Arxiv
6 Aprel 2019, 14:41 | MƏDƏNİYYƏT
Allahşükür Paşazadənin iranlı ayətullahla SSRİ-də keçirdiyi konfrans - Ərdəbili Bakıya niyə gəlmişdi? - FOTOLAR

İnternetdə İranın məşhur siyasi və din xadimi olmuş, ayətullah Əbdülkərim Musəvi Ərdəbilinin 1991-ci ilin əvvəlində Azərbaycana səfəri və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə birgə keçirdiyi mətbuat konfransının videosu yayımlanıb.


Maraqlı kadrların yer aldığı bu səfər  hələ SSRİ-nin mövcud olduğu zaman - 1991-ci ilin mart ayında baş tutub.


Bunu sovet Azərbaycanın tarixində İrandan gəlmiş nüfuzlu ayətullahın ilk səfəri hesab etmək olar. SSRİ-nin son illərində sərhədlərin açıldığı və ictimai münasibətlərin yeni müstəvi üzərində formalaşdığı bir məqamda iranlı din xadiminin bu səfəri özünün ictmai-siyasi mesajı baxımından diqqətçəkəndir.

Şeyxülislam Allahşükür Paşazadə ilə birgə keçirdiyi mətbuat konfransında  Ərdəbili bir sıra sualları cavablandırıb.  Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizənin qaynar vaxtına təsadüf edən bu səfər heç bir halda təsadüfi sayıla bilməzdi. Müxtəlif maraqların diqqətində olan ölkəmiz o zaman ciddi sınaqlar qarşısında dururdu. Bu müstəvidə dini münasibətlərə yeni baxış, etiqad azadlığının siyasi mübarizə kimi yönləndirilməsi cəhdləri ortada idi. Odur ki, iranlı ayətullahın səfəri də ateist cəmiyyətdən çıxmış azərbaycanlılar üçün bir mesaj sayıla bilərdi.


Bu baxımdan mətbuat konfransında Şeyxin siyasi hazırlığı və mesajları diqqət çəkir.


Allahşükür Paşazadə mətbuat konfransıdakı çıxışında hələ ki SSRİ-nin tərkibində olan Azərbaycanla İran arasında olan münasibətlərin təkcə dini deyil, həm də milli olduğunu açıqlayır və hər iki tərəfdə yaşayanların eyni xalq olduğunu vurğulayır.  


QMİ sədri dünyada islam dininə qarşı bir mənfi ovqatın yaradılması cəhdindən narahat olduğunu deyir. Onun hələ o zaman nümayiş etdirdiyi mövqeyi elə Azərbaycanın sonrakı siyasətində aparıcı prioritetə çevrilmiş tolerantlıq və dözümlülük prinsiplərinə söykənir:



“Bu gün Qərb dövlətləri islamı mənfi çalarda göstərmək istəyirlər. Hər yerdə xristian dininin təbliğatı gedir. Biz bundan fərəhlənirik. Kilsələri təmir edirlər, biz bunun əleyhinə deyilik. Bizə bunu öyrədən dinimizdir. Amma islam dinində bir dirçəliş olanda tez onların gözünə başqa cür görünür. “İslam fanatizmi”, “islam ekstermizimi” deyilən sözlərlə bizə boyunduruq salmaq istəyirlər. Bu, xalqlardan yox, müəyyən dairələrdən gələn bir fikirdir.  Müxtəlif dünlərə məxsus xalqlar bir-birini gözəl başa düşür. Bu gün mən xristianları gözəl başa düşürəm, xristianlar də məni”.

 
A.Paşazadə çıxışında qeyd edir ki, bu gün dini məsələ ilə milli məsələni bir-birinə qarışdırıb onları qarşı-qarşıya qoymaq  çox böyük fəlakət gətirə bilər:
“Biz buna imkan verməyəcyik. Əgər bir xalq özünün əqidə azadlığını istəyirsə,  bunu islam ekstremizmi adlandırmaq doğru deyil”.


QMİ sədri bildirir ki, Azərbaycanda milli şüurun yüksəlməsində minillik islamın rolu var. Onu bu gün tamam bir kənara atmaq, qiymətləndirməmək düzgün deyil.


Daha sonra şeyxülislam mühüm bir məqamı açıqlayır. O, müxtəlif qüvvələrin dinə yarlıq vuraraq “İran islamı”, “Türkiyə islamı” kimi ayırmalara etiraz edir:  “Burada bəzi adamlar “İran islamı” adından istifadə edirlər. Bu böyük bir səhv olardı. İranın heç vaxt özünün islamı ola bilməz. Türkiyənin, Azərbaycanın da özünün islamı ola bilməz. İslam Quranla bizə çatdırlan Allahın hökmüdür. Dinin necə inkişaf etməsi o dövlətin özünün daxili məsələsidir. Xalqı belə yarlıqlarla qorxutmaq düzgün deyil”.


A.Paşazadə əslində bu bəyanatla məzhəb təbliğatları üçün münbit yer kimi Azərbaycanı seçmək istəynlərin niyyətinə qarşı mövqeyini nümayiş etdirir.  QMİ sədri xalqımızın mədəni xəzinəsinin zənginliyini vurğulayır və bu bazada Azərbaycan cəmiyyətinin inkişafı üçün böyük imkanlar olduğunu deyir: “Əgər yenidənqurma keçmişi dağıdıb yenidən qurmaqdırsa, biz onun tərəfdarı deyilik. Biz öz keçmiş tariximizin üzərində yeni tarix qurmağı bacarmalıyıq”.


Sonra çıxış edən ayətullah Ərdəbili İran və Azərbaycan arasında münasibətlərin gələcək perspektivlərinə toxunur.


Jurnalist Zülfüqar Rüfətoğlunun “islamın Azərbaycandakı hazırkı vəziyyətinə necə qiymət veririsiniz” sualını cavablandıran Ərdəbili bildirir ki, SSRİ-də “Azərbaycan xalqının əməllərində, qəlbində islamın kökü qırılmasa da, amma incəlib”.


Daha sonra “Bakinskiy raboçiy” qəzetinin müxbiri “İranda nə qədər azərbaycanlı yaşayır” sualını verir. 



Ayətullah Ərdəblinin cavabı maraq doğurur. O bildirir ki, İranda Azərbaycan iki ostana ayrılıb. Bundan sonra Ərdəbili rəqəmləri açıqlayır: “Deyəcəyim rəqəm təqribidir və təqribən  9 il əvvələ aiddir (1980-ci ilə-red.)  Biz inqilab etdik. Mən də yeni dövlət üçün hazırlanan qanunvericilik prosesinin içində idim. Biz ölkəni ostanlara bölürdük və hər ostan üzrə deputat sayını müəyyən edirdik. O zaman Şərqi Azərbaycanda yaşayan 4 milyon 500 min azərbaycanlını qeydə aldılar. Qərbi Azərbaycanda yaşayanlar  ondan az idi. 2 milyon... Bu iki ostanda cəmi 6 milyon yarım azərbaycanlı var idi o zaman... Bu 8 ildə say xeyli  artıb. İndi 10 milyondan çox  olar. İranın bir çox əyalətlərində türklər yaşayır. Həmədanda, Xorasanda, Zəncanda... Tehranın özündə də türklər farslardan az deyil”.


Ərdəbili deyir ki, səfəri zamanı iki ölkə arasında mədəni əlaqələrin yaradılması, turizm və dini ibadətgahları ziyarət üçün imkanları müzakirə ediblər.  Ərdəbili bildirir ki, gələcəkdə Nizmi adına İran- Azərbaycan Dostluq Cəmiyyətinin yaradılması, Elmlər Akademiyası ilə müştərək əməkdaşlıq, kitab mübadiləsi planı var.


Daha sonra Ərdəbilinin Azərbaycan xarici işləri nazirinin müavini Albert Salamovla görüşü əks olunur. Bu görüşdə dini rəhbər XİN rəsmisindən azərbaycanlıların Məşhədə ziyarətlə bağlı viza məsələsinin həlli yollarını müzakirə edir. A.Salamov bildirir ki, “bizdən nə asılıdır edirik. Xahişlərə baxarıq, imkan daxilində yenə edərik”.   


Kadrlarda həmçinin, ayətullah Ərdəbilinin otaqda olanlarla söhbəti yer alıb. Videoda nümayəndə heyəti arasında sonradan İranın  müstəqil Azərbaycan Respublikasında səfiri olmuş Əhəd Qəzayi də var.

Qeyd edək ki, Ayətullah Musəvi Ərdəbili 1926-cı ildə  Ərdəbildə dünyaya gəlib. Onun əsili Naxçıvandandır. Ordubaddan olan ailəsi sonradan Ərdəbilə köçüb.

Müsəvi Ərdəbili İranın tanınmış siyasi və din xadimi olub. O, İran İslam Respublikasının Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb. 1979-cu il inqilabından sonra Konstitusiyanın yazılmasında Müsəvinin əvəzsiz rolu olub.

İnqilabın ilk illərdində İranın Ədliyyə Nazirliyinə rəhbərlik edib. İslam İnqilabının banisi Ayətullah Xomeyninin vəfatından sonra Quma gedən Ərdəbili orada məskunlaşıb.

 

2016-ci ilin noyabrında, 90 yaşında vəfat edib.


A.SƏFƏRLİ

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyənin F-35 proqramında iştirakında problem yaranır 18 İyul 2019, 01:00 “Neftçi”ni çətin oyun gözləyir 18 İyul 2019, 00:44 Sumqayıtda usta  içkidən zəhərləndi 18 İyul 2019, 00:27 Bakıda iki qız itkin düşdü 18 İyul 2019, 00:13 “Növbəti mərhələyə maksimum hazır olmağa çalışacağıq” - Qurban Qurbanov 17 İyul 2019, 23:56 Ərdoğan türk diplomatlarına hücumu pislədi 17 İyul 2019, 23:36 “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib 17 İyul 2019, 23:22 Azərbaycanda  31432 narkoman qeydiyyata alınıb 17 İyul 2019, 23:11 “Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsində 17 İyul 2019, 22:54 Türkiyə 7 terrorçunu zərərsizləşdirib 17 İyul 2019, 22:37 Bakıda pul borcu üstündə bıçaqlanma 17 İyul 2019, 22:24 Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı 17 İyul 2019, 21:45 İranda tayfa davası: 1 ölü, 13 yaralı 17 İyul 2019, 21:29 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47 Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30 İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16 “Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12