Modern.az

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu  

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu   

16 Yanvar 2019, 12:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu yanvar ayı üzrə əmək pensiyalarının maliyyə təminatının həyata keçirilməsi işlərinə başlayıb.


Nazirlikdən Modern.az-a bildirilib ki, artıq Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının maliyyələşdirilməsi təmin edilib.


"Yaxın günlərdə isə respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Eləcə də respublikanın digər rayonları, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının müvafiq qrafik əsasında maliyyələşməsi təmin ediləcək.


Ümumilikdə yanvar ayının pensiyalarının elə bu ay ərzində də ödənişi başa çatdırılacaq.


Həmçinin bu ay ərzində pensiyaçıların təqribən 94 faizinin pensiyalarının ötən ilin ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılması nəzərdə tutulur. Artım pensiyanın 2019-cu ilin 1 yanvar tarixinə olan məbləğinə tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək".


Qeyd edək ki, son günlər cəmiyyətdə pensiyaların gecikdirilməsindən narazılıqlar ifadə olunurdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir