Arxiv
28 mart 2019, 16:44 | İQTİSADİYYAT
Kəmaləddin Heydərovdan Nizami Rayon İcra Hakimiyyətinə sərt İTTİHAM 

Prezident İlham Əliyevin Bakının Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də keçirdiyi müşavirədə fövqəladə allar naziri Kəmaləddin Heydərov çıxış edib.

 

Modern.az-ın məlumatına görə, nazir yanğının başvermə səbəbləri, əhatə dairəsi və həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə Prezident İlham Əliyevə məlumat verib.

 

Nazir bildirib ki, hadisədən dərhal sonra operativ olaraq yanğınsöndürənlər hadisə yerinə yaxınlaşıb və ilkin tədbirlər həyata keçirilib.

 

Yanğının mənbəyinin ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönərxanadan başladığını deyən Kəmaləddin Heydərov qeyd edib ki, yanğının başvermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında da əks olunub. Yanğının söndürülməsinə 35 yanğınsöndürən maşının və 3 helikopterin cəlb olunduğunu deyən nazir bildirib ki, ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyədək əməl olunmayıb. Kəmaləddin Heydərov deyib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq ticarət mərkəzinə və rayon icra hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, burada yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib və bu məqsədlə tələb olunan hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkaponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub.

 

Nazir hadisənin fəsadlarının aradan qaldırılması və yanğının ətraf binalara keçməməsi üçün bütün lazımi tədbirlərin operativ görüldüyünü vurğulayıb.

 

O, hadisənin başvermə səbəblərinin araşdırılması məqsədilə qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görüləcəyini və əldə edilən ilkin materialların komissiyaya təqdim ediləcəyini bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xocəsən poçt şöbəsində hücum – yaralanan var 17 Avqust 2019, 14:16 Polisdən AÇIQLAMA: Nəzarətsiz uşaqların oğurlanması halları var 17 Avqust 2019, 13:54 Sentyabrda kirayə evlər bahaşacaq 17 Avqust 2019, 13:31 Nazirlik əlilliyi olan şəxslərlə bağlı proqrama start verdi 17 Avqust 2019, 13:28 Oğuzda mübahisə qətllə nəticələnib 17 Avqust 2019, 13:16 "28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb 17 Avqust 2019, 12:55 Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR 17 Avqust 2019, 12:44 Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir 17 Avqust 2019, 12:24 MTN eyni silahlarla həm sabiq naziri, həm də jurnalisti şərləyib - Vəkil yeni sirlər açdı - II YAZI 17 Avqust 2019, 12:14 Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 17 Avqust 2019, 12:01 Reyxstaqa qədər döyüşən aktyor - Hüseynağa Sadıqovun ömrü boyu unutmadığı dəhşətli EPİZOD 17 Avqust 2019, 11:55 Kamerun, Nigeriya və Konqonun qadın siyasətçiləri Qarabağ haqda məlumatlandı 17 Avqust 2019, 11:53 Sabah 40 dərəcə isti olacaq 17 Avqust 2019, 11:42 Mehmanxana yandı, 8 nəfər can verdi 17 Avqust 2019, 11:39 Tramp bank rəhbərlərini təcili iclasa çağırdı 17 Avqust 2019, 11:21 “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” – Arıçı təbii balın sirlərini AÇDI 17 Avqust 2019, 11:02 Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb? - STATİSTİKA 17 Avqust 2019, 10:52 Avtobusun uçuruma düşməsi nəticəsində 7 nəfər ölüb 17 Avqust 2019, 10:35 Polis dövlətin ən etibarlı dayağıdır 17 Avqust 2019, 10:31 İstanbulda partlayışda ölən var 17 Avqust 2019, 10:11 Göyçay, Ucar və Zərdabda qaz olmayacaq 17 Avqust 2019, 09:52 Ermənilər cəbhədə snayperləri işə saldı 17 Avqust 2019, 09:33 İstirahət günlərinin havası AÇIQLANDI 17 Avqust 2019, 09:15 İldırım 5 nəfərin həyatına son qoydu 17 Avqust 2019, 09:06 Qarabağın azərbaycanlı icmasının səsi necə eşidilir? - Üç deputatın MÖVQEYİ 17 Avqust 2019, 08:58 Almaniyada hərbi tərcüməçi İrana işləyirmiş 17 Avqust 2019, 00:48 Sabiq prezidentin xanımına cinayət işi açıldı 17 Avqust 2019, 00:26 Peterburq bazarında azərbaycanlılarla atışma olub 17 Avqust 2019, 00:07 Taliban liderinin qardaşı öldürüldü 16 Avqust 2019, 23:47 Azərbaycan nefti ucuzlaşıb 16 Avqust 2019, 23:31 70-ci illərin məşhur maşınları - FOTOLAR 16 Avqust 2019, 23:16 Keçmiş həyat yoldaşı və qayınanasını bıçaqlayan şəxs yaxalandı 16 Avqust 2019, 22:59 Qəzzadakı toqquşmalarda 33 fələstinli yaralandı 16 Avqust 2019, 22:43 Cəlilabadda sərxoş sürücü körpünü, mağazaları dağıtdı 16 Avqust 2019, 22:29 Xərçəngə qalib gələn ərzaqlar - SİYAHI 16 Avqust 2019, 22:14