Arxiv
6 Fervral 2019, 12:56 | PARLAMENT
Deputatlardan ikisi Baş nazirin qərarını anlamadı, biri dəstəklədi

Baş nazir Novruz Məmmədov Azərbaycanda qadağan edilmiş ərazilərdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlərin müəyyənləşməsi ilə bağlı qərarı təsdiqləyib.

Qadağan edilmiş ərazilərdə yabanı (cır) meyvələr (alma, armud, zoğal, alça və s) üçün 1, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s) – 2, itburnu – 2, çaytikanı – 3, digər dərman bitkiləri – 2, şabalıd – 2, fındıq -2, qoz – 3, fıstıq toxumu -1,5, palıd – 1, cökənin yığılmasına görə -1,5  manat cərimə nəzərdə tutulub.

Sənəddə qeyd edilib ki, meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs, həmin məhsulu geri qaytarmalıdır.

Əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət  tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.

 

Məsələ ilə bağlı Milli Məclisin deputatları fikirlərini Modern.az-la bölüşüblər:

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ötən il Azərbaycan meşələrindən 60 ton meyvə, ağac və kol toxumları yığılıb.

“Açığını deyim, bizim Quba, Qusar zonasındakı meşələrdə meyvələr tökülüb gedir, heç onları yığan da yoxdur. İnsanların heç öz bağındakı meyvələri yığıb satmağa o qədər də imkanları yoxdur. Amma bu qərar verilibsə, görünür nəyəsə əsasən verilib. Ancaq ümumilikdə götürəndə isə bu qərara ehtiyac yox idi. Onsuz da meşələrdə meyvələr yığılmayanda yerə tökülür, çürüyür, məhv olur. Əgər həmin meyvələri yığıb istifadə edirlərsə, buna şad olmaq lazımdır. Buna görə cərimənin tətbiq edilməsini başa düşə bilmirəm. Tutaq ki, insanlar həmin meyvələri yığmadılar. Kim gedib onları yığacaq? O meyvələr məhv olub gedəcək. Çünki onları yığıb qurtarmaq mümkün deyil. Ümumiyyətlə, mən bu qərarı başa düşə bilmirəm”.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev isə deyib ki, sovet vaxtında meşələrdən meyvə yığanlar cərimələnmirdirlər.

“Ancaq mən qadağan edilmiş ərazilərdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə cərimənin edilməsini dəstəkləyirəm. Bildiyimiz kimi, meşələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindədir. Yəqin ki, həmin cərimələri də onlar edəcəklər. Həmin cərimələrdə çox böyük qiymətlər də qoyulmayıb. Meşələrdən yığılan meyvələr tərkibinə görə ən təmizidir. Əgər həmin məhsulların üzərinə marketlərdə “ekoloji cəhətdən təmizdir” sözünü vursalar, digər meyvələrdən baha satılmalıdır. Xarici ölkələrdə də bu belədir”.

 

Eldar Quliyev hesab edir ki, cərimələr girişi qadağan olan ərazilərdəki meşələrdə tətbiq olunacaq.

“Məsələn, bir qoruqdur. Oradan yığmaq olmaz axı. Hər kəs bilir ki, bizdə bəzi insanlar var ki, təbiəti qorumaq əvəzinə sökürlər. Meşələrdəki ağaclara zərər vururlar, onların budaqlarını sındırırlar və s. Bizim hər birimizin borcudur ki, təbiəti qoruyaq. Bu, təkcə bizim üçün deyil. Həm də gələcək nəsillər üçündür. Hesab edirəm ki, dövlət tərəfindən qorunan meşələrdəki meyvələrin yığılmasına icazə verilməyəcək”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli qeyd edib ki, əvvəllər də qadağan edilmiş ərazilərdə meşə sərvətlərinin tədarükü və yığılması ilə bağlı cərimələr mövcud olub:

“Sadəcə olaraq yeni qərarla həmin cərimələrin məbləği artırılıb. Mən rayonla bağlı adamam, insanların içində olan biriyəm. Sovet dövründə tədarük məntəqələri vardı. O zaman dövlət stimullaşdırırdı ki, insanlar gedib meşələrdən meyvələri yığıb həmin o məntəqələrə təhvil versinlər və qazanc əldə etsinlər. İndi isə meşələrdən meyvə yığılmasına görə cərimə tətbiq edirlər. Açığını deyim, mən bundan narahatam. Hökumətə də təklif edirəm ki, bu qərara yenidən baxsın. Camaatın dolanışıq sahəsi çox azdır. Gedib haradansa meyvə yığıb aparıb satırlar və ya özləri üçün istifadə edirlər. Məndən inciməsinlər. Birdən deyərlər ki, deputat hökumətin qərarına qarşı çıxır. Amma mən insanların narazılığın deyirəm. Sosial şəbəkələrdə hamı görür ki, nə qədər etirazlar var. Hesab edirəm ki, hökumət bu qərara yenidən baxmalıdır və yeni mexanizm tətbiq etməlidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Instagram”da yenidən problem yaranıb   17 İyul 2019, 00:44 İstanbula rekord sayda turist gəldi 17 İyul 2019, 00:26 Qazaxıstan Ukraynaya görə “Qazpromneft”lə əməkdaşlığı dayandırdı 17 İyul 2019, 00:09 Bu gecə ilin ikinci Ay tutulması olacaq 16 İyul 2019, 23:52 Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar” 16 İyul 2019, 23:43 “Həkimlər elə diaqnoz qoydular ki...” - Flora Kərimova 16 İyul 2019, 23:25 Onlarla ev su altında qaldı 16 İyul 2019, 23:08 Bərdədə iki qadını maşın vurdu 16 İyul 2019, 22:53 Avropa Komissiyasına yeni sədr seçildi 16 İyul 2019, 22:39 Azərbaycana qarşı təxribata əl atanlar cəzalandırıldı 16 İyul 2019, 22:18 Göyçayda gənc qadın özünü kanala atdı 16 İyul 2019, 22:04 “Biz azarkeşlərimizi sevindirmək istəyirik” - Qurban Qurbanov 16 İyul 2019, 21:39 Bakıda gənc oğlan bıçaqlandı 16 İyul 2019, 21:28 Ombudsman boşanmalardan danışdı 16 İyul 2019, 21:12 "Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik" - Baş məşqçi 16 İyul 2019, 20:59 Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm 16 İyul 2019, 20:43 Diplomatların Bakı müzakirəsi 16 İyul 2019, 20:30 “Dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq” - Əli Nağıyev 16 İyul 2019, 20:17 Beynəlxalq Valyuta Fondunun baş direktoru istefa verdi 16 İyul 2019, 20:01 Quba və Xaçmaza infotur təşkil olunub 16 İyul 2019, 19:50 Bakıda axundu qətlə yetirən şəxsin istintaqı başa çatıb 16 İyul 2019, 19:42 İranda mikroavtobus aşıb, 11 nəfər ölüb 16 İyul 2019, 19:37 Almaniya silahlarının əsas müştərisi Türkiyədir 16 İyul 2019, 19:32 Metronun "Nərimanov" stansiyasında uşaq itib   16 İyul 2019, 19:25 Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb 16 İyul 2019, 19:11 Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdır 16 İyul 2019, 18:54 Şəkidə 2 azyaşlı yol qəzasında yaralandı 16 İyul 2019, 18:45 Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi 16 İyul 2019, 18:32 Şəkidə turistlərlə bağlı növbəti insident – xəsarət alan yoxdur 16 İyul 2019, 18:19 Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi 16 İyul 2019, 18:16 Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü 16 İyul 2019, 18:06 Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı 16 İyul 2019, 17:55 Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü 16 İyul 2019, 17:30 Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə cərimələndi 16 İyul 2019, 17:24 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır 16 İyul 2019, 17:20