Modern.az

Deputatlar: “Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü ümumi işin xeyrinə ola bilər”

Deputatlar: “Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü ümumi işin xeyrinə ola bilər”

23 Yanvar 2019, 16:16

Dünən – yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib. Görüş 1.5 saatadək uzanıb.

Azərbaycan Milli Məclisin deputatları bu dəfə Modern.az-a Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü barədə danışıblar.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov görüşün müsbət nəticələrinin olacağını bildirib:

“Görüşlə bağlı detallar açılmayıb. Amma ümumilikdə görüş zamanı aparılan müzakirələr Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cərəyan edib. Aparılan bu danışıqlar münaqişənin gələcək istiqamətlərinin müəyyənləşməsində ümumi işin xeyrinə ola bilər. Bildiyiniz kimi, fevral ayında Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün keçirilməsi nəzərdə tutulur. Fevral görüşü öncəsi Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən qeyri-rəsmi görüş məsələlərin müsbət məcraya yönəlməsində əhəmiyyətlidir”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov da görüşün müsbət nəticələr verəcəyini qeyd edib:

“Düzdür, qeyri-rəsmi görüş idi. Görüşün detalları da açıqlanmayıb. Ona görə də hesab edirəm ki, hələlik nəysə demək tezdir. Ancaq görüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində pozitiv nəticələr verə bilər. Hər bir halda Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü müsbətdir. Dialoqun davam edilməsi vacibdir və bu, dövlət başçıları tərəfindən də dəstəklənir”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir