Arxiv
21 Fervral 2019, 09:50 | İQTİSADİYYAT
SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - Şirkətdən AÇIQLAMA  

Gürcü rəsmiləri Gürcüstanın Rusiyadan müəyyən həcmdə qaz alaraq Azərbaycan qazından asılılığı azaldacağına dair açıqlamalar verir. İki gün əvvəl  belə bəyanatla iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya çıxış edib. O qeyd edib ki, “Qazprom”la müqavilənin uzadılması ölkənin qaz bazarında Azərbaycanın inhisarçı mövqeyi ilə mübarizə aparmaq məqsədi güdür:

“Biz istəmirik ki, bazara inhisarçılıq yaransın və yeganə qaz təchizatçısı Azərbaycan olsun. Azərbaycanın da olmağını istəyirik, amma müəyyən həcmdə qazı Rusiyadan almaq lazımdır”. O, eyni zamanda iddia edib ki, Gürcüstanın qaz təchizatının 90 faizini həyata keçirən  SOCAR Georgia Gas şirkəti martın 1-dən kommersiya abonentləri üçün qazın qiymətini 10.5 faiz qaldıracağını elan edib.

Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, SOCAR Gürcüstan üçün qaz tariflərini artırsa da, yenə də bazarın ən aşağı tarif seqmentində yer alır:

“Gürcüstanda sosial istehlakçılar üçün təbii qaz tarifləri dövlət tərəfindən tənzimlənirsə, əsasən sənaye müəssisələri olan kommersiya istehlakçıları üçün təbii qaz tarifləri qazpaylayıcı şirkətlər tərəfindən müəyyən edilir:


“Nəzərə alsaq ki, Gürcüstanda qazpaylayıcı şirkətlərin əksəriyyəti öz satış tariflərini hələ SOCAR-dan əvvəl artırıblar və hazırda Gürcüstan bazarında kommersiya istehlakçıları üçün qaz tarifləri əsasən 95-131 tetri arasında dəyişir, aydın olur ki SOCAR öz tarifini hətta 95 tetriyə qədər artırandan sonra Gürcüstan bazarının ən aşağı tarif seqməntində yer alır”.

Rəis müavini Gürcüstan üçün qaz tariflərinin artırılması səbəblərinə də aydınlıq gətirib:

“Bunu da qeyd etmək vacibdir ki, şirkətimiz tərəfindən Gürcüstanda qaz tarifinin artırılması bizdən asılı olmayan obyektiv səbəblərlə bağlıdır, o cümlədən:

- Gürcüstanın milli valyutası olan larinin devalvasiyası;

- Dünya bazarlarında neft və qazın qiymətinin dəyişməsi və bununla Gürcüstana təbii qazın idxal qiymətinin dəyişməsi;

- Dövlət tərəfindən SOCAR üçün qazpaylama tarifinin qaldırılması”.

SOCAR rəsmisinin sözlərinə görə, hazırda Azərbaycan təbii qazın hasilatını ciddi şəkildə artırmaqla, həm öz daxili tələbatını tam təmin edir, həm qonşu Gürcüstanın tələbatını tam qarşılayır, həm də qardaş Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə verir:

“Gürcüstan ilə tərəfdaşlığımızın tarixçəsi Azərbaycanın səmimi, güvənli və dayanıqlı tərəfdaş olduğunu göstərir və buna görə biz qarşı tərəfli mənafelərimizi təmin etmək şərti ilə öhdəliklərimizi tam yerinə yetirmək əzmindəyik. Təbii olaraq, hər bir ölkə öz enerji təhlükəsizliyini təmin etməkdə maraqlıdır. Qarşıdakı dövrdə həm Gürcüstan, həm də Türkiyə bazarına ixrac olunan təbii qaz həcmlərində azalma deyil, əksinə artım gözlənilir. Əlbəttə alternativ mənbələrdən qaynaqlanan boru xətlərinin mövcudluğu, sırf mümkün fövqəladə vəziyyətlərə qarşı sığortalanmaq baxımından həmin xətlərdən istifadə mexanizminin işlənməsi idxalçı ölkələrdə bəzən müzakirə mövzusu ola bilər. Bununla yanaşı, Azərbaycanın təbii qazı regionun bazarlarında öz yüksək rəqabət qabiliyyətini davamlı şəkildə təmin edir və bazarlardakı mövqelərini daha da gücləndirir”.

  

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11 Magistraturaya qəbul imtahanı keçirildi   26 May 2019, 16:08 Gürcüstanda nazir istefaya göndərildi - FOTO 26 May 2019, 15:56 Küveytdə azərbaycanlı diaspor fəalı iftar süfrəsi verib - FOTO   26 May 2019, 15:39 78 yaşlı xalq artisti AzTV-nin radiosunda veriliş aparacaq 26 May 2019, 15:20 “Nar”dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə! 26 May 2019, 15:04 Peruda 8 bal gücündə zəlzələ olub 26 May 2019, 14:49 “Arsenal” Mxitaryanı satışa çıxarır 26 May 2019, 14:35 Çaylarda suyun səviyyəsi dəyişib   26 May 2019, 14:18 Azərbaycan dili fənni üzrə test imtahanı yekunlaşıb 26 May 2019, 14:00 Qusarda enerji verilişi bərpa olundu 26 May 2019, 13:30 Polad Bülbüloğlu Araz Əlizadəyə savadsız dedi: “Deputat olan şəxs belə fikirlər söyləməz” 26 May 2019, 13:11 Yolda 26 May 2019, 12:56 Məşhurların övladları: Aynur Sofiyevanın qızları - FOTO 26 May 2019, 12:52 Sabahın havası: Bakıya yağış yağacaq, rayonlara dolu düşəcək 26 May 2019, 12:47 İntizam Komissiyasından Araz Əlizadə açıqlaması: “Mənim əlimdə tərəzi yoxdur”  26 May 2019, 12:30 Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var 26 May 2019, 12:10 42 yaşlı Nardaran sakini itkin düşdü 26 May 2019, 11:55 Badam südünün faydaları 26 May 2019, 11:40 Mənzildən 60 yaşlı kişinin meyiti TAPILDI 26 May 2019, 11:27 Avropa Parlamentinə seçkilər keçirilir - 21 ölkədə 26 May 2019, 11:15 Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir - FOTO 26 May 2019, 11:00 Ramil Usubov polis rəisini işdən çıxardı - FOTO 26 May 2019, 10:48 İcra Hakimiyyəti hesabat verdi - Horadizdə  7200 nəfər yaşayır 26 May 2019, 10:27 ABŞ-da erməni diasporu 26 May 2019, 10:12 Zalımoğlunun faciəli taleyi - Özü öz əli ilə qəbrini qazdı... - FOTOLAR 26 May 2019, 10:02 Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”ndən imtahan verir   26 May 2019, 09:39 Ermənilər yenidən fəallaşdı - Nazirlikdən açıqlama   26 May 2019, 09:00 Magistraturaya qəbulun ikinci mərhələsi keçirilir 26 May 2019, 08:28 Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31