Arxiv
14 Fervral 2019, 17:26 | İQTİSADİYYAT
Tələbə, magistr, doktorant təqaüdü artırıldı

Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilir:

 

- Doktorantura pilləsi üzrə:

 

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat

 

- ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 170 manat

 

- magistratura səviyyəsi üzrə:

 

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat

 

- bakalavriat səviyyəsi üzrə:

 

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat

 

- orta ixtisas təhsili müəssisələrində:

 

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

 

- Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.

 

Azərbaycanın ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödəniləcək.

 

Bu sərəncamın 1.1-ci və 1.4-cü bəndləri ilə müəyyən edilmiş təqaüdlər yalnız dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara və peşə təhsili müəssisələrinin tələbələrinə ödəniləcək.

 

Müəyyən edilir ki, təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.

 

“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamının 1-ci, 1-1-ci və 2-ci hissələri ləğv edilsin.

 

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52 Məhkəmə Robert Koçaryanı həbsdə saxladı 17 Sentyabr 2019, 17:52 Manatın sabahkı məzənnəsi 17 Sentyabr 2019, 17:33 Heydər Əliyev Fondu Ağsu və İsmayıllı sakinlərini SEVİNDİRDİ - FOTOLAR 17 Sentyabr 2019, 17:24 Bərpa olunan enerji mənbələri müzakirə olundu 17 Sentyabr 2019, 17:17 “Ekologiya postu”na rəis təyin edildi 17 Sentyabr 2019, 17:13 Mübariz Qurbanlı: “Zəncirvurma Aşura keçirilən ölkələrdə özünü biruzə verir” 17 Sentyabr 2019, 17:07 UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb 17 Sentyabr 2019, 16:49 Universitet dekanı işdən çıxarıldı 17 Sentyabr 2019, 16:47 Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE 17 Sentyabr 2019, 16:32 Orta məktəb dərslikləri Milli Məclisdə tənqid olundu 17 Sentyabr 2019, 16:22 Nazirliyin sabiq Aparat rəhbəri Əjdər Ol yeni vəzifəyə təyin olundu 17 Sentyabr 2019, 16:20 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi 17 Sentyabr 2019, 16:03 Əhalini siyahıyaalmaya az qalıb - Milli mənsubiyyət də soruşulacaq - RƏSMİ 17 Sentyabr 2019, 16:00 “Azərsu” kanalizasiya sistemlərini yeniləyir 17 Sentyabr 2019, 15:57 Azərbaycan Qazaxıstanla Xəzər dənizi üzrə məsləhətləşmələr keçirib 17 Sentyabr 2019, 15:51 “Ali təhsil haqqında” qanun layihəsinin müzakirə vaxtı bəlli oldi 17 Sentyabr 2019, 15:44 Qaxda QƏZA - 3 nəfər yaralandı 17 Sentyabr 2019, 15:41 Zöhrə Abdullayeva tanınmaz halda - Dostları onu səhnəyə qayıtmağa çağırdılar - FOTO 17 Sentyabr 2019, 15:33 Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır 17 Sentyabr 2019, 15:27 Rövşən Rzayev 30-dan çox köçkünü qəbul etdi 17 Sentyabr 2019, 15:20 “Qanlı yer adlarımız” silsiləsindən: İki qardaşın asılmağı... - I YAZI 17 Sentyabr 2019, 15:13