Modern.az

Nazir sınaq və buraxılış imtahanları barədə əmr verdi (İmtahan tarixləri)

Nazir sınaq və buraxılış imtahanları barədə əmr verdi (İmtahan tarixləri)

10 Dekabr 2011, 10:40

Təhsil naziri Misir Mərdanov 2011/12-ci dərs ilində ümumtəhsil məktəblərində ümumi orta (9-cu sinif) və tam orta təhsil (11-ci sinif) səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının keçirilməsi barədə əmr imzalayıb. Modern.az-ın məlumatına görə, əmrə əsasən, 2011/12-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq.

Ümumi orta təhsil (9-cu sinif) səviyyəsi üzrə yoxlama və buraxılış imtahanları Azərbaycan dili və riyaziyyat, tam orta təhsil (11-ci sinif) səviyyəsi üzrə yoxlama və buraxılış imtahanları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçiriləcək.
 
Ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları 2012-ci ilin 28 yanvar - 15 aprel tarixlərində keçiriləcək.

9-cu və 11-ci siniflər üzrə yoxlama imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçiriləcək.

- Bakı şəhərində 28-29 yanvar 2012-ci il tarixində;
- Şirvan şəhəri, Hacıqabul, Ağcabədi, Beyləqan, Kürdəmir, İmişli, Xocavənd və Ağdaş rayonlarında 04-05 fevral 2012-ci il tarixində;
- Saatlı, Sabirabad, Ucar, Zərdab, Laçın, Cəbrayıl,  Ağsu və Göyçay rayonlarında 11-12 fevral 2012-ci il tarixində;
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 18-19 fevral 2012-ci il tarixində;
- Gəncə, Mingəçevir, Naftalan şəhərlərində, Göygöl və Samux rayonlarında 03-04 mart 2012-ci il tarixində;
- Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər və Yevlax rayonlarında 10-11 mart 2012-ci il tarixində;
- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 31 mart - 01 aprel 2012-ci il tarixində;
-  Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarında 08 aprel 2012-ci il tarixində;
- Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarında 14-15 aprel  2012-ci il tarixində;
- Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərində yerləşən ümumtəhsil məktəblərində yoxlama imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə.
- Yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılsın və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.
- Peşə liseylərində 25 fevral 2012-ci il tarixində.

9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçiriləcək

- Bakı şəhərində 23 iyun 2012-ci il tarixində;
- Şirvan şəhəri, Hacıqabul, Ağcabədi, Beyləqan, Kürdəmir, İmişli, Xocavənd və Ağdaş rayonlarında 02 iyun 2012-ci il tarixində;
- Saatlı, Sabirabad, Ucar, Zərdab, Laçın, Cəbrayıl,  Ağsu və Göyçay rayonlarında 04 iyun 2012-ci il tarixində;
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 07 iyun 2012-ci il tarixində;
- Gəncə, Mingəçevir, Naftalan şəhərlərində, Göygöl və Samux rayonlarında 09 iyun 2012-ci il tarixində;
- Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər və Yevlax rayonlarında 12 iyun 2012-ci il tarixində;
- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 16 iyun 2012-ci il tarixində;
- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarında 18 iyun 2012-ci il tarixində;
- Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarında 21 iyun 2012-ci il tarixində;
- məcburi köçkün rayonlarının işğal altında olan ərazilərində yerləşən ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə.
- Peşə liseylərində 24 aprel 2012-ci il tarixində.
- 11-ci sinif üzrə təkrar imtahanlar müvafiq şəhər və rayonlarda  göstərilən tarixlərdə keçiriləcək.

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat və müxtəlif səbəblərdən üzrlü olaraq buraxılış imtahanlarında iştirak etməyənlər üçün buraxılış imtahanları ümumi orta təhsil səviyyəsi üzrə Azərbaycan dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən 25 iyun 2012-ci il tarixində saat 10.00-da Bakı şəhərinin 202 nömrəli tam orta məktəbində keçiriləcək.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Nazirin əmrilə Bakı və Gəncə Şəhər Təhsil idarələrinə, bütün şəhər (rayon) təhsil şöbələrinə, bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin və peşə liseylərinin direktorlarına tapşırılıb ki, buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar olaraq məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynləri arasında təlimati işlər aparsınlar, buraxılış sinif şagirdlərinin yoxlama və buraxılış, habelə eksternat və payız imtahanlarında iştirakını təmin etsinlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir