Arxiv
13 May 2019, 09:48 | MÜSAHİBƏ
Bakı Xoreoqrafiya Akademiyasının prorektoru: “Rəqs heç zaman şou biznesə çevrilə bilməz” - MÜSAHİBƏ

Məşhur rəqqasə Təranə Muradova:Anam mənim rəqqasə olmağımı istəmirdi, məhz onun istəyilə hüquqşünas ixtisasına yiyələndim”

Modern.az saytının “Art Time” rubrikasının budəfəki qonağı Azərbaycan rəqslərinin dünyada tanıdılmasında böyük xidmətləri olan Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru Təranə Muradovadır. Təranə xanımla səmimi söhbət fonunda rəqs sənətimiz, bu sənətin incəlikləri və problemlərinə aydınlıq gətirməyə çalışdıq.

 

- Təranə xanım, az bir müddət öncə Azərbaycan rəqs sənətindəki xidmətlərinizə görə “Humay” milli mükafatına layiq görülmüsünüz. Bu barədə təəssüratlarınızı öyrənmək istərdik.


- Düzü mükafata layiq görüldüyümü bir gün öncə bildim. Bu mənim üçün böyük bir sürpriz oldu. Mükafatı mənə Xalq artisti, sevimli bəstəkarımız Faiq Sücəddinov təqdim etdi. Həqiqətən çox xoş hisslər keçirdim. Çox sevinirəm ki, bu gün rəqs sənətimiz unudulmayıb və daim diqqət mərkəzindədir.


- Sizi kifayət qədər çox insanlar tanıyır və sevirlər. İstərdik ki, tanımayanlar və ya kifayət qədər az tanıyan insanlar da, məhz sizin təqdimatınızda sənətdə və həyatda Təranə Muradovanı tanısınlar..

- 1972-ci ildə Bakı Xoreoqrafiya məktəbinə daxil olmuşam. Daha sonra klassik şöbədən, milli şöbəyə keçmişəm. Tanınmış müəlimlərdən SSRİ xalq artisti Leyla Rekilova və Azərbaycanın Xalq artisti Xumar Zülfüqarovadan dərs almışam. 1983-cü ildə xoreoqrafiya məktəbini, 1991-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Lakin bu universiteti bitirdikdən sonra anamın arzusu ilə Moskva Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsində oxumuşam. Anam mənim rəqqasə olmağımı istəmirdi. Həmişə məni hüquqşünas olaraq görürdü. Mənim rəqsə olan istəyim, həvəsim isə məni bu sahədən heç cürə ayıra bilmirdi. Qadın üçün bu sənətin kifayət qədər çətin olduğunu bilsəm də, bütün çətinliklərə dözməyə hazır idim. Düzdür, rəqs sənətində fəaliyyət göstərərək, tam başqa bir sahədə təhsil almaq mənim üçün çox çətin olsa da, anamın qəlbini qırmamaq üçün bu addımı atdım. Anamı gənc yaşda itirmişəm və onun üçün etdiyim heç nə üçün peşman deyiləm.
1982-ci ildən Dövlət rəqs ansamblında çalışmağa başladım. 1995-ci ildən isə Dövlət rəqs ansamblının baletmeystriyəm. Mən rəqs ansamblına daxil olanda bədii rəhbər Afaq Məlikovaydı. 37 il fasiləsiz olaraq Dövlət rəqs ansamblında çalışdım. 50 yaşımı qeyd etdikdən sonra isə səhnə fəaliyyətimi dayandırdım. Artıq üç ildir ki, Bakı Xoreoqrafiya Akademiyasında çalışıram.

- Xoreoqraiya Akademiasıdakı təhsil sistemi haqqında nə deyə bilərsiniz? Azərbaycan rəqs sənətinin gələcəyi birbaşa olaraq bu akademiya ilə bağlıdır. Burada nə kimi yeniliklər və problemlər var?

-
Burada son illərdə yeni sistem qurulub. Akademiyamızda Azərbayacanın klassik və milli rəqsləri ilə yanaşı, artıq müasir rəqslərə də üstünlük verilir. Səbəb odur ki, indi tamaşaçı da, müassir rəqsləri tələb edir. Bu sahədə mən rəhbərliyin zəhmətini və işini təqdirəlayiq hesab edirəm. Akademiyada uzun illər dərslərin sturukturu Rusiyanın tədris proqramları əsasında qurulmuşdu.Son illərdə isə yerli proqramlar hazırlanıb çap olunub. Bizim akademiyanın nəzdində məktəb, kollec, bakalavriatura, magistratura və doktorantura var. Hazırda yeni milli rəqslər əsasında yazılan kitabın çapı üzərində işləyirəm. Akademiyamızda 14-dən artıq xarici tələbə təhsil alır və əcnəbi tələbələrin sayı ildən-ilə artmaqdadır. Qeyd etmək istərdim ki, Qafqazda yeganə Xoreoqrafiya Akademiyası məhz Azərbaycandadır. Bu il xoreoqrafiya məktəbinin 90, akadmiyanın isə 5 yaşı tamam olur. Hazırda akademiyamızda bir aylıq ustad dərsləri keçmək üçün Bolqarıstan və İsraildən gələn müəllimlərimiz var. Məhşur rəqqaslar Nikolay Tsxaridze və Azari Blisedski də Akademiyamızın qonağı olmuşdular. Akademiyamızın təşkilatçılığı ilə iki idən bir Qəmər Almaszadə adına Beynəlxalq müsabiqə keçirilir. Dərslər Azərbaycan və rus dillərində tədris olunur.

- Bu gün rəqs sənətimizdə sizin yaş kateqoriyanızda olan rəqqas və xoreoqraflarımız çox azdır. Bunun səbəbi nədədir?

- Əsas səbəb odur ki, o zaman analar öz qızlarının rəqqas olmasını istəmirdilər. Vurğuladığım kimi, mənim də anam bu fikirdə idi. O zaman yaşlı insanlar bu sənətə ciddi yanaşmırdılar. Xüsusilə bu sənətdə olan qadınların uğursuz ailə həyatı olacağından qorxurdular. Çox sevinirəm ki, bu gün həmin baxışlar müsbət mənada dəyişilib. Mən bu gün övladlarının əlindən tutub rəqsə gətirən, övladıyla birgə əziyyət çəkib, bir sevinən anaları gördükdə həqiqətən çox sevinirəm.


- Proffesional bir rəqqasə kimi rəqs sənətinin incəlikləri haqqında nə deyə bilərsiniz?

- Bu sənət haqqında saatlarca danışmaq olar. Sənətimiz həqiqətən çox ciddi və gözəl sənətdir. Bu sənətin əsas özəlliyi ondan ibarətdir ki, birbaşa olaraq yaşla əlaqədardır. Yaşla əlaqədar olaraq çətinləşən bir sənət sahəsidir. Bu mənada sənətin ömrü yaşla əlaqədar olaraq çətin və qısadır. Bəzən bu sənət 35-40 yaşında insana deyir ki, sən artıq vidalaşmalısan. Sənətdə həmişə canlı olmalısan. Rəqs axı fonoqram deyil. Hər zaman formada olub üzərində işləməlisən. Günün 24 saatının 20-sini məhz öz üzərində işləyərək keçirməlisən. Fiziki cəhətdən sağlam və dözümlü olmalısan. Plastikanı heç zaman itirməməlisən. Rəqsdə heç zaman tamaşaçını aldatmaq olmaz, çünki onlar yaxşını və pisi mütləq görürlər. Məsələn, filmdə bəyənmədiyin kadrları montajla kəsib ata bilərsən, amma rəqsdə bu, mümkün deyil.


- Rəqs sənətinin çətinliklərindən danışdınız. Rəqqasə xanımların ən böyük problemləri də məhz ana olduqları zaman yaranır. Bəziləri ana olduqları zaman rəqslə vidalaşırlar, bəziləri də çox gec ailə qurur və çox gec yaşlarında ana olurlar. Bəs siz necə, ana olduqda sənətinizdə çox çətinliklərlə üzləşdiniz?

