Modern.az

Problemli kreditlərə görə ilk kompensasiyanı bu müştəri aldı – FOTO

Problemli kreditlərə görə ilk kompensasiyanı bu müştəri aldı – FOTO

22 Aprel 2019, 11:33

Bu gündən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq, kredit təşkilatları və poçt rabitəsi milli operatoru vasitəsilə vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlanıb.

Modern.az-ın məlumatına görə, kompensasiya alan ilk müştəri Xaçmaz rayonu Susayqışlaq kənd sakini, 1978-ci il təvəllüdlü Səidə Ağabala qızı Ağabalayevadır. O, ”Rabitəbank” ASC-nin müştərisidir.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsaitlərin kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla), ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, bank olmayan kredit təşkilatlarının, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarının isə poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülməsinə 19 aprel 2019-cu il tarixindən başlanılıb.

Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla həyata keçiriləcək. Bütün ödənişlərin Fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir