Modern.az

"Əzizbəyov" metrostansiyasının adı dəyişdirildi

"Əzizbəyov" metrostansiyasının adı dəyişdirildi

Ölkə

10 Dekabr 2011, 16:04


Noyabrın 1-dən bağlanan Bakı Metropoliteninin “Məşədi Əzizbəyov” stansiyasında yenidənqurma işləri intensiv sürətlə sona çatdırılmaq üzrədir və bu ayın sonunda açılış olacaq.
Bakı Metropolitenindən Modern.az saytına bildirilib ki, təmirdən sonra dekabrın axırında təkrar istismara veriləcək "Məşədi Əzizbəyov" stansiyasının adı da artıq dəyişdirilib.

Bakı Metropolitenindən Modern.az-a bildirilib ki, açılışdan sonra stansiya “Koroğlu” adlanacaq. Satansiyanın yerüstü binası pirmida formasında şüşə konstruksiyadan tikilib.

"Koroğlu" stansiyası "İçərişəhər"dən sonra Bakı Metropoliteninin şüşə konstruksiyalı ikinci stansıyası olacaq.

Stansiyada aparılan yenidənqurma işləri nəticəsində yeni giriş və çıxışlar tikilib, stansiyaya gedən yeraltı keçidlərin yeri dəyişdirilib, daxili interyer yenilənib, tavan 6 metr 45 sm hündürlüyədək ucaldılıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!