Arxiv
22 Aprel 2019, 10:13 | İQTİSADİYYAT
İqtisadçı problemli kreditlər üzrə kompensasiyaların qaranlıq məqamlarına AYDINLIQ GƏTİRDİ

Problemli kreditlər üzrə kompensasiyaların verilməsinə bu gündən başlanılır. Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, daxil olan müraciətlərlə bağlə bir sıra məsələlərə aydınlıq gətirilməsinə ehtiyac var:

- Əvvəl adı siyahıda olan və adlarını aprelin 15-i elan olunan siyahıda tapmayanlar nə etməlidirlər?

- Bizə olan müraciətlər göstərir ki, bəzi vətəndaşalar Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşdırdığı portalda aprelin 15-dən əvvəl onlara çatacaq kompensasiya məbləği barədə məlumat ala biliblər. Amma aprelin 15-dən sonra həmin məlumatlar artıq portalda yoxdur. Bu hal ilə rastlaşan vətəndaşlarımız Palatanın yanında formalaşdırılan apellyasiya komissiyasına müraciət etməlidirlər. Müraciət palatanın internet səhifəsin üzərindən onlayn olaraq həyata keçirilir. Komissiya 15 gün ərzində müraicətə baxıb cavablandırmalıdır.

- Kompensasiya almaq hüququ olduğunu iddia edən, amma adı heç zaman portalda qeyd olunmayan vətəndaşlarımız nə etməlidirlər?

- Belə vətəndaşlarımız da eyni ilə apellyasiya komisiyasına müraciət etməlidirlər.

- Əgər apellyasiya komissiyası vətəndaşın müraciətinə müsbət cavab verməzsə. o zaman növbəti addım nə ola bilər?

- Bu halda Azərbaycan qanunvericiliyinə uyğun olaraq belə vətəndaşlarımız məhkəməyə müraciət etməklə iddialarını davam etdirmək hüquqları var. Məhkəmə iddianı təsdiq etdiyi halda kompensasiyanın verilməsi mümkündür.

- Güzəştlər kompensasiya məbləğindən çıxılır, hesablanmış və artıq ödənilmiş faiz və cərimlər nəzər alınacaqmı?

- Qaydalara əsasən bankın tətbiq etdiyi güzəşt kompensasiya məbləğindən çıxılır, amma təəssüf ki, oxşar yanaşma artıq ödənilmiş cərimə və faizlərə aid deyil. Məsələn, vətəndaşımız bankdan 10 min dollara kredit alıb və ikinci devalvasiya zamanı onun əsas məbləği 6 min dollar olub. Daha sonra bank ona məzənnə fərqi daxil olmaqla 2000 manatlıq güzəşt tətbiq edib və borc bağlanıb. Bu zaman 2 min manat ona hesablanmış 4800 manat kompensasiya məbləğindən azaldılır. Təssəvvür edək ki, digər vətəndaşımız da 10 min dollar kredit götürüb və ona da 4800 manat kompenasiya hesablanıb amma devalvasiyadan sonra bank ona 2000 manatlıq artıq hesablanmış faiz və cərimə ödətdirib və həmin borc da bağlanıb. Bu zaman kompensasiya məbləğində vətəndaşın artıq ödədəiyi cərimə və faizlər nəzərə alınmır. Bu o deməkdir ki, mexanizm bank verdiyi güzəşti nəzərə alır amma bankın vətəndaşdan aldığı artıq vəsaiti nəzərə allnmır. Bu baxımdan da, bu məsələlərin vətəndaşın artıq ödənişləri nəzərə alınmaqla tənizmlənməsi məqsədəuyğundur.

- 10 min dollardan artıq olan kreditlərə kompensasiya veriləcəkmi?

- Biz 10 min dollardan artıq olan kreditlərə differensial olaraq güzəştin verilməsi ilə bağlı təkliflərimizi martın əvvələrində hökumətə təqdim etmişik və ümid edirik ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq. 10 min dollardan çox krediti olan vətəndaşlarımızın ilk 10 min dollar kreditinə kompensasiya verilməsini vacib hesab edirik.

- Bəzi avtomobil kreditlərində kredit bir şəxsin adınadır amma borcu digəri, yəni avtomobili alan ödəyib, bu halda kompensasiya necə ödəniləcək?

