Modern.az

Deputat “Azercell”dən deyil, mobil rabitənin ümumi problemlərindən danışıb

Deputat “Azercell”dən deyil, mobil rabitənin ümumi problemlərindən danışıb

16 Dekabr 2009, 19:48

Ö

tən gün millət vəkili Məlahət İbrahimqızının “Yeni Azərbaycan” qəzetinə açıqlamasında “Azercell” şirkətindən narazılığı ifadə olunub. Maraqlıdır, deputat “Azercell”dən narazıdırsa, “Azercell”in xidmətindən niyə imtina etmir?

Modern.az saytının bu sualına cavabında deputat bildirib ki, adı çəkilən qəzetdə onun dedikləri bir qədər təhrif olunub: “Mən ölkədə ümumi mobil rabitə xidməti göstərən şirkətlərin ümumi problemlərindən danışmışam. Eyni zamanda, bir xidmətdən o birinə keçid zamanı müəyyən qüsurların olduğunu demişəm. Ancaq dediklərim qəzetdə yalnız Azercellin ünvanına yazılıb”.

Millət vəkili bildirib ki, mobil telefondan istifadə etdiyi ilk gündən “Azercell”in abunəçisidir: “Yalnız bayram vaxtları mobil rabitə xidmətində müəyyən çatışmazlıqların olduğunu görmüşəm. Bunu isə normal qarşılamaq lazımdır. Dünyanın ən qabaqcıl ölkələrində də bayramlarda belə problem yaşanır. Bu da həmin vaxt şəbəkənin həddən artıq yüklənməsi ilə bağlı olur. Bir neçə dəfə kartım yanıb ki, bu da “Azercell”ə bağlı deyil”.

M.İbrahimqızı deyib ki, “Azercell” mobil rabitə xidməti göstərməklə yanaşı Azərbaycanda böyük sosial layihələri gerçəkləşdirən və özəl şirkətlər arasında ən çox vergi ödəyən  qurumlardan biridir , onun fəaliyyətini təqdir edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər