Modern.az

Bu tikinti şirkətlərindən Prezident Administrasiyasına şikayət olunub - SİYAHI  

Bu tikinti şirkətlərindən Prezident Administrasiyasına şikayət olunub - SİYAHI   

8 Fevral 2019, 09:51

2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət ediblər.

Modern.az xəbər verir ki, bunu Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov  rəsmi mətbuatda dərc olunan "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsinin II hissəsində yazıb. 

Bunlardan “Hermes-S”, “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Elite City”, “N Turan”, “Pearl Construction”, “TFM Smart Project”, “Fədək”, “Sizin mənzil”, “NV Construction”, “Dönüş-1”, “MVVL Verus Praedium”, “Azadlıq Residence”, “Pilot-1", “FVS İnşaat”, “Rahatlığın məkanı”, “Poleks”, “Park Bayil”, "İnşaat Konstruksiyaları", “Draft Construction”, “Qlobal-SF”, “Malibo”, “Avrasiya Construction”, “İnkişaf-S”, “SKY Residence”, “Xəmsə-İnşaat”, “Buta Qroup”, “Cavid 2016”, “Rahat Həyat”, “Qismət-M Construction”, “Archico” MMC-lər, “Sabah Residence”, “Best Construction”, “Regal Residence”, “Orbita”, “Merkuri”, “Pilot İnşaat A”, “Yeni ev-19”, “Məkan”, “EDİF”, “Mahal”, “Teymuroğlu”, “Olympus Park”, "Bəhrə”, “İqtisadçı-2005” və digər MTK-lar barədə şikayətlər daha çox olub.

Eyni zamanda, vətəndaşlar "Belıy lebed", "Rahatlığın məkanı", "Burhan", "Altes Park”, “AAAF” yaşayış komplekslərində idarəetmədə illərdən bəri mövcud olan problemlərin həll olunmadığından şikayət ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir