yaşlarımız olanda sənət seçimimizdə fərqli düşünürük. Gah polis, gah da həkim olmaq istəyirik. Amma məktəb illərində dəqiq qərar veririk. Mən də bu halları yaşamışam. Məktəb illərində riyaziyyat fənninə marağım vardı. Bunu valideynlərim də hiss etmişdi. Onlar da mənə dəstək olurdular”.


Bir ildə bir neçə olimpiada uğuru

Mirəli Məcidli deyir ki, riyaziyyat fənninə maraq olimpiadalara qatılmağına gətirib çıxarıb:

“7-ci sinifdə oxuyanda Gəncə özəl türk liseyinə qəbul olundum. Olimpiada sevgim elə oradan başladı. Müəllimlərimin dəstəyi ilə olimpiadalara hazırlaşdım. İlk dəfə qatıldığım olimpiada 2014-cü ildə Gənclərin Balkan Riyaziyyat olimpiadası olub. Yadımdadır ki, həmin vaxt heç nə düşünə bilmirdik. Ancaq bizə təqdim edilən riyaziyyat materiallarını həll etməyi düşünürdük. Rəqiblər belə gözümüzə görünmürdü. Balkan olimpiadasında bürünc medal qazanmışdım. Daha sonrakı qatıldığım olimpiada 9-cu sinifdə olub. Demək olar ki, 2015-ci ildə bütün olimpiadalara qatıldım. Öncə Tailandda keçirilən olimpiadada həvəsləndirici mükafata layiq görüldüm. Serbiyada gənclərin Balkan olimpiadasına  qatıldım və gümüş medal qazandım. Həmin il respublika üzrə keçirilən olimpiadada qızıl medala layiq görüldüm. 2015-ci ildə qatıldığım olimpiadalar maraqlı və rəngarəng olub”.



“500 AZN-nə yaxın təqaüd alıram”

Koreyada təhsil alan azərbaycanlı tələbə Koreya təhsilinin özəlliyindən də danışıb:

“Olimpiadalarda qazandığım uğurların ardınca ali təhsil pilləsi gəlirdi. Elə oldu ki, ali təhsilimi xarici ölkədə almaq qərarına gəldim. Hazırlaşan zaman Koreya üzərində dayandım. Hazırda Koreyanın KAİST Universitetində oxuyuram. Universitetdən tam olaraq aylıq təqaüd alıram. Həmin təqaüd hardasa  500 AZN-nə yaxındır. Həm də orada əlaçı, zərbəçi təqaüdü yoxdur. Hamı eyni təqaüdü alır.

Bu arada onu da deyim ki, hazırda olimpiada mərkəzində şagirdlərə dərs keçirəm. Bunu könüllü edirəm. Çünki vaxtilə özüm də olimpiada qaliblərindən olmuşam. Düşünürəm ki, öyrəndiklərimizi öyrətməliyik. Tətildə olduğum müddətdə bu işi həyata keçirirəm”.


“Yeməkləri yağlı və dadlı deyil”

Azərbaycanlı tələbə Koreyanın mətbəxindən də söz açıb:

“Koreya ilə Azərbaycan arasında əsas fərq yeməklərdədir. Baxmayaraq ki, 3 ildir orada təhsil alıram, hələ də onların mətbəxinə alışa bilməmişəm. Dəniz məhsullarından çox istifadə edirlər. Mən isə dəniz məhsullarını sevmirəm. Yeməkləri bizim yeməklər kimi yağlı və dadlı deyil. Ənənələrə gəlincə, onu deyə bilərəm ki, çox çalışqan millətdilər. İqlimləri də çox fərqlidir. Qış çox sərt, yay isə çox isti keçir”.



“Cənubi Qafqaz regionunu tanısalar da...”

Mirəli Əhmədli gələcək planlarından da danışıb:

“Koreyada təhsili ingilis dilində alıram. Hələ ki onların dilini öyrənə bilməmişəm. Gələcəkdə təhsilimlə bağlı fikirlərim var. Avropa ölkələrində davam etdirmək istəyirəm. Çünki Koreyada dünyanın ən böyük  ölkələrinin şirkətləri var ki, qalıb işləmək olar. Təəssüf ki, koreyalılar Cənubi Qafqaz regionunu tanısalar da, bölgənin münaqişə ocağı olduğunu bilmirlər”.



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gənc qız yol qəzasının qurbanı oldu 20 İyun 2019, 23:22 Bakıda şadlıq sarayı yandı 20 İyun 2019, 23:09 Polisdən aksiyaçılara son xəbərdarlıq 20 İyun 2019, 22:47 Bakıda qayın yeznəsini qətlə yetirib 20 İyun 2019, 22:30 Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20 “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb 20 İyun 2019, 16:03