Arxiv
12 May 2019, 12:07 | ƏDƏBİYYAT
Moskva xatirələri - IX HİSSƏ

Cəlaləddin Qasımov


Əvvəli burada - https://modern.az/az/news/199857


Gəzə-gəzə Qızıl Meydana gəldik. Bir az dolanıb oradan da Lena­gi­lin evləri tərəfə yollandıq. Evlərinə çatanda Lena dedi:

- Biz hər ikimiz özümüzü gözləməliyik. Tanrımız bizi ayıra bilər. Gə­rək öz taleyimizlə razılaşaq. Səninlə görüşəcəm, söhbət edəcəm. Artıq sənsizliyə öyrəşmişəm. Hazırda psixoloqda müalicədəyəm. O, məni elə müalicə edir ki, sənin həmişə mənim yanımda olmağını hiss edirəm. Hər gün dərsim bitəndə evə qaçıram. Elə bilirəm ki,  ev­də məni gözləyirsən. Hətta sən indi mənim yanımda olsan belə, mən yenə də evə tələsirəm. Elə bilirəm ki, sən evdəsən, məni evdə göz­ləyirsən.

Söhbət edə-edə evlərinə yaxınlaşdıq. O, evlərinə getdi. Onun sözlə­ri mənə çox pis təsir etdi. Mən Lenanı pis vəziyyətə saldığıma görə özü­mü günahlandırırdım. Mən dayımgilə gəldim. Dayım makina­da kitab yazırdı. Onun yazdığı kitabı oxudum. Kitabın adı “Dözüm” idi. Əsgərlikdə olanda dayım daha üç kitab yazmışdı: “Əsirlik”, “Vəfa günü”, “Ağrı”.
Mən kitablara baxaraq, onun yeni yazdığı ki­ta­bını oxumağa başladım. Gecə saat on ikini keçmişdi ki, zəng gəl­di. Tovuzdan atam zəng vurmuşdu. Mənə dedi ki, sən işlərini ge­ri al­­dınmı?

- Yox, - dedim.

Atam ciddi tapşırdı:

- Sən sabah geri qayıdacaqsan Bakıya. Oradan da Tovuza gəl­məli­sən. Oldumu?

Mən isə, - oldu, - deyib, başqa bir otağa keçdim. Lenaya zəng vurub dedim ki, mən sabah Bakıya getməliyəm. Atam zəng vurdu.

Lena bir az susdu və dedi:

- Sən atanı günahlandırma. Sənə demişdim ki, bu bizim taleyimiz­dir. Sabah mən dərsə getməyəcəm. Qardaşımgil xaricə gediblər. Oğlu evdə mənim yanımdadır. Birlikdə görüşərik. Sənə bilet alarıq. Şəkil çəkdirərik, səni biz yola salarıq. Razısanmı?

Mən isə bir müddət susdum. Sonra dedim:

- Necə razı olmaya bilərəm ki, mən elə indi gecə ilə gələrəm. Sə­hə­rə qədər səndən ayrılanadək bir yerdə olmaq üçün.

Lena:

- Bəs uşağı gətirsəm, uşaqla gəlsəm, narazı olmazsan ki?

- Təki sən gəl. Məni yola salarsan. Uşaqla da gələ bilərsən.

Bu vaxt Lenanın telefonundan səs gəldi:

- Lena, kimdi? Gecə kimdi zəng vuran?

Bu səs qardaşının səsiydi. Lena isə dedi ki, kimsə səhv salıbdır.

Sabahı gün tezden biz görüşdük. Həyatımın ən xoşbəxt günlərindən biri idi. Həmin gün Lena qardaşı oğluyla gəlmişdi. Uşağın bir yaşı var idi.

(Əslində uşaq Lenanın Cəlaldan olan uşağı idi. Amma Cəlal uşaq barədə heç nə bilmirdi). 

Axşam 8-də Cəncə reysi var idi. Təyyarə limanında bilet alandan sonra çoxlu şəkil çəkdirdik. Lena uşağı mənim qucağıma verərək, çoxlu şəkil çəkdirdi. Uşaq mənim qucağımdan düşmürdü.

Lena:

- Gör, sənin qucağında səni necə qucaqlayır? Elə bil səni də tanıyır. Uşaq səsini belə çıxartmırdı. 

Axşama kimi əyləndik və hava limanına gəldik. Onlardan ayrılanda uşaq mənim qucağımdan düşmək istəmirdi.

Lena:

- Sən bir buna bax! Səninlə getmək istəyir Bakıya.

Lena uşağı məndən alanda uşaq ağlamağa başladı. Mən Lenayla görüşdüm. Sonra uşağın üzündən öpəndə onun göz yaşları mənim dodağıma dəydi. Lenaya dedim:

- Bu uşaqdakı iy mənə elə doğma gəlir ki... Nə səndən, nə də ki, uşaqdan ayrılmaq istəyirəm. Amma gələcəm. Bakıda instituta qəbul olunsam da, sənin yanında olacam. Mənə inan. Biz ayrılmayacağıq.

Onlarla sağollaşdım.


Təyyarəyə minib Bakıya gəldim, oradan da Tovuza. Gördüm ki, atam mənə təzə attestat almaq üçün məktəbin direktorunu yanına çağırtdırıb. Qəzetdə elan verərək, təzə attestat verdilər. Mən Bakıya gəldim. Sənədlərimi Bakı Dövlət Universitetinin hüquq fakültəsinə verdim. Sənədlərimi götürmədi­lər. Çünki atası vəzifədə olanların uşaqları hüquqa sənəd verə bilməzdilər. Dayım Moskvadan Bakıya gəldi. Müəllimlər onu tanıyırdı. Dedilər ki, hüquqa mümkün deyil. Dayım dedi ki, onda məni Moskvaya aparsın. Atam yenə razılıq vermədi. Mən sənədlərimi Bakı Dövlətin Universitetinin tarix fakültəsinə verdim. 1987-ci ildə tarix fakültəsinə qəbul olundum. Yay tətili bitdikdən sonra rayondan Bakıya gəldim. Dərsdən üç gün tez gəldim ki, Moskvaya gedim. Lenayla görüşdüm. Lenaya dedim ki, qardaşının həmin oğlunu da gətir. Biz görüşdük.

Lena:

- Sən mənim üçün yox, uşaq üçün darıxmısan, - deyib, bizim şəkli­mizi çəkdi.

İki gündən sonra Bakıya gəldim. Sentyabrın birində bizim dərsimiz başladı. Mən ikinci kursu bitirdikdən sonra qiyabi şöbəyə keçdim. Telefonla danışanda Lenaya bildirdim:

- Üçüncü kursdan qiyabi şöbəyə keçib Moskvaya gələcəm. Səni Ba­­kıya gətirəcəm.

İki ildə iki dəfə Moskvaya getmişdim. Təyyarənin bileti qırx iki manat olsa da, tələbə bileti ilə iyirmi yeddi manata ala bilirdim.


Mən qiyabi şöbəyə keçdim. Moskvaya gedirdim ki, Qarabağ müharibəsi başladı. 90-cı il müharibənin ağır vaxtlari idi. Mən hava limana gəldim. Moskvaya bilet aldım. Təyyarəyə minib Moskvaya uçurdum. Dedilər ki, “cavanlar vətənin dar günündə xaricə qaçırlar. Ermənilər Qazağa, Tovuza hücum ediblər, yüzdən çox qrad atıblar, çoxlu insanlar ölüb, yaralılar var”, - deyəndə mənə pis təsir elədi. Həmin təyyarədən endim. Hava limanından poçta gəldim. Mosk­va­ya, Lenagilə zəng vurdum. Lenanın anası mənə dedi:

- Lena uşağı da götürüb səni qarşıla­ma­ğa Damedodov limanına getdi. Bəs sən gəlmirsən? Təyyarə üç saatdan sonra enməlidir. Lena dedi ki, üç saat tez gedəcək.

Mənə pis təsir etdi ki, yenə də Lenanı pis vəziyyətdə qoydum. Onunla sağollaşaraq məlumat bürosundan soruşdum ki, Moskva rey­si bugün varmı? Dedilər ki, ikinci reys axşam saat 20:00-da uça­caq­dır. Mən limandakı poçtdan Tovuza zəng vurdum ki, öyrənim er­mənilər Tovuza hücum ediblərmi?
Anam dedi:
- Qardaşın kö­nül­lü dəstəyə yazılıb. Çənlibeldə döyüşür. Ermənilər indinin özündə də Tovuza qrad, alazan raketləri atırlar. Eşidirsənmi, səsini? Düz bi­zim evimizin yaxınlığına düşür.

Qrad, alazan raketlərinin partla­yı­şının səsini öz qulağımla eşidirdim. Anamdan soruşdum:

- Bəs siz nə üçün evdəsiniz?

Telefonu atam götürüb dedi:

- Biz harda olmalıyıq? Sənin kimi Bakıya, Moskvaya qaçaraq tor­pa­ğımızı ermənilərə verək? Biz “podvalda”yıq. Qonşular da bura yı­ğı­lıbdır, bura təhlükəsizdir.

Çıxılmaz vəziyyətdə idim. Bilmirdim Moskvaya gedim, ya Tovu­za? Bir elan eşitdim ki, Bakıdan Gəncəyə (Kirovabad) gedən təy­ya­rə yola düşür. Tez Gəncəyə bilet aldım. Təyyarənin getməyinə 30 də­qiqə qalmışdı. Poçtdan Moskvaya, Lenagilə zəng vurdum. Le­na­nın anasına dedim:

- Lenaya deyərsən məni bağışlasın. Tovuzda müharibə gedir, mən müharibəyə gedirəm, müharibədən sağ qayıtsam, biz görüşüb evlə­nə­cəyik. Mən Lenanın dediyi kimi düşünürəm, tanrımız istəsə, biz bir yerdə olacağıq. Lenanın mənə dediyi sözlə razıla­şı­ram. Ona deyərsən ki, mən onu çox istəyirəm. Mən onu sevirəm.

Lenanın anası:

- Onsuz da mən səninlə söhbət edəcəkdim. Təklikdə mənim bu sə­nə dediklərimi Lena bilməməlidir. Sən Moskvaya gəlsən də, Lenanı Azərbaycana aparmağa qoymayacağıq. Lena xəstədir. Uşaqlıqdan xəstəliyi var. Həkimlər bir neçə il ömrü olduğunu bildirir. Sən to­yun vaxtını uzat. Onun ömrünün son günlərini bizdən ayırma. Lena xəstəliyindən özünün xəbəri yoxdu. Səndən xahiş edirəm.

- Lena necə xəstədir? Nə xəstəliyidir? Nəyi var? Həkimlər nə deyir?

- Bilmirəm, bir il də yaşaya bilər. Müalicəsi olmayan xəstəlikdir.


Mən telefonda donaraq qaldım. Gözlərim yaşardı. Lenanın mənə dediyi sözləri yadıma düşdü ki, tanrı istəsəydi, bizi birləş­di­rərdi. Amma o, bizi ayırdı ki, səninlə xoşbəxt olmayaca­ğıq. Bəlkə də, tanrımız bizi yenə də birləşdirəcəkdir.

Təyyarə limanında mə­nim adımı çəkirdilər ki, təyyarəyə minim. Kirovabad təyyarəsi uç­maq üzrəydi. Ayaqlarım elə bil tutulmuşdu. Mən təyyarəyə tərəf getdim.

Təyyarə ilə Gəncəyə, oradan da avtobusla rayona gəldim. Təkcə bi­zim küçəyə bir gündə on bir qrad atmışdılar. Bir neçə qonşu­mu­zun evi dağılmışdı. Bizim qonşumuz Nəsimi vardı, on yeddi yaşında. AzNK İnstitutuna yeni qəbul olmuşdu. Dərsi hələ başlamamışdı. Qrad düz yanına düşmüş, o, da rəhmətə getmişdi. Tovuzda yerləşən N say­lı hərbi hissədə vətəni qorumaq üçün müharibənin ən ağrı-acılı gün­lərini gördüm. Qubadlıda, Ağdamda ağır döyüşlərdə oldum. Düz on bir ay hərbi biletimə N saylı hərbi hissənin mö­hü­rü­nü vur­dular ki, mən döyüşlərdə olmuşam. Xocalı soyqırımını göz­lərimlə gör­düm. İnsanlığa sığmayan qəddarlığın, işgəncələrin şa­hi­di ol­dum. Bədnam qonşularımız Azərbaycanda hakimiy­yət­siz­li­yin, öz­ba­şı­nalığın baş verdiyi bir vaxtda bundan istifadə edib Azərbaycan ərazilərinə basqın etdilər. Mülki camaata divan tuturdular.

Mənim o dövr­də əsəblərim korlanmışdı. Ağdamda bizim hərbçilər­dən biri mənim yaxınlığımda gözünün qabağında ermənilərə atəş açırdı. Ermənilərin atdığı Alazani göydə vurmağa çalışırdı. Ala­zanın biri onun yaxınlığında partladı. Qəlpələrdən biri bizim əs­gərin başını desdi. Bir anda bir saniyədə  insanın başı yox oldu, am­ma o ayağı üstə durub əlindəki avtomatla Ermənistan tərəfə atəş açırdı. Boğazından isə qan elə bil ki, fontan vururdu. Qəlpələrdən biri də mənim ayağıma girdi. Qəlpə yarası aldım. O ağrını, acı­nı da hiss etmirdim.
Əsirlərimizə verilən işgəncələrdən danışanda ürəyim ağrıyır. Təsvir edə bilmirəm  ki, necə vəhşiliklərin şahidi olmuşam.

Le­na da mənim yadımdan çıxmışdı. Bütün keçmişimi, tariximi unut­­muş­dum. Mən Bakıya gəldim. Xəstəxanada müalicə olundum. Tələbə yoldaşlarım mənim yanıma gəldilər ki, mənim diplomum hazırdı. Universitetə gedib almağım qalıb. Mənim dekanım Səməd müəllim də gəlmişdi ki, yanıma xəstəxanaya. Mən dedim ki, mən universiteti bitirmişəm ki, indi neçənci ildir ki, Səməd müəllim? 1993-cü ildir dedi.

Bir neçə gün sonra ayağa qalxdım. Hava limanina getdim. Ordan da Moskvaya uçdum, Lenagilin evlərinə getdim. Amma  TASS-nin yanında köhnə qədimi büş mərtəbəli taxtadan pilləkənləri olan bina yox idi. Onun yerində 22 mərtəbəli bina tikilmişdi. Mən bir aya yaxın Moskvada qaldım. Lenadan heç bir xəbər ala bilmədim. Hər yerdə onu axtardım. Tapa bilmədim.

Yeni­dən Qarabağa müharibəyə getdim. Artıq bir çox torpaqlarımız isğal olunmuşdu. 1994-cü ildə atəşkəs elan ediləndən sonra mən yenə Moskvaya getdim. Bir il Moskvada, Bakıda işlədim, amma daim Lenanı axta­r­sam da, onu tapa bilmədim. Axtarmadığım yer qalmadı.

Otuz ildən sonra Moskvadan bir zəng gəldi:

- Adım Denisdi. Sabah on ikidə Bakıya gələcəm. Səninlə işim var.

 Səhəri gün mən onunla görüşdüm. O, mənə bir şəkil göstərib dedi:

- Tanıdın?

 Mən şəklə baxdım. Təəccüb məni götürdü. Lena ilə mənim şəklim i­di. Qucağımda bir uşaq da vardı. Mən çox həyəcanlandım. Şəkil əlimdə qaldı, əllərim əsməyə başladı:

- Lena hardadı? Necədir? – soruşa bildim.

- Lena bu dünayda deyil, - deyəndə mən ondan on addım ayrıldım.

Gözlərimdən yaş axırdı, Lenanı xatırlayırdım. On dəqiqə yerimdən tərpənmədim. Denis mənə yaxınlaşdı. Gözlərimin içinə baxıb bir dəsmal verdi ki, göz yaşlarımı silim. Titrək səslə:

- Denis, Moskvadan Bakıya bu xəbəri demək üçünmü gəlmisən? – deyə soruşdum.

- Dedim, görüm Lenanı həqiqətənmi sevmisən? Onun ölüm xəbərini eşidəndə sənə necə təsir edəcək? – deyə, Denis məqsədini açıqladı. Mən də göz yaşlarımı silib ona dedim:

- Bu şəkildəki uşaq sənsən, Lenanın qardaşı oğlusan.

Denis:

- Hə, mənəm, Lena mənə vəsiyyət eləmişdi ki, onu ikinci dəfə nə üçün aldatmağının səbəbini soruşum.

- Lena rəhmətə gedəndə sənin iki-üç yaşın olardı. Sənə necə vəsiy­yət edə bilərdi? – deyə, təəccüblə soruşdum.

 Denis:

- Hə, deməli, sən Lenanın ölməyini bilirdin?

- Sonuncu dəfə zəng vuranda nənən dedi ki, Lenanın ömrünə az qalıb, onu Azərbaycana aparmağa qoymayacaq. Çox xahiş etdim ki, bizi ayırmasın, - ara verib Lena ilə olan xatirələrimi danışmağa başladım. Denis də maraqla qulaq asdı. Söhbətimizdən altı saat keçmişdi. Birdən Denis dedi:

- Bu gün Moskvaya qayıdacam. Təyyarənin yola düşməsinə iki saat  qalıb.

Mən onunla hava limanina gəldim ki, onu yola salım. Yol boyu ondan soruşdum:

-  Bəs məni necə tapdın? Mənsə sizi düz 30 ildir ki, gecə-gündüz axtarıram. Sizin evinizə də getdim. Mən başıma gələnləri, müharibə vaxtı olduğunu danışdım. 93-cü ildə Lenagilin evlərinə gedəndə evlərinin söküldüyünü gördüm. Yerində 22 mərtəbəli başqa bir binanın tikildiyini dedim.

Denis:

- Mən nənəmdən öyrəndim. Sən axırıncı dəfə nənəmlə danışanda de­­mi­­sən ki, Azərbaycanda sizin rayonda, Tovuzda müharibə gedir. Nə­­nə­­min yadında qalmışdı. O, mənə demişdi ki, Özbəkistanda bir şə­­hər var - adı TAŞAUZdur. Buna oxşar bir addır. Demişdi ki,  onların rayonu er­­mə­­nilərlə müharibə gedən bölgədədir. Mən də azərbaycanlılarla gö­­rüşürdüm. Onlardan soruşdum ki, Azərbaycanın müharibə gedən sərhəd rayonu var, adı Taşauza oxşayır? Onlar isə mənə dedilər ki, hə, var belə rayon, amma adı Tovuzdur. Mən bir neçə nəfər tovuzluyla görüşdüm. Heç biri səni tanımadı. Sonra da mənə dedilər ki, Moskvada Krasnoqverdeyski rayonda Spilovski 52-lə Musa Cəlil küçəsnin yanında “Antares” restoranı var. Tovuzlu uşaqlarındır. Mən də restorana gəldim. Müdiri tapdım. Adı Xaliq idi. O, səni tanıdı, ünvanını verdi.

Mən Bakıya hava limanında Denislə vidalaşanda onun göz yaşla­rının axdığını gördüm. Lenanın iyini ondan alırdım deyə,  ayrılmaq istəmirdim. O, təyyarəyə gedirdi. Mən Lena ilə son göruşumuzu xa­tır­ladım.

Lenayla son dəfə görüşəndə də uşaq mənim qucağımdan enməmidi. Lena mənə demişdu:
“- Uşağı gördün, məni yaddan çıxartdın.
Uşaq şalvarını isladanda Lena mənə dedi:

- Sən dəyiş, mən bacarmıram.

Biz ikimiz də onun şalvarını dəyişəndə mən uşağın bədənindəki xalı gördüm. Eyni mənim bədənimdə olduğu yerdəydi. Bu qədər təsadüf ola bilməzdi”.

Lena mənə özu o xalı göstərmək is­təyibmiş.

Denis mənə deyirdi ki, onu uşaq vaxtı bir mən gəz­dir­mi­şəm, bir də babası gəzdirib. Denisin mənimlə belə maraqlanma­ğı, mə­nə verdiyi suallardan aydın olurdu ki, deməli, o hər şeyi bilir. De­məli, nənəsi ona hər şeyi deyib.

Lenayla tanış olduğum günləri yadıma saldım. Tanrı bizi necə tez-tez təsadüflərlə Lena ilə görüşdürürdüsə, elə də bizi təsdüflərlə ayırdı. Səbəb nəydi bizi ayırmaqda? Öz-özümə sual verirdim. Səbəb Lenanın xəstə olmasında idi. Bəs bizi təsadüflər nəticəsində tez-tez görüşdürməyinə səbəb nə ola bilərdi? Səbəbi var. Var səbəbi. Bizim oğlumuz oldu. Amma mən indi bildim. Bildim ki, Denis mənim oğlumdu. Denis bir anda təəccübləndi. Mən təyyarəyə tərəf qaçaraq, kömrük sərhəddindən keçib özumü təyyarəyə çatdırdım.

 

Rəhmətlik dayım adlı-sanlı professor, alim, yazıçı idi. İyirmidən çox kitab müəllifi idi. 1999-cu ildə Türkiyədə yol-nəqliyyat qəzası zamanı həlak oldu.


SON

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması bu gün başa çatır 22 Noyabr 2019, 00:52 Nadir mavi almaz 14,9 milyon dollara satıldı 22 Noyabr 2019, 00:32 Bakıda oğru marketi qarət edib 2 nəfəri bıçaqladı 22 Noyabr 2019, 00:15 Gəncədə məmur komaya düşdü 21 Noyabr 2019, 23:57 Azərbaycan nefti bahalaşdı 21 Noyabr 2019, 23:43 Ad gününüz mübarək, professor! 21 Noyabr 2019, 23:33 Mövludun mübarək, Həsən Məmmədov! 21 Noyabr 2019, 23:30 Yeni Açıq Hökumət Fəaliyyət Planı müzakirə edildi 21 Noyabr 2019, 23:19 "Ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanılıb" - Mehriban Əliyeva 21 Noyabr 2019, 23:01 Qaladakı qəzada ölən bir ailənin dörd üzvü dəfn edilib - FOTO, VİDEO 21 Noyabr 2019, 22:46 Futbol Federasiyasının rəhbəri istefa verdi 21 Noyabr 2019, 22:29 İranda itkin düşən sabiq deputatın meyiti tapıldı 21 Noyabr 2019, 22:13 Biləcəridə 12 yaşlı qızı maşın vurdu 21 Noyabr 2019, 21:55 QHT-lərə xəbərdarlıq: Məlumatlandırma sessiyaları başlayır 21 Noyabr 2019, 21:39 Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində  - FOTO 21 Noyabr 2019, 21:17 “İmkan olacaqsa, Sumqayıt bulvarını genişləndirməliyik” - PREZİDENT 21 Noyabr 2019, 20:59 Bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 20:44 İlham Əliyev AXC-Müsavat dövründən danışdı: “Yalvarırdılar, mən bunun şahidiyəm” 21 Noyabr 2019, 20:29 Dadaş Dadaşlinskidən Elxan Məmmədova atmaca - VİDEO 21 Noyabr 2019, 20:16 “Erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər”  - İlham Əliyev, YENİLƏNİB     21 Noyabr 2019, 20:00 Bakıda əcnəbi vətəndaşın pulunu kirayə qaldığı evdən apardılar 21 Noyabr 2019, 19:55 Ağcabədidə toy karvanında qəza olub, ölən və yaralananlar var – FOTO 21 Noyabr 2019, 19:47 Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAM 21 Noyabr 2019, 19:05 Rəsmi Bakı Paşinyana CAVAB VERDİ: “Öz xalqını aldatmaq cəhdidir” 21 Noyabr 2019, 18:53 İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi 21 Noyabr 2019, 18:42 Oqtay Əsədov: “Rusiya ilə yüksək siyasi dialoq iqtisadi sahəyə də təsir göstərir” 21 Noyabr 2019, 18:29 “Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir 21 Noyabr 2019, 18:18 “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir 21 Noyabr 2019, 18:10 Yevda Abramov xəstəxanaya yerləşdirildi 21 Noyabr 2019, 17:53 Mehriban Əliyeva Rusiya Prezidenti ilə görüşəcək 21 Noyabr 2019, 17:38 Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq - ADLAR 21 Noyabr 2019, 17:37 Bakıda “Porsche Cayenne”nin sürücüsü yolu kəsdi - Tıxac yaratdı - VİDEO 21 Noyabr 2019, 17:29 İlham Əliyev 70 yaşlı deputatla bağlı sərəncam verdi 21 Noyabr 2019, 17:22 İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF 21 Noyabr 2019, 17:15 Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib 21 Noyabr 2019, 17:09