Arxiv
7 Fervral 2019, 09:17 | TƏHSİL
“Azərbaycanda transplantasiyanın inkişafı orqan bağışlanmasından asılıdır” – Cərrah Asiman Həsənov

Orqan və ya toxumalarının transplantasiyası  dünya səhiyyəsinin ən önəmli qollarından biridir. Son illərdə orqan və toxuma nəqli sahəsində cərrahi üsulların inkişafı, immunosupresiv, antibakterial, antiviral müalicə üsullarının istifadə edilməsi, tədarük və əməliyyat proseslərində zamanın daha effektiv istifadəsi bütün dünyada daha çox sayda xəstənin orqan və toxuma nəqlindən faydalanmasına və bu imkanlara daha rahat əlçatımlılığına səbəb olub. Lakin bu göründüyü qədər asan proses deyil. Orqan nəqli gözləyən xəstələrin sayı ildən-ilə artmaqdadır. Yetərli orqanın olmaması dünyada və ölkəmizdəki ən önəmli problemlərdən biridir. Orqan və ya toxuma transplantasiyası ilə bağlı keçilən yol, qarşılaşılan çətinliklər, transplantalogiya sahəsinin daha da təkmilləşdirilməsi üçün görülən tədbirlərlə bağlı məsələlərə “Transplantalogiya üzrə Dünya Konqresi”ndə yaxından iştirak edən Azərbaycan Tibb Universitetinin  dosenti , Dr. Asiman Həsənovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

 

- Asiman həkim,  bu yaxınlarda Türkiyədə keçirilən  sizin də qatıldığınız transplantologiya  üzrə konfrans nə ilə yadda qaldı?

 

Ötən ayın 17-21 tarixlərində  Türkiyədə  möhtəşəm şəkildə I Beynəlxalq  Transplantasiya şəbəkəsi ( 1st International Transplant Network Congress ) təşkil olundu.  Dünyanın  əksər ölkələrindən 1000-ə yaxın  həkim, koordinator  və səhiyyə  idarələrinin qatıldığı  toplantıda Azərbaycanı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, hörmətli həkim,  millət vəkili Musa Quliyevin rəhbərliyi ilə 10-a yaxın  nümayəndə təmsil edirdi. Bu konfransda dünyanın  aparıcı transplantasiya mərkəzlərində çalışan təcrübəli həkimlərin ənənəvi olaraq yeni metod və  yanaşmalarla  birgə  əsas məsələ olaraq  “Dünya Transplant Şəbəkəsi” ideyası ortaya atıldı. Burada əsas məqsəd transplantasiya sahəsində vahid sistem qurmaq, orqan nəqlinin  bütün aspektlərində yeniliklərin, təcrübələrin mübadiləsi, inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrdə bu sahənin  inkişafına nail olmaqdır. Həmçinin, ən ümdə  məsələ gələcəkdə  hər hansı  bir ölkədə beyin ölümü keçirmiş şəxsin, həmin ölkədə köçürülməsi uyğun olmayan qalan orqan və bioloji materiallarından digər ölkələrdə istifadə oluna bilməsini təmin etməkdir.

 

Düşünün ki, hər hansı bir ölkədə  beyin ölümü keçirmiş  şəxsin  orqanlarından bir hissəsi  transplantasiya olunub, qalan orqan və hissələr isə  toxuma uyğunsuzluğu səbəbindən   istifadə oluna bilmir. Belə ki, bağışlanmış  orqanlar  istifadə oluna bilsəydi bir neçə illərdir bu anı gözləyən xəstələr sağlamlığa qovuşardı. Dövlətlərarası  orqan mübadiləsi olmadığından  bu orqanlar yaşaya  və yaşada biləcəyi halda məhv olunmağa məhkum olur. Bu uzun müddətli   proyekt  nə vaxtsa həllin tapsa, orqan növbəsini illərlə gözləyən xəstələrin  həyatlarını xilas etmiş olarıq.

 

- Azərbaycanda orqan transplantasiyası imkanlarını necə dəyərləndirərdiniz?

 

Azərbaycanda artıq bir neçə illərdir ki,  çox təcrübəli cərrahların  və digər ixtisaslı həkimlərin dəstəyi ilə  qaraciyər, böyrək, sümük iliyi,  gözün buynuz  qişası toxumalarının  transplantasiyası  həyata keçirilir və bu sahədə ciddi irəliləyişlər var. Lakin ölkəmizdə  qanun icazə vermədiyindən ancaq canlıdan – yaxın qohumlardan orqan köçürmə aparmaq mümkündür.

 

 

Professor N. Bayramovun rəhbərliyi ilə  Azərbaycan Tibb Universitetində, Uzman Dr. M. Kazıminin rəhbərliyi ilə  Mərkəzi Neftçilər Xəstəxanası və Mərkəzi Gömrük Hospitalında  canlı donordan  qaraciyər və böyrək transplantasiyası, Uroloji Mərkəzdə ancaq böyrək transplantasiyası, Talassemiya Mərkəzində isə  sümük iliyi köçürməsi uğurla həyata keçirilir.

 

Bəzi orqanlar tək olduğundan  və  anatomik - funksional baxımdan hissəvi köçürülməsi mümkün olmadığından ancaq meyitdən köçürülmə mümkün olur. Uyğun donorun tapılması çətin olduğundan canlıdan orqan nəqli də məhdud sayda olur.

 

- Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?

 

Bunun üçün hər kəsin üzərinə müəyyən vəzifə düşür. Həm dövlətin, həm cəmiyyətin, həm din xadimlərinin, həm tanınmış ziyalıların, həm səhiyyə  idarəçilərinin, həm də bu sahədə xüsusi təlim görmüş həkim və koordinasiya heyətinin  üzərinə böyük missiya düşür. Dünyada gedən bu sahədə inkişafa çata bilməmiz üçün  bir neçə tələblər qoyulur.

 

İlk növbədə beyin ölümü tanınması və meyitdən orqanların götürülməsi üçün müvafiq qanun  hazırlanmalı, o qanunların icrasına nəzarət mexanizmləri  işlənməli, maliyyə dəstəyi edilməli, cəmiyyətdə orqan bağışlanması barədə maarifləndirmə aparılmalı, etik dəyərlər formalaşdırılmalıdır.

 

Xəstəxanada müalicə olan zaman və ya hər hansı bir  kriminal əhəmiyyət kəsb edən ölümlərdən sonra belə meyidin   təşrihinə  və  müayinəsinə qarşı çıxan insanlara  meyidin orqanlarından  transplantasiya məqsədi  ilə  istifadə  edilməsini izah etmək və onları razı  salmaq  çox çətin məsələdir. Bunun üçün cəmiyyətdə bu məsələyə müsbət  baxış formalaşdırılmalı və insanlar  tam  sağlam vaxtlarından  gələcəkdə  ola biləcək  beyin ölümü keçirmə ehtimallarında  orqanlarını  başqalarına  “həyat vermək” üçün, həm də öz orqanlarının  başqa bədəndə “yaşaması” üçün  cəsarətli  və şərəfli  addım  atmalıdırlar.

 

 

Səhiyyə müəssisələri və xəstəxanalarda bu proseslərə  başlamaq üçün ciddi addımlar atılmalı, bir neçə geniş  profilli, maddi - texniki bazası müasir tələblərə  cavab  verən xəstəxanalarda cərrahlarla yanaşı, həkimlər, orta personal və koordinatorlar yetişdirilməlidir.

 

- Orqan köçürmə və transplantasiya sahəsində qanunvericiliyə hansı dəyişikliklər nəzərdə tutulur?

 

Ümumiyyətlə, transplantasiya ciddi, xüsusi ehtiyatlılıq və nəzarət mexanizmləri ilə idarə olunması gərəkən  multidisiplinar xidmətlər toplusudur. Burada mütləq şəkildə etik, mənəvi, tibbi və ən əsası da orqan alveri ilə bağlı olan hüquqi məqamlar diqqət mərkəzində olmalıdır. Məndə olan məlumata görə,  Milli Məclisin Səhiyyə Komitəsində “İnsan orqanlarının  donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı ciddi işlər görülür. Bu qanunun qəbulu Azərbaycanda transplantasiya sahəsinin sürətli inkişafına səbəb olacaqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Yay məktəbi"ndə deputatlar ilə görüş keçirilib - FOTO 16 İyul 2019, 10:43 Təhsil naziri əmr imzaladı 16 İyul 2019, 10:35 Çeçenistanda təyyarə yaşayış evinə düşdü 16 İyul 2019, 10:32 İngiltərə və Şotlandiya futbol komandaları BANM-da xeyriyyə oyunu keçirib 16 İyul 2019, 10:31 Çində Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi davam edir 16 İyul 2019, 10:28 Azərbaycan nefti bahalaşdı 16 İyul 2019, 10:25 Zaqatalada 9 ton  narkotik bitki yandırıldı   16 İyul 2019, 10:07 Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi 16 İyul 2019, 10:04 Axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanıldı 16 İyul 2019, 09:59 Tikilən məktəbdən oğurluq edən Astara sakini tutuldu 16 İyul 2019, 09:43 Ermənilər atəşkəsi ara-sıra pozdu 16 İyul 2019, 09:38 Bakıda yol qəzası - prospektdə tıxac yarandı   16 İyul 2019, 09:34 Nərimanovda hər məhəlləyə yeni zibil qutuları qoyuldu 16 İyul 2019, 09:31 Tofiq Qasımov: “AXC-nin proqramına radikal islam elementlərini salmaq istəyirdilər” 16 İyul 2019, 09:24 UNEC-də  nəticələr açıqlanacaq- Canlı yayımda 16 İyul 2019, 09:22 Sabirabadın Mərkəzi Bazarında güclü yanğın - YENİLƏNİB 16 İyul 2019, 09:12 Uğur qazanan yerli seriallar - Kinorejissor adlar çəkdi 16 İyul 2019, 09:02 Azərbaycan Xalça Muzeyi “Milliləşdirildi” 16 İyul 2019, 08:48 Manat və dolların bugünkü məzənnəsi 16 İyul 2019, 08:43 Xanım müdafiə naziri istefa verir 16 İyul 2019, 00:37 Xırdalanda un məmulatları dükanı yandı 16 İyul 2019, 00:19 Bu gün Çempionlar Liqasında cavab oyunları keçiriləcək 16 İyul 2019, 00:03 Bağdadda törədilən partlayışda 5 nəfər öldü 15 İyul 2019, 23:46 Azərbaycan nefti ucuzlaşdı 15 İyul 2019, 23:32 Saakaşvilidən  Azərbaycan və Gürcüstana müraciət 15 İyul 2019, 23:14 Avropa Birliyindən Türkiyəyə sanksiya 15 İyul 2019, 22:47 Azərbaycanda maqnit qasırğası 15 İyul 2019, 22:31 Türkiyədə 5 min 778 terrorçu məhv edilib 15 İyul 2019, 22:13 Hindistanda daşqınlarda 51 nəfər öldü 15 İyul 2019, 21:54 Gürcüstanda daha 4 etirazçı saxlanıldı 15 İyul 2019, 21:42 Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib 15 İyul 2019, 21:23 Şəki Xan Sarayında xəsarət alan turist öldü 15 İyul 2019, 21:09 "Megafon" Azərbaycan xalqından üzr istədi 15 İyul 2019, 20:54 “Qarabağ”ın oyununu bu hakimlər idarə edəcək 15 İyul 2019, 20:43 Bakıda ağır yol qəzası 15 İyul 2019, 20:29