Modern.az

İki deputat sədr müavini vəzifəsinə namizəd oldu - ÖZƏL  

İki deputat sədr müavini vəzifəsinə namizəd oldu - ÖZƏL   

24 Yanvar 2019, 17:26

Milli Məclisin fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk iclasında komitələrin sədr müavinləri də seçiləcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, iclasda Milli Məclisin komitələrinin sədr müavinlərinin seçilməsi haqqında sənəd müzakirə ediləcək.

Aldığımız məlumatda bildirilir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Məlahət İbrahimqızının, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.

Yaz sessiyasının ilk iclasında hər iki deputatın namizədliyi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir