Modern.az

2012-ci il - qara əjdaha ili nə vəd edir?

2012-ci il - qara əjdaha ili nə vəd edir?

12 Dekabr 2011, 17:31

Tanınmış astroloqun proqnozları...


Artıq 2011-ci ilin son ayını yaşayırıq, 2012-yə qədəm qoymağa sayılı günlər qalıb. Modern.az-ın məlumatına görə, qarşıdan gələn 2012-ci il Şərq təqviminə görə qara əjdha ilidir, ünsürü sudur.

Astroloji proqnozlara inanan insanlar gələn ildə onları nələr gözləyəcəyini əvvəlcədən öyrənmək istəyirlər.
Tanınmış astroloq Səbuhi Rəhimli Modern.az saytına söhbətində əjdaha ilində bizi hansı yeniliklərin gözlədiyindən, Azərbaycanın daxili həyatında hansı dəyişikliklərin olacağından danışıb.

2012-ci il nə vəd edir?

Astroloq Səbuhi Rəhimli deyir ki, yeni ilin xarakterini bir neçə mənbələrdə araşdırıb və bu istiqamətdə xeyli tədqiqat aparıb. Onun sözlərinə görə, 2012-ci il daha çox mənfi yönümüylə  yadda qalacaq. 2012-ci ildə insanlarda daxili azadlıq bir qədər məhdudlaşacaq. Astroloq deyir ki, son dörd ildə daxili azadlıq insanlara situmul verirdisə, qarşıdakı ildə bu, bir qədər məhdudlaşacaq.

S.Rəhimlinin sözlərinə görə, gələn il istər ictimai-siyasi hadisələrdəki gərginliklər, istərsə də təbiət hadisələri ötən illərlə müqayisədə artacaq, təbii fəlakətlər, qarşıdurmlar daha çox olacaq. Amma astroloq deyir ki, bu hadisələr dünya mühariəsinə gətirib çıxaran dərəcədə olmayacaq.

2012-ci ildə dünya dağılmayacaq


S.Rəhimli “2012-ci ildə dünya dağılacaq” kimi iddialarla razılaşmayaraq bildirib ki, bu,  əsassız uydurma fikirlərdir. Ancaq 2012-ci ildə insanın təfəkküründə, dünyaya baxışında, insanlara münasibətində köklü dəyişikliklər start götürəcək.

S.Rəhimlinin sözlərinə görə, 2003-cü ildən başlanan yeni era-dolça erası ilə əlaqədar dəyişən proseslər (İraqa hücüm, Gürcüstan hadisələri, bu gün baş verənlər...) 2012-ci ildə özünün ən pik nöqtəsinə çatacaq. Hər bir eranın təxminən iki min il sürdüyünü deyən astroloqun sözlərinə görə, dünyada baş verən dəyişikliklər 2022-ci ilə qədər davam edəcək. 
2012-ci ildən sonra, proseslər tədricən zəifləyəcək, insanlar yavaş-yavaş gərginlikdən qurtulacaqlar.

Əjdaha ili bizdən nələr tələb edir?

S.Rəhimlinin sözlərinə görə, əjdaha ili ilə bağlı Şərqdə belə bir tendensiya irəli sürülür ki, həmin ildə insanlar mülayim davranmalı və əjdahaya bir qədər hörmətlə yanaşmalıdırlar. Ümumiyyətlə, əjdaha ili taleyin ən avtoritet simvolu hesab olunur. Şərqdə onu asimanın enerji mənbəyi də hesab edirdilər. S.Rəhimli deyir ki, ona görə də əjdaha dövrünü müəyyən proseslərdə aktivləşmə dövrü kimi dəyərləndirirlər.

Yeni il hansı işlər üçün daha uğurludur?

Astroloq deyir ki, yeni il xarici dillərin öyrənilməsi və intellektin inkişaf etdirilməsi üçün uğurludur. S.Rəhimlinin sözlərinə görə, əjdaha ilində mədəniyyət sahəsində, xüsusilə də səhnədə uğurlar daha çoxdur.

Hər bir ilin özünün oyun qaydaları olduğunu deyən müsahibimiz bildirib ki, əjdaha ilinin də özünə xas qaydaları var. Belə ki, “haqlı olan qalib gələcək” prinsipi “işləməyəcək”, kim güclü və enerjilidirsə, o da qalib gələcək. S.Rəhimli deyir ki, ona görə də insanlar haqlı olmaqla yanaşı, eyni zamanda güclü olmalıdırlar ki, istədikləri zirvəyə çatsınlar.

“Avesta astrologiyasında da bu il o qədər yaxşı dəyərləndirilmir”-deyən astroloqun sözlərinə görə yeni ildə nədən qacsaq, elə o da bizi yaxalayacaq.

S.Rəhimli deyir ki, əjdaha ili insanların fərd kimi parcalanmasına gətirib çıxaran ildir. “Kollektiv, vəhdət yaratmaq mütləq lazımdır ki, insanlar bu enerjini daşıya, yükün altına girə bilsinlər. Fərdi qaydada heç kim, heç nə edə bilməyəcək. Yəni hansısa nəzərdə tutduğu hədəfə çata bilməyəcək”.

Əjdaha ilində başlayan münaqişələr əjdaha ilində də tamamlanır

S.Rəhimli deyir ki, tarixi xronologiyaya görə, əjdaha ilində başlayan məhəlli münaqişələr  əjdaha ilində də tamamlanır. Astroloq bunun 2000-ci ildə alınmadığını desə də, qeyd edib ki, proseslər yeni əjdaha ilindən nəyəsə ümid etməyə imkan yaradır.
S.Rəhimli düşünür ki, yeni ildə Qarabağla bağlı konkret addım da atılacaq.

İlin aparıcı bürcləri, illəri və daş-qaşları...

Əjdaha ili 2012-ci il yanyarın 23-də başlayacaq və 2013-cü il fevral ayının 9-na qədər davam edəcək. Yeni ilin planeti aydır. Ayın himayəsəində də tam tərkibdə xərçəng, bir qədər də buğa bürcüdür.

Əjdaha ilinin aparıcı illəri isə əjdahanının özü, sican və meymun ilidir. Ancaq at, it, pələng ilində doğulanlar bir qədər ehtiyatlı olmalıdır. İlin rəngi qara və açıq mavi, ümumiyyətlə mavinin bütün çalarlarıdır.

S.Rəhimli sözlərinə görə, ilin daş-qaşı əqiq, rubin və zümrüddür. Bu daşlar bir qədər talisman, qoruyucu xarakteri daşıyır. Gümüş isə ilin metalıdır.  

İlin aktiv ölkələri...

Hər bir ilin aktiv ölkələri olur. S.Rəhimlinin sözlərinə görə, qarşıdakı ilin aktiv ölkələri sırasına Türkiyə, Azərbaycan, Şotlandiya, Holandiya, İrlandiya, Polşa, Rusiya, İran, İraq, Əfqanıstan, Avstraliya, Mərkəzi Afrika, Suriya, Sakit okean adaları daxildir. Bu ölkələr il ərzində daha aktiv olacaqlar. Ancaq hansı mənada aktiv olacaqlarına gəlincə S.Rəhimli deyir ki, bunu yaşayıb görə bilərik.

2012-ci il ölkəmiz üçün nə ilə yadda qalacaq?

S.Rəhimlinin sözlərinə görə, qarşıdakı ildə Azərbaycanda daha çox torpaq sürüşmələri, yatmış palcıq vulkanlarının oyanışı olacaq. Kütləvi tələfatla nəticələnən zəlzələlər olmayacaq. Ancaq zəif hiss olunan zəlzələlər olacaq. Ümumiyyətlə kütləvi ölümlə nəticələnən hər hansı bir hadisə baş verməyəcək.

Əjdaha ilində baş verən mühüm hadisələr

S.Rəhimli deyir ki, əjdaha ilində çox hadisələr olub. Kərbəla çölündə imam Hüseyn və tərəfdarlarının şəhadətə qovuşması, İngiltərə və Hollandiya arsında müharibə, ilk erməni ailələrinin I Pyotrun əmri ilə Gilan və Mazandarandan Azərbaycana köçürülməsi, Sultan Səlimin şəhid olması...

Sədaqət Süleymanova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir