Modern.az

Moskvada son 20 ilin ən böyük etiraz aksiyası (FOTOLAR+VİDEO)

Moskvada son 20 ilin ən böyük etiraz aksiyası (FOTOLAR+VİDEO)

Ölkə

10 Dekabr 2011, 16:33

Rusiyada ötən bazar günü keçən parlament seçkilərinin nəticələrinin saxtalaşdırlımasına etiraz əlaməti olaraq son 20 ildə ən izdihamlı nümayişlər keçirilir. Moskvanın Bolotnaya meydanında 80 mindən artıq adamın toplaşdığı təxmin edilir.

Modern.az Rusiya KİV-lərinə istinadən bildirir ki, hakimiyyətin icazə verdiyi mitinq günorta saatlarında başlayıb və axşam saat 19.00-da başa çatmalıdır. Aksiyada sabiq baş nazirin müavini Boris Nemtsov MSK və Rusiya rəhbərliyinin istefasını tələb edib. Digər müxalifət liderləri Yevgeniya Çirikova, Sergey Mitroxin, Qriqori Yavlinski, yazıçılar Boris Akunin, Sergey Şarqunov, Dmitri Bıkov, jurnalistlər Leonid Parfyonov, Tatyana Lazareva, milliyətçi Konstantin Krılov da bu çağırışla çıxış ediblər.

Əədalətli seçki tələbiylə keçirilən mitinqin sonunda seçkinin nəticələrinin ləğvi tələbilə qətnamə qəbul edilib. Qətnamədə  həmçinin bütün siyasi məhbusların azad edilməsi, Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun istefası, seçkiyə buraxılmayan partiyaların qeydiyyata alınması və yenidən ədalətli seçki keçirilməsi tələb olunur.Təşkilatçılar dekabrın 24-də növbəti aksiyaya çıxacaqlarını bildiriblər.

"Biz buraya dekabrın 24-də gələcəyik. Və ola bilsin ki, onda bizim sayımız 5 dəfə artıq olacaq", - deyə təşkiltatçılar bəyan ediblər. Onlar həmçinin müdaxilə olmadığına görə polislərə təşəkkür bildirib, “Polis xalqladır” şüarları səsləndiriblər.


 

 

 

 

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır