Modern.az

Azərbaycanda saatlar insanları çaşdırdı  

Azərbaycanda saatlar insanları çaşdırdı   

İqtisadiyyat

31 Mart 2019, 08:03

Bu gün insanların bir çoxu səhəri saatların dəyişməsi xəbəri ilə açıb. Çünki smartfon telefonlarda olan saatlarla adi mexaniki saatlar arasında vaxt fərqi meydana gəlib.

Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, bir neçə ildir ki,  Azərbaycan yay vaxtına keçid ləğv olunub.
Bu gün səhər isə bir çox vətəndaşlar telefonlarında saatın avtomatik bir saat irəli çəkilməsi problemi ilə qarşılaşıblar. Bu hal xüsusilə də smartfonlarda qeydə alınıb. Mütəxəssislər bildirir ki, bu bəzi mobil cihazlarda mövcud olan vaxt proqramının yenilənməməsi ilə bağlıdır.

Ekspertlər bildirir ki, artıq mobil cihazında bir dəfə vaxt çaşqınlığı yaşayanlar diqqətli olmalı və vaxtla bağlı olan proqrama daxili dəyişiklik etməlidirlər.

Qeyd edək ki, 2016-cı ilə qədər Azərbaycan gün işığından səmərəli istifadə etmək üçün mart ayının son bazar günü saatı bir saat irəli və oktyabr ayında isə bir saatı geriyə çəkirdi. Ancaq 2016-cı ildən başlayaraq Azərbaycan höküməti insanlarda çaşqınlıq yaratdığına və tibbi olaraq bəzi sağlıq problemlərinə səbəb ola biləcəyini əsas gətirərək bu təcrübədən istifadə etməkdən imtina edib.


Azərbaycandan fərqli olaraq, bu gün bəzi ölkələrdə yay vaxtına keçid həyata keçirilib. Məsələn, Ukrayna martın 31-dən yay vaxtına keçib.

Ukrayna Nazirlər Kabinetinin qərarı ilə martın son bazar günündə – ayın 31-də gecə saat 03:00-da saatların əqrəbləri bir saat irəli çəkilib.

Bununla da Azərbaycanla Ukrayna arasında vaxt fərqi bir saata enib.



A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi