Arxiv
15 Aprel 2019, 08:38 | MÜSAHİBƏ
Hacıbaba Hüseynovun iş axtaran tələbəsindən telekanallara müraciət: “...ATV-nin  “Nanəli” verilişində olmalıyam” - MÜSAHİBƏ

2019-cu ilin mart ayında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi tamam oldu. 

Qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri kimi Hacıbaba Hüseynov muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdırmış, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratmışdır. Təsirli və məlahətli səsə malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur. Hacıbaba Hüseynov daim saflığını qorumağa çalışdığı muğamın tədrisi sahəsində də uzun illər səmərəli fəaliyyət göstərmiş və məşhur xanəndələrin bütöv bir nəslinin yetişdirilməsinə böyük əmək sərf etmişdir.

Bütün bunları nəzərə alan ölkə başçısı Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə sərəncam imzaladı. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Mərhum xanəndə, xalq artisti Hacıbaba Hüseynovun az sayda olan tələbələrindən biri  Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:


- Özünüzü təqdim etməyinizi xahiş edirik.


- Bəşirov Rövşən Adil oğlu. Hazırda Bakı şəhərində yaşayıram. Asəf Zeynallı adına musiqi məktəbini bitirmişəm. Ustadım, xalq artisti Hacıbaba Hüseynovdur. İllər keçməsinə baxmayaraq, bu gün də müəllimimi xatırlayıram. Dövlətimiz tərəfindən bu il Hacıbaba müəllimin 100 illik yubileyi keçiriləcək. Biz etiraf etməliyik ki, o doğrudan da dahidir, böyük sənətkardır. Mən bu gün də Hacıbaba müəllimin qəzəllərini, ifalarını dinləyirəm və öyrənirəm. Belə böyük sənətkardan dərs alsam da, hazırda muğam ifaçısı kimi heç yerdə çalışmıram. Düzdür, bu gün Azərbaycan muğamına böyük qayğı var. Muğamımız məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva şəxsən özü muğamın inkişafına, qorunmasına təkan verdi. Muğamımız bu gün bütün dünyanı dolaşır. Mən də bir xanəndə kimi birbaşa sizin vasitənizlə Mehriban xanıma müraciət edirəm. Böyük ustadlardan dərs almışam və istərdim ki, onlardan öyrəndiklərimi öz tələbələrim üçün öyrədib, tətbiq edə bilim. Bu məqsədlə hansısa musiqi məktəbində muğam təhsili verməyə çox məmnun olaram. 

- Sizi dövlət əhəmiyyətli tədbirlərə, xüsusi proqramlara dəvət edirlərmi? 

- Son zamanlar Beynəlxalq Muğam Mərkəzində keçirilən bəzi tədbirlərə məni də dəvət edirlər. Mən həmin mərkəzi “Xanəndələrin evi” adlandırıram.

Bu yaxınlarda məlumat aldım ki, deputat Rafael Hüseynovun təşəbbüsü ilə Hacıbaba Hüseynova həsr edilmiş kitab da çap olunacaq. Oktyabr ayının 23-də isə Hacıbaba müəllimin 100 illiyi dövlət səviyyəsində qeyd ediləcək. Onun dünyadan köçdüyü gün xatirəsi layiqincə anılacaq. Ölkə prezidenti özü bununla bağlı fərman verib. Həmin tədbirdə də iştirak üçün mən də dəvət almışam. Yubileydə iştirakım üçün xalq artisti Mirnazim Əsədullayev təklif vermişdi. Tədbirdə muğam oxuyacağam. Bu gün Hacıbaba müəllimin 3 nəfər tələbəsi xanəndəliklə məşğuldur. Biri Saleh müəllimdir, Xudat rayonunda yaşayır, digəri Habil Məlikov və nəhayət, mənəm. Həmin tədbirdə biz üçümüz də iştirak edəcəyik.

Bu gün Hacıbaba müəllimin yolunu davam etdirən xanəndə barmaqla sayılacaq qədərdir. Aqil Məlikov Hacıbaba müəllimin tələbəsi olub, dərs deyir. Amma bir xanəndə kimi düşünürəm, mənim də haqqım var ki, öz bildiklərimi gənc xanəndələrə öyrədim.

Bəlkə də yeganə xanəndəyəm ki, Hacıbaba müəllimin dərslərində istifadə etdiyi materiallar, konspektlər mənim evimdə hələ də qalır. O nə keçib, mən onu saxlayıram. 


- Televiziya verilişlərində necə, çıxışlarınız olubmu? 

- Xeyr. Radiolardan dəvət alsam da, televiziyada mənim sənətimi işıqlandırmaq istəmirlər. Amma Azərbaycan efirlərinə dəvət almaq istəyirəm. Baxıram ki, elə insanlar efirə çıxarılır...  Heç bir musiqi savadı olmayan, oxumağı bacarmayan insanlar efirlərdə boy göstərir. 

- Özünüz iş üçün hansısa musiqi məktəbinə müraciət etmisinizmi? 

- Müraciət etmişəm. Amma mənim xahişimə diqqət edən olmayıb. Müraciət etdiyim bir yerdə dedilər “CV” ver, imtahandan keç. İmtahandan keçməyimə rəğmən, məni müəllim kimi dəvət etmədilər. İkinci dəfə müraciət edəndə dedilər ki, diplomumda “müəllim” sözü yazılmayıb. Bunun mənim səhvim olduğunu düşünmürəm. Halbuki, mənim tələbə yoldaşlarım müəllim kimi işləyirlər. 

- Fərdi hazırlaşdırdığınız gənclər, yeniyetmələr, sizə müraciət edən tələbələr olubmu? 

Neftçala rayonunda yaşamışam. Orada muğamın sirlərini öyrətdiyim tələbələrim olub. Amma rayon mühitində irəli getmək, harasa yüksəlmək çətindir. Ona görə, Bakıya köçdük. Ailənin qayğıları, ona həsr etdiyim zaman üzündən mənim müəllimlik üçün çalışmağıma vaxt qalmadı.
 

- Hacıbaba müəllimlə bağlı xatirələrinizi dinləmək maraqlı olardı... 

- Hacıbaba müəllimin adı gələndə onunla bağlı xatirələr film fraqmenti kimi gözümün qarşısından keçir. Hacıbaba müəllim fitri istedad idi. Amma onun kimi böyük sənətkara yalnız 70 yaşında ad verdilər. Çox böyük əziyyətlər çəkib. Bunların işıqlandırılmasını istəyərdim. Onu efirə çıxmağa imkan verməyiblər. “Sifət rəngin qaraşındır, televiziyada yaxşı düşmür” – deyə qadağa qoyublar.

Hacıbaba müəllim auditoriyada otururdu, inanın, xalq artistlərinə dərs deyirdi. O heç bir adı olmayan müəllim idi, dərs keçdiklərinin arasında isə hətta ad almış xanəndələr var idi. Baba Mahmudoğlu, Teymur Mustafayev, Ağaxan Abdullayev, Alim Qasımov, Səxavət Məmmədov Hacıbaba müəllimin tələbələrindədirlər. Mollalar, mərsiyəxanlar, xanəndələr Hacıbaba müəllimdən muğam öyrənirdilər ki, məclisdə iki kəlmə oxuya bilsinlər. O, bizim üçün ustad idi, müəllim idi, halbuki, o zamanlar heç bir ad almamışdı. 


- Tələbəlik illərində, gənc yaşlarınızda xanəndələrlə bir sırada efirlərə çıxmısınızmı?
 

- O zamanlar da verilişlərə dəvət almamışam. Ancaq toy mərasimlərində çıxışlar edirdim. Onda anlayırdım ki, böyük xanəndələr var. Mən gənc idim, haqqım yox idi ki, böyük sənətkarlar olan yerdə səsimi çıxarım. Amma indiki efirlərdə avaz-avaz oxuyan insanları gördükdə qəhərlənirəm. İnanın, hərdən ağlamaq tutur. Yəni, bu dərəcədə biabırçı səslə, biabırçı ifa ilə efirə çıxa bilirlər?! Sözləri bilməyənlər, qəzəli ifa etməyi bacarmayanlar hər gün televiziyalarda görünürlər. Mənim nə az yaşım var, nə də istedadım künc-bucaqda qalacaq qədər zəifdir. Bu gün ATV telekanalında “Nanəli” verilişi yayımlanır. Mən orada olmalıyam.

Bir şeyi də deyim ki, tələbəlik illərində Ağaxan müəllim bir il mənə dərs deyib. Həmin vaxtda o ifamı bəyənirdi və məni təmənnasız toylara aparırdı. 

- Siz uzun illərdir, xanəndə kimi fəaliyyət göstərirsiniz. Bəs bu gün efirlərdə gördüyümüz gənc ifaçılara münasibətiniz necədir? 

- Bu gün muğam aləmində olan, efirlərə çıxan, gənc xanəndələrdən əksəriyyəti yaxşı ifa edə bilmir. Amma Mirələm Mirələmov, Babək Niftəliyev, Ehtiram Hüseynov və digərləri var ki, onların istedadlı xanəndə kimi parlaq gələcəyi olduğunu düşünürəm. Çox zaman onlarla tədbirlərdə görüşürük. “Hacıbaba müəllimin yadigarı gəldi” - deyərək, məni hörmətlə qarşılayırlar.

Əməkdar artist Sevinc Sarıyeva, xalq artisti Mənsum İbrahimovla da əlaqələrimiz var. Mənsum mənim tələbə yoldaşım olub. 

- Oxuduğunuz musiqi məktəbində Hacıbaba müəllimdən əlavə, hansı məşhur xanəndələr çalışıblar?

- Şövklət Ələkbərova, Nəriman Əliyev, Ağaxan Abdullayev, Vahid Abdullayev və digər ustadlar Asəf Zeynallı adına musiqi məktəbində dərs deyiblər. Bilirsiniz, Hacıbaba müəllimin heç ali təhsili də yox idi. Amma muğamı gözəl bilirdi. Tələbələrinə də bildiklərini məharətlə öyrədirdi. O, bizə elə dərs keçirdi ki, sinifdən çıxa bilmirdik. Bütün günü dərsdə keçirdi, inanın, tələbələr o qədər maraqla dərslərə yanaşırdılar ki, dərslər uzanırdı, Hacıbaba müəllim evə də gedə bilmirdi. 


- Hacıbaba müəllimin sizin haqqınızda düşüncələri, qiymətləndirməsi necə idi? 

- Ustadımın, haqqımda maraqlı bir lent yazısı var idi. Təəssüf edirəm ki, rayondan şəhərə köçən illərdə həmin kaseti itirmişəm. Amma o yazısında haqqımda müsbət fikirdə olduğunu ifadə edirdi. Ustadımdan təqdir almaq mənim üçün böyük fəxarətdir.

Həmçinin, xalq şairi Xəlil Rza Ulutürkün də mənim haqqımda böyük bir yazısı dərc olunub. O məni regionların birində toy məclisində tanıyıb. Bundan sonra müsbət fikirlərini ifadə edərək, haqqımda maraqlı bir məqalə yazmışdı. Onu da deyim ki, hazırda “Ədəbiyyat” qəzetinin baş redaktoru olan Azər Turanın toyunda da mən oxumuşam. Həmin toyda xalq şairi Qabil, xalq yazıçısı İsmayıl Şıxlı və mən toyun idarəediciləri idik. 

- Son olaraq, yeni işləriniz, ifalarınız varmı? 

- Mən bu yaxınlarda kiçik bir təsnif üzərində yeni ifamı səsləndirdim. Bunu musiqi şəklində ifa etdim və lent yazısı olaraq, hazırladıq. Lakin hələlik yayımlanmayıb. Ümid edirəm ki, yeni musiqimi də efirdə səsləndirə biləcəyəm. 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda havanın temperaturu yüksələcək - PROQNOZ 16 Dekabr 2019, 13:31 Rusiya gizli silahını işə saldı – NATO narahat qaldı 16 Dekabr 2019, 13:31 Seçkiləri saxtalaşdıranları bu cəzalar GÖZLƏYİR - həbs, cərimə, küçə süpürmək... 16 Dekabr 2019, 13:28 Ağ Şəhərdə piyada keçidi və yolayırıcı açılır 16 Dekabr 2019, 13:21 Zelenskinin Azərbaycan səfərinin TƏFƏRRÜATLARI – Prezident və baş nazirlə görüşəcək 16 Dekabr 2019, 13:16 “Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil” - Əliağa Hüseynov 16 Dekabr 2019, 13:10 Həştərxan vilayəti ilə mədəni əlaqələr müzakirə edilib - FOTO 16 Dekabr 2019, 13:06 Bu il vəfat edən tanınmışlar - teleaparıcı, akademik, meyxanaçı, bəstəkar, pilot… 16 Dekabr 2019, 13:02 Jurnalistlər 2019-cu ilin idman hadisələrindən DANIŞDILAR: “Millimiz azarkeşləri əsəbləşdirdi” 16 Dekabr 2019, 12:56 İcra başçısı müşavirə keçirdi 16 Dekabr 2019, 12:52 Konfutsi Institutu Azərbaycan televiziyasının efirində - FOTO   16 Dekabr 2019, 12:46 Bakıda Yeni il yolkalarının quraşdırılmasına başlanıldı 16 Dekabr 2019, 12:40 “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək 16 Dekabr 2019, 12:34 Bakıda evdən 20 min manat oğurlanıb 16 Dekabr 2019, 12:29 Ağır xəstə Novruz Salmanov yaşamaq üçün kömək istəyir 16 Dekabr 2019, 12:24 Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?.. 16 Dekabr 2019, 12:18 Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza” tətbiq olunur 16 Dekabr 2019, 12:17 Yaqub Mahmudov saytları məhkəməyə VERƏCƏK 16 Dekabr 2019, 12:15 Göyçayda oğrular “iş başında” yaxalandı - FOTO 16 Dekabr 2019, 12:09 Sarkisyan istintaqda eks-nazirlə üzləşdirildi 16 Dekabr 2019, 12:03 Polis daha 57 şübhəlini SAXLADI 16 Dekabr 2019, 12:00 Azərbaycan-Gürcüstan enerji sistemləri optik kabellə əlaqələndirildi - VİDEO 16 Dekabr 2019, 11:55 Şirməmməd Hüseynovun məzarı ziyarət edildi - FOTO 16 Dekabr 2019, 11:49 Beyləqanda həbs edilən polkovniki BURAXDILAR 16 Dekabr 2019, 11:43 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ   16 Dekabr 2019, 11:38 Fransada azərbaycanlıların elmi diasporu yaradıldı 16 Dekabr 2019, 11:30 Bakıda intihar edən məmurla bağlı cinayət işi AÇILDI 16 Dekabr 2019, 11:24 Beyləqan İcra Hakimiyyətindən həbs olunan polkovniklə bağlı AÇIQLAMA 16 Dekabr 2019, 11:23 Daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək 16 Dekabr 2019, 11:22 Dünyanın ən zəngin azərbaycanlısı 5 gündə 600 milyon dollar QAZANDI 16 Dekabr 2019, 11:16 İsa Sadıqov Əli İnsanova qoşuldu - İki nəfər sabiq nazirdən AYRILDI 16 Dekabr 2019, 11:15 Lökbatanda Uşaq Yaradıcılıq Mərkəzində partlayış olub - Müəllim yaralanıb 16 Dekabr 2019, 11:13 Bakıda məşhur məmur vəfat etdi - FOTO 16 Dekabr 2019, 11:07 “İcbari tibbi sığorta tətbiq edilənədək sənədsiz evlər məsələsi həll olunmalıdır” - Deputat 16 Dekabr 2019, 10:58 Nazirlik Qusardakı kütləvi zəhərlənmə ilə bağlı məlumat YAYDI 16 Dekabr 2019, 10:55