Modern.az

“Evrovision-2012”nin milli seçimlərində 3-cü həftənin iştirakçıları çıxışa başlayır (SİYAHI)

“Evrovision-2012”nin milli seçimlərində 3-cü həftənin iştirakçıları çıxışa başlayır (SİYAHI)

Ölkə

12 Dekabr 2011, 12:49

Sabahdan “Evrovision 2012” milli seçim turlarının 3 – cü həftəsi başlayır. Bu həftənin iştirakçıları Xəyyam Mustafazadə, Fərid Ramazanov, Aytac Vəliyeva, Rüstəm Əlləzov, Rövşən Əzizov, Aysel Quluzadə, Yelena Kərimova, Anar Səfərov və Altun Zeynalov olacaq. İştirakçılar həftənin 5 günü Ictimai Televiziyadak; canlı yayımda ifa və performanslarını təqdim edəcəklər. Şənbə günü  isə qaydalara uyğun olaraq münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 3 – cü həftənin qalibi bəlli olacaq.

Qeyd edək ki, artıq 2 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Finalda isə Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!