Arxiv
10 Fervral 2019, 12:10 | İQTİSADİYYAT
İcbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiqi uzadıldı

Azərbaycan Prezidenti 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”də dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Fərmana əsasən, pilot layihə çərçivəsində icbari tibbi sığortanın tətbiqinin müddəti uzadlıb:

““Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”də dəyişiklik edilməsi haqqında 28 yanvar 2019-cu il tarixli Fərmana əsasən, icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiqinin müddəti uzadılıb.

Belə ki, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığorta üzrə pilot layihənin tətbiqi 2020-ci il yanvarın 1-dək davam edəcək”.

Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir.

İcbari tibbi sığortanın məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.

Prezidentin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasən,  Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati əraziləri pilot ərazilər olaraq təsdiq edilib. Pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilməsi, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda davam etdirilir. 

Baza zərfinə daxil olan tibbi xidmətlər və tarifləri

Baza zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.

Baza zərfinə daxil olan tibbi xidmətlər və tariflər Prezidentin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilib. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində tədbiq olunan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin sayı 1829-dur:

- İlkin səhiyyə xidməti – 18

- Təcili və təxirəsalınmaz tibbi yardım xidməti - 6

- Ambulator xidmət – 480

- Stasionar xidmət - 677

- Laborator xidmət – 459

- Fizioterapiya – 23

- Həyati vacib, dəyəri yüksək olan xidmətlər – 166

Siyahı və tariflərlə bağlı daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://its.gov.az/site/assets/files/1644/tminatlar.pdf

Baza zərfinə daxil olmayan tibbi xidmətlər

Baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri Azərbaycan Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilib. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tariflərini təqdim edirik:

http://its.gov.az/site/assets/files/1643/istisnalar.pdf

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52 Məhkəmə Robert Koçaryanı həbsdə saxladı 17 Sentyabr 2019, 17:52 Manatın sabahkı məzənnəsi 17 Sentyabr 2019, 17:33 Heydər Əliyev Fondu Ağsu və İsmayıllı sakinlərini SEVİNDİRDİ - FOTOLAR 17 Sentyabr 2019, 17:24 Bərpa olunan enerji mənbələri müzakirə olundu 17 Sentyabr 2019, 17:17 “Ekologiya postu”na rəis təyin edildi 17 Sentyabr 2019, 17:13 Mübariz Qurbanlı: “Zəncirvurma Aşura keçirilən ölkələrdə özünü biruzə verir” 17 Sentyabr 2019, 17:07 UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb 17 Sentyabr 2019, 16:49 Universitet dekanı işdən çıxarıldı 17 Sentyabr 2019, 16:47 Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE 17 Sentyabr 2019, 16:32 Orta məktəb dərslikləri Milli Məclisdə tənqid olundu 17 Sentyabr 2019, 16:22 Nazirliyin sabiq Aparat rəhbəri Əjdər Ol yeni vəzifəyə təyin olundu 17 Sentyabr 2019, 16:20 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi 17 Sentyabr 2019, 16:03 Əhalini siyahıyaalmaya az qalıb - Milli mənsubiyyət də soruşulacaq - RƏSMİ 17 Sentyabr 2019, 16:00 “Azərsu” kanalizasiya sistemlərini yeniləyir 17 Sentyabr 2019, 15:57 Azərbaycan Qazaxıstanla Xəzər dənizi üzrə məsləhətləşmələr keçirib 17 Sentyabr 2019, 15:51 “Ali təhsil haqqında” qanun layihəsinin müzakirə vaxtı bəlli oldi 17 Sentyabr 2019, 15:44 Qaxda QƏZA - 3 nəfər yaralandı 17 Sentyabr 2019, 15:41 Zöhrə Abdullayeva tanınmaz halda - Dostları onu səhnəyə qayıtmağa çağırdılar - FOTO 17 Sentyabr 2019, 15:33 Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır 17 Sentyabr 2019, 15:27 Rövşən Rzayev 30-dan çox köçkünü qəbul etdi 17 Sentyabr 2019, 15:20 “Qanlı yer adlarımız” silsiləsindən: İki qardaşın asılmağı... - I YAZI 17 Sentyabr 2019, 15:13 Oyuncağa dönən mitinq məsələsi... 17 Sentyabr 2019, 14:56 Bu il Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI - 66 faizi kişilərdir 17 Sentyabr 2019, 14:56 Ceyhun Bayramov  Basqalda orta məktəbinin AÇILIŞINDA 17 Sentyabr 2019, 14:36 Niyazi Bayramov Edvard Karvardini qəbul edib 17 Sentyabr 2019, 14:20 Ordumuzun təlimləri davam edir - VİDEO 17 Sentyabr 2019, 14:17