Arxiv
12 Yanvar 2019, 15:21 | İQTİSADİYYAT
Gələn aydan energetik içkilər və siqaret bahalaşacaq - Aksiz vergisi tətbiq olundu

Azərbaycanda fevralın 10-dan etibarən energetik içkilərə, alkoqolsuz energetik içkilərə,  elektron siqaret üçün mayeyə, siqaretə və siqara aksiz vergisi tətbiq olunacaq.

 

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi ilə bağlı Nazirlər Kabinetinin 10 yanvar 2019-cu il tarixli 4 və 5 nömrəli  qərarları ilə bağlı  kütləvi informasiya vasitələrində yanlış şərhlərə yol verilir, gömrük rüsumlarının artırılması ilə bağlı fikirlər irəli sürülür.

 

Qeyd olunub ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununa əsasən alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün maye aksizli malların siyahısına daxil edilib, siqar və siqarilllalar fərqli aksiz dərəcəsi tətbiq olunmaqla yeni redaksiyada verilib və siqaretlərin isə aksiz dərəcəsi artırılıb.

 

Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli Qərarına əsasən həmin malların Azərbaycan Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə sinifləşdirilməsi məqsədi ilə alkoqollu energetik içkilər (2208 90 690 1, 2208 90 780 1), alkoqolsuz energetik içkilər (2202 10 000 9, 2202 99 190 2 ), elektron siqaret üçün maye (2403 99 900 1), siqaret, siqar ve siqarillaların (2402 10 000 2, 2402 10 000 9, 2402 90 000 2, 2402 90 000 3, 2402 90 000 9) müvafiq mal mövqelərinin kodları müəyyənləşdirilib

 

Alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün mayeyə, siqaret, siqar ve siqarillalar əvvəllər sadəcə idxal rüsumuna cəlb olunurdusa, Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə cari ilin fevral ayının 10-dan etibarən bu mallara həm də aksiz vergisinin tətbiqi nəzərdə tutulub.

 

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında Nazirlər  Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilib və hazırda tətbiq edilən idxal gömrük rüsum dərəcələrində heç bir dəyişiklik edilməyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elçibəyin müşaviri vəfat eib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə  26 İyun 2019, 16:47 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02 Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən yerə getdi - FOTOLAR-YENİLƏNİB 26 İyun 2019, 15:00 Qayınatasının evinə atəş açdı, polis tutdu 26 İyun 2019, 14:54 Səhiyyə Nazirliyindən yeni narkotik növü ilə bağlı XƏBƏRDARLIQ   26 İyun 2019, 14:40 Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə müzakirə apardı 26 İyun 2019, 14:38 Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi   26 İyun 2019, 14:33 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02 Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ 26 İyun 2019, 13:59 Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48 Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub   26 İyun 2019, 13:25 Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı   26 İyun 2019, 13:10 Hacı Əliyev erməni rəqibini 6:0 hesabı ilə məğlub etdi 26 İyun 2019, 13:07 Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi 26 İyun 2019, 13:03 Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA 26 İyun 2019, 12:53 Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb   26 İyun 2019, 12:48 Silahlı Qüvvələr Günü Goranboyda - FOTOLAR 26 İyun 2019, 12:44 Qubada itkin düşən azyaşlı tapılaraq valideyninə təhvil verilib   26 İyun 2019, 12:40