Arxiv
24 Yanvar 2019, 13:39 | İQTİSADİYYAT
Meriya ilə Agentliyin parkinq DAVASI 

Ölkə Prezidentinin 2 aprel 2018-ci il Fərmanına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtdakı müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Bakı Nəqliyyat Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etməli və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görməli idi.

 

Eyni zamanda, ölkə başçısının 6 iyul 2018-ci ildə imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması da Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. 

İlk fərmandan 11 ay keçməsinə baxmayaraq, təhvil-təslim prosesilə bağlı müzakirələr səngimək bilmir.

Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli iki gün əvvəl keçirdiyi mətbuat konfransında paytaxtda yerüstü parklanmalardan yığılan pulların rəhbərlik etdiyi quruma heç bir aidiyyəti olmadığını açıqlayıb:

"Həmin parkalanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz, Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlərlə parklanmalara nəzarət edəcəyik”.

Hazırda Bakıda 10 minə yaxın yerüstü parkinq yerlərinin olduğunu bildirən V.Kərimli onlardan yalnız 480-nin rəsmiləşdirildiyini vurğulayıb:

“Digərlərinin də rəsmiləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsilə danışıqlar gedir. Meriya ilə təhvil-təslim prosesi hələ yekunlaşmayıb”.

Parklanmalardan yığılan pulların Meriyaya aidiyyatı yoxdur?
 

Meriya isə öz növbəsində Agentliyin açıqlamasını təkzib edib. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Meriyanın parklanma yerləri ilə heç bir bağlılığı yoxdur:

“Ötən ilin aprel ayından parklanmalarla bağlı səlahiyyət Bakı Nəqliyyat Agentliyinə verilib. İndi bu sualın meriyaya heç bir aidiyyatı yoxdur. Yəni BŞİH-nin tabeliyində parklanmalara nəzarət edən qurum yoxdur”.


“Küçədə hərə qoluna qırmızı lent bağlayıb parkinq pulu tələb edirsə, bunun Meriyaya nə aidiyyatı?!”,-deyə mətbuat xidməti bəyan edib.

 


“Meriya Prezidentin fərmanını icra etmir”

 

İki rəsmi qurumun qarşılıqlı ittihamlarından heç nə anlaşılmadığı və cavabsız suallar qaldığı üçün nəqliyyat üzrə ekspert Ərşad Hüseynova müraciət etdik.

Ə.Hüseynov vətəndaşları narahat edən məsələyə hüquq-mühafizə orqanlarının qarışmasının vacibliyini vurğuladı:

“Meriya deyir təhvil vermişəm, mənlik deyil. Bakı Nəqliyyat Agentliyi də deyir ki, parklanmalar bizə təhvil verilməyib. Ona görə də hüquq-mühafizə orqanları məsələni araşdırmalıdırlar. Məndə olan məlumata görə, yerüstü parklanmalar Meriya tərəfindən Bakı Nəqliyyat Agentliyinə təhvil verilməyib və proses buna görə uzanır. Yəni konkret olaraq Prezidentin fərmanı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icra olunmur”.

 

“Təhvil-təslim maliyyə məsələsinə görə yubadılır”

 

Ekspert təhvil-təslim prosesinin uzanmasında maliyə məsələlərinin önəm daşıdğını bildirdi:


“Bu da başadüşüləndir... Amma dövlət adından göstərilən xidmətə nəzarət ortalıqda qalıb. Hər halda təhvil-təslim yekunlaşsaydı, Bakı Nəqliyyat Agentliyi üzərinə düşən öhdəlikləri icra etməyə başlayardı, yerləri, qiymətləri müəyyənləşdirərdi. Ona görə də qəti şəkildə məsələ öz həllini tapmalıdır. Əhali də bilməlidir ki, hansı yerdə parkinq qiyməti neçədir, verdiyi pullar kimin cibinə gedir. Hətta bildirdilər hansısa MMC də bu işə qoşulub. Amma o MMC-nin başında duran kimdir? Bunu da araşdırsınlar. Ona görə vergi orqanları hüquq-mühafizə orqanları ilə birgə araşdımalara başlamalıdırlar ki, toplanan vəsait hara gedir. Çünki bu, ciddi maliyyə pozuntusudur”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Xəzərdə  zəlzələ oldu 17 Sentyabr 2019, 20:13 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52 Məhkəmə Robert Koçaryanı həbsdə saxladı 17 Sentyabr 2019, 17:52 Manatın sabahkı məzənnəsi 17 Sentyabr 2019, 17:33 Heydər Əliyev Fondu Ağsu və İsmayıllı sakinlərini SEVİNDİRDİ - FOTOLAR 17 Sentyabr 2019, 17:24 Bərpa olunan enerji mənbələri müzakirə olundu 17 Sentyabr 2019, 17:17 “Ekologiya postu”na rəis təyin edildi 17 Sentyabr 2019, 17:13 Mübariz Qurbanlı: “Zəncirvurma Aşura keçirilən ölkələrdə özünü biruzə verir” 17 Sentyabr 2019, 17:07 UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb 17 Sentyabr 2019, 16:49 Universitet dekanı işdən çıxarıldı 17 Sentyabr 2019, 16:47 Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE 17 Sentyabr 2019, 16:32 Orta məktəb dərslikləri Milli Məclisdə tənqid olundu 17 Sentyabr 2019, 16:22 Nazirliyin sabiq Aparat rəhbəri Əjdər Ol yeni vəzifəyə təyin olundu 17 Sentyabr 2019, 16:20 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi 17 Sentyabr 2019, 16:03 Əhalini siyahıyaalmaya az qalıb - Milli mənsubiyyət də soruşulacaq - RƏSMİ 17 Sentyabr 2019, 16:00 “Azərsu” kanalizasiya sistemlərini yeniləyir 17 Sentyabr 2019, 15:57 Azərbaycan Qazaxıstanla Xəzər dənizi üzrə məsləhətləşmələr keçirib 17 Sentyabr 2019, 15:51 “Ali təhsil haqqında” qanun layihəsinin müzakirə vaxtı bəlli oldi 17 Sentyabr 2019, 15:44 Qaxda QƏZA - 3 nəfər yaralandı 17 Sentyabr 2019, 15:41 Zöhrə Abdullayeva tanınmaz halda - Dostları onu səhnəyə qayıtmağa çağırdılar - FOTO 17 Sentyabr 2019, 15:33 Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır 17 Sentyabr 2019, 15:27 Rövşən Rzayev 30-dan çox köçkünü qəbul etdi 17 Sentyabr 2019, 15:20 “Qanlı yer adlarımız” silsiləsindən: İki qardaşın asılmağı... - I YAZI 17 Sentyabr 2019, 15:13 Oyuncağa dönən mitinq məsələsi... 17 Sentyabr 2019, 14:56 Bu il Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI - 66 faizi kişilərdir 17 Sentyabr 2019, 14:56