Arxiv
28 Yanvar 2019, 10:10 | TƏHSİL
DİM-in materiallarını icazəsiz satanların adları AÇIQLANDI

Son vaxtlar sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin adından və cəmiyyət içərisində olan nüfuzundan öz şəxsi maraqları üçün istifadə edən bəzi qruplar daha da fəallaşıblar.  

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a  verilən məlumatda bildirilib.

Bildirilib ki, onlar imtahana hazırlaşan abituriyentlərə, bakalavrlara elmi-metodik kömək göstərmək məqsədilə DİM əməkdaşları və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif vəsaitlərdə, habelə DİM-in internet saytında yerləşdirilmiş nümunəvi yoxlama-ölçmə materiallarından Mərkəzin rəsmi razılığı olmadan, şəxsi qazanc məqsədi ilə istifadə edir.

 

Qeyd olunub ki, bununla müəllif hüquqları və intellektual mülkiyyət haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla yanaşı, bəzən də müxtəlif yollarla yaydıqları təhrif olunmuş materiallarla imtahana hazırlaşan şəxsləri çaşdırırlar.

 

“Məsələn, Facebook sosial şəbəkəsində fəaliyyət göstərən “İngilis dili müəllimləri üçün imtahana hazırlıq” adlı qapalı qrup DİM-in ingilis dili üzrə hazırlayıb internet saytında yerləşdirdiyi və kurikulum əsasında hazırlayıb çap etdiyi siniflər üzrə vəsaitdə verilmiş dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulmuş audioyazıları, hətta onların mətn versiyasını və onlar əsasında test tapşırıqlarını müəyyən ödəniş müqabilində (7 - 10 manata) qrup üzvlərinə satırlar.

 

“Facebook”da fəaliyyət göstərən “Salamzade’s English” adlı digər bir açıq qrupda isə Android platformalı telefonlar üçün “apk” formatlı mobil proqram yerləşdirilmiş, proqramda DİM-in intellektual mülkiyyəti olan materiallardan, o cümlədən internet saytımızda pulsuz olaraq yerləşdirilmiş audioyazılardan DİM-in razılığı olmadan istifadə edilib

DİM-in yoxlama-ölçmə materiallarını icazəsiz yayan internet saytlarından biri də www.xaricidil.com saytıdır. Burada da DİM-in razılığı olmadan ona məxsus materiallar yerləşdirilib”-deyə DİM-in məlumatında bildirilib.

Bəzi tədris mərkəzləri və kurslar isə buraxdıqları hazırlıq vəsaitlərində və keçirdikləri sınaq imtahanlarında DİM-in hazırladığı yoxlama-ölçmə materiallarından qanunsuz olaraq istifadə edir, eyni zamanda onları internet resursları vasitəsilə yayırlar.

 

“Belə insanların nəzərinə bir daha çatdırırıq ki, Dövlət İmtahan Mərkəzinin rəsmi razılığı olmadan onun hazırladığı yoxlama-ölçmə materiallarının, dərc etdiyi elmi-metodik vəsaitlərin, jurnalların, test kitabçalarının və qiymətləndirmə vasitələrinin hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır!

 

İmtahana hazırlaşan şəxslərə, onların valideynlərinə və müəllimlərinə isə tövsiyə edirik ki, hazırlıq zamanı Təhsil Nazirliyinin təsdiq etdiyi rəsmi dərsliklərdən və DİM-in imtahan iştirakçılarına elmi-metodik kömək məqsədi ilə hazırlayıb nəşr etdiyi rəsmi materiallardan istifadə etsinlər”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fuad Abbasovu iki nəfər döyüb, biri çəkib – VİDEO 21 May 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 20 May 2019, 23:47 Danışılmış oyuna görə 11 futbolçu saxlanılıb 20 May 2019, 23:30 Bu ölkədə polis əməkdaşı axtarılır 20 May 2019, 23:14 ABŞ donanması İranla hərbi qarşıdurmada 20 May 2019, 22:57 Tacikistanda həbsxanada qiyam 20 May 2019, 22:43 Şamaxıda 8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi 20 May 2019, 22:26 Oğuzda orta yaşlı qadın özünü asdı 20 May 2019, 22:12 Metro işçiləri tətilə başladı 20 May 2019, 21:55 “Zelenski Moskva ilə danışıqlara hazırdır” – Politoloqdan şərh 20 May 2019, 21:43 Çörək sexində bir nəfər bıçaqlandı 20 May 2019, 21:29 İstanbulda meşə yanğınları 20 May 2019, 21:17 Şimal bölgəsinin təhsil işçiləri hesabat verdi 20 May 2019, 21:00 18 nəfəri ildırım vurub öldürdü 20 May 2019, 20:43 Koçaryana qarşı cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi 20 May 2019, 20:29 Güclü külək İsmayıllıda fəsadlar törətdi - FOTO 20 May 2019, 20:13 Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqları üç istiqamətdə aparır 20 May 2019, 20:01 Zelenskinin varidatı açıqlandı - Avropada evlər, Gürcüstanda 10 otel, ... 20 May 2019, 19:55 İsveçrə universitetinin tələbələri Bakıya gələcək - FOTO   20 May 2019, 19:47 Ukrayna hökuməti istefaya getdi 20 May 2019, 19:38 Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix AÇIQLANDI 20 May 2019, 19:29 Eyfel qülləsi bağlandı - SƏBƏB?   20 May 2019, 19:19 Nazirlik kəndlilərə verilən mal-qara ilə bağlı şikayətlərə cavab verdi 20 May 2019, 19:08 Beşdən çox uşağı olan ailələrin sayı AÇIQLANDI 20 May 2019, 18:57 “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub   20 May 2019, 18:46 Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəməyə göndərildi 20 May 2019, 18:39 Bakı küçələrində maraqlı kampaniya - FOTO 20 May 2019, 18:29 Azərbaycan Çinə nar ixrac edəcək   20 May 2019, 18:20 Məhkəmənin qərarını icra etməyən polis rəisləri ilə bağlı Ramil Usubova müraciət olundu 20 May 2019, 18:10 Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur” 20 May 2019, 18:01 Bakıda keçiriləcək sessiyaya hazırlıq müzakirə olundu 20 May 2019, 17:37 Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək   20 May 2019, 17:36 Manat və dolların sabahkı məzənnəsi 20 May 2019, 17:21 Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik etdi 20 May 2019, 17:20 Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı 20 May 2019, 17:18