Modern.az

Türkiyənin rəhbər müəllimləri - Məktəb psixoloqları əslində necə olmalıdır?  

Türkiyənin rəhbər müəllimləri - Məktəb psixoloqları əslində necə olmalıdır?  

8 Aprel 2019, 10:46

Azərbaycanda məktəbli qızın intihar etməsi bir neçə sualı gündəmə gətirib. Məktəblərdə problemli uşaqlarla məşğul olan psixoloq varmı? Axı məktəblərdə hər zaman psixologiyası zəif olan şagirdlərin sinif yoldaşları tərəfindən aşağılanma halları baş verir.

Azərbaycan məktəblərində psixoloq ştatları var. Həmin ştatlarda çalışan psixoloqların müəllim və şagirdlərlə işinin son hadisədən sonra müsbət olamadığı bir daha təsdiqləndi.  

Mən bu gün Türkiyədəki təcrübədən yazacam.  Türkiyədəki bütün məktəblərdə rəhbər müllimlər var. Rəhbər mülliimə ayrılmış bir otaq olur. Şagirdlər, müəllimlər və valdeynlər rəhbər müllimlə görüşür və onları narahat edən problemi həll etməyə çalışırlar. Rəhbər müəllim nədir?

Türkiyə Təhsil Nazirliyi rəhbər müəllimə psixolq-danışman səlahiyyəti verib. Rəhbər müəllim ona verilən dərs saatlarında sıniflərə girir, uşaqları həm sosial yöndən inkişafa, həm də dərslərdə uğura gedən yola yönləndirir. Eyni zamanda, tək-tək uşaqlarla söhbət edir və onları narahat edən problemləri çözməyə çalışır.  

Rəhbər müəllim olmaq üçün sadəcə psixologiya məzunu olmaq yetərli deyil. Onun  müəllim işləməsi üçün xüsusi imtahandan keçməsi şərtdir. İstanbulun Eyyub ilçəsindəki Silahtarağa məktəbində işləyən psixoloq Zəhra Aydın bildirir ki, bu məsləkdə çalışmağın əsas şərtlərindən biri səbrli və xoşgörülü olmaqdır:

"Biz yüzlərlə şagirdlə çalışırıq. Fərqli ailələrdən çıxan uşaqlar fərqli düşüncəyə sahib olurlar. Həftədə 1 dəfə  bütün siniflərdə mühazirə deyirik. Bundan başqa, problemli şagirdlərlə görüşürük. Əgər görsək ki, bu iş artıq bizi aşır, o zaman uzman həkimlərə yönləndiririk. Biz tək şagirdlərlə deyil, onların ailələri ilə də görüşürük".

Psixoloq deyir ki, yeni dünyada problemlər fərqli olur: "Məsələn, keçən  dəfə bir şagirdimiz bizə internetdə çox vaxt keçirdiyini və bunun bir xəstəlik halı aldığını bildirdi. İnternetdə oyunların və sosial ortamın ona mənfi təsir etdiyini bildirdi. Bir şagirdimiz isə ailəsində olan problem üzündən hər gün məktəbdə aqresiv davranır, sinif yoldaşlarına şiddət uyğulayırdı. Biz onunla söhbət etdikdən sonra ailəsini çağırdıq və məsələni onlarla danışaraq, həll etməyə çalışdıq".

Qeyd edim ki, Türkiyədə rəhbər müəllimlər 1-ci sinifdən başlayaraq dərs verməyə başlayırlar. 

Məhsəti Şərif,
İstanbul

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir