Arxiv
17 Aprel 2019, 15:09 | İQTİSADİYYAT
Mərkəzi Bank manatın məzənnəsini dəyişmək İSTƏMİR

Azərbaycanda 2018-ci ilin dekabr ayından etibarən uçot dərəcəsi 9.75%,  faiz dəhlizinin yuxarı həddi 11.75%,  aşağı həddi isə 7.75% təşkil edirdi. 2019-cu ildə isə uçot dərəcəsində artım və ya azalmanın olması ilə bağlı rəsmi qərar qəbul edilməyib. Lakin dəyişikliyin olacağı gözləniləndir. Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov Modern.az-a danışıb.

“Ötən ay Mərkəzi  Bankda uçot dərəcəsinə baxıldı, amma dəyişdirilməsi ilə bağlı hər hansı bir qərar qəbul edilmədi.  Mütəmadi olaraq uçot dərəcəsi nəzərdən keçirilir və uçot dərəcəsinin dəyişdirilməsi eləcə də mövcud həddinin saxlanılması ilə bağlı qərarlar qəbul edilir. 

 

Amerikanın Federal Ehtiyatlar Sistemi ilə Ağ Ev arasında fikir ayrılığı var. Ağ Ev və Trump adminstrasiyası uçot dərəcəsinin artırılmasında maraqlı deyil. Çünki bu, dolların məzənnəsinin yüksəlməsinə və möhkəmlənməsinə gətirib çıxarır”.

V.Bayramov bildirib ki, Azərbaycan ABŞ-ın mövcud iqtisadi göstəricilərinə uyğun olaraq uçot dərəcəsini tənzimləməyə çalışır.

 

Hələ ki, Ağ Ev uçot dərəcəsininin aşağı salınmasında maraqlı görsənir.  Eyni zamanda  ABŞ prezidenti Donald Tramp bu yaxınlarda öz sosial şəbəkə hesabında Amerika Mərkəzi Bankını  tənqid etdi. Xüsusən də  dolları möhkəmləndirməklə ABŞ-ın ixrac imkanlarının azalmasını vurğuladı. 2018-ci ildə  verilən son açıqlamada  2019-cu il uçot dərəcəsinin artırılması istisna edilmirdi. Güman olunur ki, ABŞ-ın iqtisadi göstəriciləri imkan verərsə o zaman biz uçot dərəcəsinin artırılması ilə bağlı dəqiq qərar qəbul edəcəyik”.

 

Ekspertin sözlərinə görə, uçot dərəcəsinin dəyişməyəcəyi halda, dolların xarici valyuta nisbətində məzənnəsinin aşağı düşməsi gözlənilmir. 

 

“Manat üçün də bu dəyişiklik psixoloji təsir olaraq  gözlənilir. Mərkəzi Bank qlobal valyuta bazarını izləyir və hələ ki, manatın məzənnəsinin dəyişilməsində bir yenilik yoxdur”.

 

Əzizə ZEYNAL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ermənistanın məsuliyyətsiz davranışı sülh danışıqlarını şübhə altına salır” - Elmar Məmmədyarov 23 Sentyabr 2019, 21:43 "Qarabağ" daha bir qələbə qazandı 23 Sentyabr 2019, 21:27 Kürdəmirdə kütləvi dava: yaralılar var 23 Sentyabr 2019, 21:14 Salyana yeni rəis təyin olundu 23 Sentyabr 2019, 20:58 Azərbaycan Səudiyyə Ərəbistanı ilə 8 yeni saziş üzərində işləyir 23 Sentyabr 2019, 20:46 Putin Ermənistana gedir 23 Sentyabr 2019, 20:30 Bakıda qayınata gəlinini baltalayaraq öldürüb 23 Sentyabr 2019, 20:17 Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı 23 Sentyabr 2019, 20:03 “Əfqan Muxtarlı aclığa başlayıb” - Penitensiar Xidmət 23 Sentyabr 2019, 19:58 Bakı Dəmiryolu Vağzalında fəhlə yıxılaraq xəsarət alıb   23 Sentyabr 2019, 19:49 Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb 23 Sentyabr 2019, 19:40 Kişinin başına dəmir parçası düşdü   23 Sentyabr 2019, 19:29 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu - FOTO 23 Sentyabr 2019, 19:20 Məmmədyarov həmkarı ilə görüşdü 23 Sentyabr 2019, 19:09 Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO 23 Sentyabr 2019, 19:00 Nazirlər Kabinetində büdcə müzakirələri 23 Sentyabr 2019, 18:53 Qəbələdə 56 yaşlı kişi qoz ağacından yıxılıb öldü 23 Sentyabr 2019, 18:44 “Bakcell”in dəstəyilə  Buzovna çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirilib - FOTOLAR   23 Sentyabr 2019, 18:35 Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA 23 Sentyabr 2019, 18:26 Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub - VİDEO 23 Sentyabr 2019, 18:15 Oqtay Əsədov qızıl medalla təltif olundu 23 Sentyabr 2019, 18:06 Elmar Məmmədyarov argentinalı nazirlə əməkdaşlığı müzakirə etdi 23 Sentyabr 2019, 17:58 Manatın sabahkı məzənnəsi necə olacaq... 23 Sentyabr 2019, 17:42 Müəllimlərin işə qəbulunun II turu üzrə nəticələr açıqlandı 23 Sentyabr 2019, 17:36 Ağacın dibini betonlayan şəxs cəzalanıb 23 Sentyabr 2019, 17:35 ADU-da Ülvi Bünyadzadənin 50-ci ildönümü anılıb 23 Sentyabr 2019, 17:33 Deputatlar vəsiqənin girov qoyulmasını pislədilər: “…özünə hörmət etməlidir!” 23 Sentyabr 2019, 17:26 Ölkə fəlakət içində: Fövqəladə vəziyyət elan olundu! 23 Sentyabr 2019, 17:10 Bakıda dələduz  “general” tutuldu - FOTOLAR 23 Sentyabr 2019, 17:04 Tələbələrin NƏZƏRİNƏ: “Nar” təqaüd proqramı elan edir! 23 Sentyabr 2019, 16:56 “Azərsu” rəsmiləri vətəndaşları qəbul etdi 23 Sentyabr 2019, 16:53 İlham Əliyev 13 milyon manatlıq sərəncam imzaladı 23 Sentyabr 2019, 16:52 Həftədə neçə kiloqram arıqlamaq olar? – Dietoloqdan XƏBƏRDARLIQ 23 Sentyabr 2019, 16:46 Fədayə Laçının məhkəməsi yenə təxirə salındı 23 Sentyabr 2019, 16:38 Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI 23 Sentyabr 2019, 16:31