- Bizə olan müraciətlər göstərir ki, belə halların da sayı az deyil. Bu halda krediti ödəyən şəxs məhkəməyə müraciət etməklə krediti onun ödədəyini təsdiq etməlidir. Məhkəmə qərarından sonra kompensasiya borcu qaytarana ödənilə bilər.

- Kompensasiyaların verilməsi nə zamanadək davam edəcək?

- Kompensasiyaların iyunun əvvəlinədək verilməsi nəzərdə tutulub. Buna görə də, məhkəmə qərarı kompensasiya alacaq vətəndaşlar  və o cümlədən ödəniş etmiş zaminlər daha qısa zamanda hüquqi proseduraları keçməyə çalışmalıdırlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xocəsən poçt şöbəsində hücum – yaralanan var 17 Avqust 2019, 14:16 Polisdən AÇIQLAMA: Nəzarətsiz uşaqların oğurlanması halları var 17 Avqust 2019, 13:54 Sentyabrda kirayə evlər bahaşacaq 17 Avqust 2019, 13:31 Nazirlik əlilliyi olan şəxslərlə bağlı proqrama start verdi 17 Avqust 2019, 13:28 Oğuzda mübahisə qətllə nəticələnib 17 Avqust 2019, 13:16 "28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb 17 Avqust 2019, 12:55 Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR 17 Avqust 2019, 12:44 Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir 17 Avqust 2019, 12:24 MTN eyni silahlarla həm sabiq naziri, həm də jurnalisti şərləyib - Vəkil yeni sirlər açdı - II YAZI 17 Avqust 2019, 12:14 Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 17 Avqust 2019, 12:01 Reyxstaqa qədər döyüşən aktyor - Hüseynağa Sadıqovun ömrü boyu unutmadığı dəhşətli EPİZOD 17 Avqust 2019, 11:55 Kamerun, Nigeriya və Konqonun qadın siyasətçiləri Qarabağ haqda məlumatlandı 17 Avqust 2019, 11:53 Sabah 40 dərəcə isti olacaq 17 Avqust 2019, 11:42 Mehmanxana yandı, 8 nəfər can verdi 17 Avqust 2019, 11:39 Tramp bank rəhbərlərini təcili iclasa çağırdı 17 Avqust 2019, 11:21 “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” – Arıçı təbii balın sirlərini AÇDI 17 Avqust 2019, 11:02 Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb? - STATİSTİKA 17 Avqust 2019, 10:52 Avtobusun uçuruma düşməsi nəticəsində 7 nəfər ölüb 17 Avqust 2019, 10:35 Polis dövlətin ən etibarlı dayağıdır 17 Avqust 2019, 10:31 İstanbulda partlayışda ölən var 17 Avqust 2019, 10:11 Göyçay, Ucar və Zərdabda qaz olmayacaq 17 Avqust 2019, 09:52 Ermənilər cəbhədə snayperləri işə saldı 17 Avqust 2019, 09:33 İstirahət günlərinin havası AÇIQLANDI 17 Avqust 2019, 09:15 İldırım 5 nəfərin həyatına son qoydu 17 Avqust 2019, 09:06 Qarabağın azərbaycanlı icmasının səsi necə eşidilir? - Üç deputatın MÖVQEYİ 17 Avqust 2019, 08:58 Almaniyada hərbi tərcüməçi İrana işləyirmiş 17 Avqust 2019, 00:48 Sabiq prezidentin xanımına cinayət işi açıldı 17 Avqust 2019, 00:26 Peterburq bazarında azərbaycanlılarla atışma olub 17 Avqust 2019, 00:07 Taliban liderinin qardaşı öldürüldü 16 Avqust 2019, 23:47 Azərbaycan nefti ucuzlaşıb 16 Avqust 2019, 23:31 70-ci illərin məşhur maşınları - FOTOLAR 16 Avqust 2019, 23:16 Keçmiş həyat yoldaşı və qayınanasını bıçaqlayan şəxs yaxalandı 16 Avqust 2019, 22:59 Qəzzadakı toqquşmalarda 33 fələstinli yaralandı 16 Avqust 2019, 22:43 Cəlilabadda sərxoş sürücü körpünü, mağazaları dağıtdı 16 Avqust 2019, 22:29 Xərçəngə qalib gələn ərzaqlar - SİYAHI 16 Avqust 2019, 22:14