- Çox düz vurğuladınız. Yaş və ana olmaq rəqqas plastikasının dəyişməsinə səbəb olduğu üçün adətən bu hallar baş verir. Mənə gəldikdə isə iki övladım və iki nəvəm var. Mən ilk hamiləlik dövrümdə yeddinci ayıma kimi səhnədə oynadım. Çünkü çox arıq idim və qarnım bilinmirdi. Bədii rəhbər Afaq xanım mənə lirik rəqsləri oynamağa icazə verirdi. Birinci övladım olduqdan 40 gün sonra səhnəyə qayıtdım. Həyat yoldaşım da, bu sənəti davam etdirməyimi istəmirdi. Mən həyat yoldaşıma söz vermişdim ki, ikinci övladımız olduqdan sonra bu sənəti atacağam, lakin ikinci övladımız dünyaya gəldikdən sonra ona bildirdim ki, mən bu sənəti heç vaxt ata bilmərəm. Bu sənətdə olduğum üçün ailədə çətinliklərim çox olub. Həyat yoldaşım rəqsi ata bilmədiyimi gördükdə mənə söylədi ki, belə olan halda  mən səni atacağam. Mən cavabımda bildirdim ki, özün bilərsən, lakin bilirdim ki, o, məni heç zaman  atmayacaq. Bundan əlavə, həyat yoldaşım mənə şərt qoymuşdu ki, əgər  evə və uşaqlara yaxşı baxmasan, ya sənəti tərk edəcəksən, ya da bizi. Gecələr saat 2-3-ə qədər yatmayib ev işlərini görürdüm. Səhər tezdən isə rəqs məşqlərimə gedirdim.

- Hazırda rəqs sənətində rəqsdən xəbəri olmayan, qeyri-proffessional insanlar var ki, özlərini rəqqas adlandırırlar. Bu cür insanlar son zaman efirlərdə də tez-tez görünürlər. Onlara münasibətiniz necədir?

- Mən çox istedadlı insanlar tanıyıram ki, rəqsi çox gözəl duyurlar, yəni Tanrı tərəfindən onlara bu istedad verilib. Lakin çox gec ayılıblar ki, ciddi olaraq bu sənətdə olmaq üçün sənətin incəliklərini bilmək lazımdır. Mən bu tipli insanlara kifayət qədər normal baxıram. Vaxtında təhsil almağa imkanı olmayan istedadlı bir rəqqasa dəstək olmaq lazımdır, nəinki onu tənqid etmək.
Lakin çox doğru vurğuladınız ki, bu gün rəqs sənətindən bixəbər olaraq bu sənətdə olan insanlar var və onlar efirlərdə də tez-tez görünürlər. Bu tipli insanlara qüsurlarını dediyin zaman onlar qəbul etmək istəmirlər. İnsanlar güzgüyə baxdıqda belə özlərində olan qüsurları görməlidirlər. Rəqsi şou-biznesə çevirən insanlara qüsurlarını dediyim zaman məndən acıqları gəlir. Rəqs heç zaman şou-biznesə çevrilə bilməz. Rəqs sənətində mübahisə ola bilməz, çünki yaxşı da, pis də  göz qabağındadır. Mən həmişə rəqs sənətinə gəlir mənbəyi kimi yox, estetik zövq kimi yanaşmışam. Yaxşı bir rəqqasın öz rəqsi ilə izləyicilərə bəxş etdiyi estetik zövq mənim üçün heç bir məbləğlə ölçülə bilməz.


- Bəs izləyicilər proffessional və qeyri-proffesional rəqqasları necə fərqləndirə bilərlər?

- Qeyri-proffessional bir rəqqasdan soruşsalar ki, hansı teatr və opera-balet tamaşasına baxmısan? Heç birinin adını söyləyə bilməyəcək. Xoreoqrafiyanı bilməyən, tamaşaları izləməyən birinə mən proffessional bir rəqqas kimi baxa bilmərəm. Teatrda “Min bir gecə”,  “Yedi gözəl” kimi məhşur baletlərimizi tanımayan və fərqləndirə bilməyənlər hansı proffessionallıqdan danışa bilərlər? Mən hər dəfə səhnədə rəqs ifa etdikdən sonra ifa zamanı baş verən qüsurlarımı görürdüm və gələcək işlərimdə nəzərə alırdım. Ölkənin mədəniyyətini təmsil edən insanlar mütləq o sahə üzrə ətraflı informasiyaya malik olmalıdırlar. Hətta siyasəti də  bilməlidirlər. Bu gün Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Hər bir incəsənət xadimi bunu bilməlidir. Ona bu barədə sual veriləndə, jurnalistlərin gülüş hədəfinə çevrilməməlidir.


- Rəqsdə musiqi faktoru haqqında nə deyə bilərsiniz?

- Rəqsin strukturu musiqinin və musiqi duyumunun üzərində qurulur. Mən musiqini hiss etmədən, duymadan, beynimdə xoreoqrafiyanı heç zaman qura bilmərəm. Xoreoqraf və rəqqas heç zaman musiqisiz işləyə bilməz. Proffessional rəqqasə bunları bilməsə, heç zaman xoreoqraf ola bilməz. Mən öz tələbələrimlə olan dərslərimdə rəqslərlə yanaşı, nəzəri bilikləri də tələb edirəm. Çox təəssüf ki, bu gün incəsənətimizdə olan bəzi insanlardan soruşsalar ki, Əminə Dilbazi kimdir? Deyəcək ki, bəstəkar və ya şairə. Hətta bu gün incəsənətimizdə himnimizin müəlliflərini belə tanımayan insanlar var.


- Son zamanlar belə bir fikir var ki, rəqqasə məhz estetik cəhətdən gözəl olmalıdır. Sizcə rəqsə bu cür yanaşmalar doğrudur?


- Məncə bu cür yanaşma doğru deyil. Rəqqasədə mütləq daxili duyum və hisslər gözəl olmalıdır və bunlar olduqda, bu hal rəqqasın xarici plastikasının da düzgün qurulmasına təsir göstərəcək. Bəzən üz, estetika cəhətdən çox gözəl rəqqaslarla qarşılaşıram ki, onlarda daxili duyumu yoxdur. Rəqqasə rəqsi hiss edib duya bilmirsə, onun xarici gözəlliyi də bu sənətdə heç cür köməklik göstərə bilməyəcək. Rəqqasədə mütləq şarm olmalıdır. Onun üzündə, gözündə, daxilindəki sevgi görünməlidir. Bu mənim üçün həqiqi gözəllikdir. Quru və ürəksiz rəqs edən rəqqasın xarici görünüşü nə qədər gözəl olsa da, bu rəqs sənətində ona kömək edə bilməyəcək.


- Rəqs sevənləri maraqlandıran başlıca suallardan biri də rəqqasın plastikasıdır. Proffessional bir rəqqasın plastikası necə formalaşmalıdır?

- Rəqqasın plastikasının formalaşdırılmasına yaxşı olardı ki, uşaqlıqdan başlanılsın. Bu sənət çox çətindir və sənəti sevməyən insan onun çətinliklərinə dözə bilməyib tez bir zamanda uzaqlaşacaq. Məktəbdə A hərfini uşaq necə yazmağı öyrənirsə, rəqsdə də uşaq pozisiyaları o cür öyrənir. Bu sənət ilk növbədə beyinlə bağlıdır. Hərəkətləri öyrəndikdən sonra beyinlə birlikdə əl, ayaq, baş işləməyə başlayır. Daha sonra isə dekalte, defalse, atetüd, de şope kimi quruluş və hərəkətlər öyrənilir. Hərəkətləri ardıcıl olaraq təkrarladıqda isə bu rəqsə çevrilir. Necə ki hərfləri öyrəndikdən sonra sözün yazılıb oxunulmasına başlanılır, hərəkətləri də öyrəndikdən sonra rəqsin qurulmasına başlanılır. İnsan sənəti ilə yaşamaq üçün özünü ona fəda etməlidir. Sənətin incəliklərini öyrəndikdən sonra isə insan özü yeni bir sənət əsəri yaratmağa başlmalıdır.


- Uzun müddət xarici qonaqlar qarşısında Azərbaycan və bir çox xarici ölkə rəqslərinin mahir ifaçısı olmuşsunuz. Xarici qonaqlar qarşısında onların öz rəqslərini ifa etmək sizə çətin olmurdu?

- Uzun müddət ispan, alban, tacik, bolqar, özbək, rus, türk və başqa xalqların rəqslərini ifa etmişəm. Bizim dövlət xətti ilə gələn qonaqlarımız olanda mən 2-3 həftə öncə o ölkələrin rəqslərini öyrənib onların qarşısında çıxış edərdim. Bir gün ulu öndərimiz Heydər Əliyev söylədi ki, “Təranə unikal bir rəqqasədir və bütün ölkələrin rəqslərini bilir”.
Mənim rəqs proqramım çox zəngin idi və mən xarici ölkələrin rəqslərini bilməklə yanaşı, rəqs tarixlərini də bilirdim. Dünyanı gəzəndə isə mən yalnız Azərbaycan rəqslərini sevərək təbliğ edirdim. Məhz Azərbaycan rəqsi mənim canımdan və qanımdan gələn, mənim vətənimin, millətimin özəlliyini göstərən rəqsdir. Bu rəqslərdə incəlik də, xanımlıq da, aktyorluq da var.


- Milli rəqslərimiz xarici qonaqlara həmişə maraqlı olub. Bəs rəqslərimizin xarici ölkələrdə təbliği necə aparılır? Çox az rəqqas və xoreoqraflarımız bununla məşğul olub. Siyahıda sizin də adınız var. Bu işlə məşğul olanda nə kimi problemlərlə qarşılaşırdınız?

- 18 il “Avstrya - Azərbaycan cəmiyyəti”nin sədri olmuşam və həmin ölkədə uzun müddət Azərbaycan rəqsləri ilə bağlı ustad dərsləri keçmişəm. Çox təəssüf edirəm ki, həmin cəmiyyət bağlandı. Təkcə Avstryada yox, Türkiyədə, İranda, Belorusda və Ukranyada da ustad dərsləri keçmişəm. Öz milli rəqslərini xarici ölkədə təbliğ etmək hər bir rəqqas üçün böyük uğurdur. Təbii ki, bu sahədə fəaliyyət göstərən rəqqas müəyyən qədər çətinliklərlə qarşılaşır. Xarici mühitdə səni tanımayan insanlara öz sənətini və milliliyini göstərməyə, təbliğ etməyə çalışmaq heç də asan deyil. Mən çox sevinirəm ki, bizim milli rəqslərimiz həmişə xarici kütlədə maraq yaradıb. Əgər sən öz sənətini xarici kütlə qarşısında  sevərək təbliğ edirsənsə, öz vətənin, millətin qarşısında mənəvi borcunu yerinə yetirmiş olursan. Vətənimə sənətimlə xidmət etməkdən mən həmişə böyük zövq almışam.


Leyla Əsədullayeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ziyad Səmədzadə Vergi Məcəlləsinə dəyişiklikləri ŞƏRH ETDİ 14 Noyabr 2019, 12:23 Nazirlik şəhid ailələri və müharibə əlillərini mənzillə təmin etdi - FOTO 14 Noyabr 2019, 12:23 Almaniyada saxlanılanlardan biri Mədət Quliyevin işdən qovduğu rəisdir - FOTO 14 Noyabr 2019, 12:21 İlham Əliyev Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni təqdim etdi 14 Noyabr 2019, 12:18 UNEC İsralin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır - FOTO 14 Noyabr 2019, 12:13 Erməni dünya çempionu Moskvada öldürüldü 14 Noyabr 2019, 12:10 “Azəristiliktəchizat” qiymətləri artıracaq? - “Hazırda hesablamalar aparılır” 14 Noyabr 2019, 12:08 Yeni dərs ilində cəzalandırılan direktor və müavinlərin sayı AÇIQLANDI 14 Noyabr 2019, 12:07 Bakıda binaların istiliklə təminatı niyə mümkün deyil? - AÇIQLAMA 14 Noyabr 2019, 11:57 UEFA “Qarabağ”a 1 milyon 460 min manat ödəyib 14 Noyabr 2019, 11:53 Tələbə dərsə tüfənglə gəldi: 3 ölü, 2 yaralı 14 Noyabr 2019, 11:50 Musa Yaqub oxucularının görüşünə yeni kitabla gəldi 14 Noyabr 2019, 11:46 ““Azəristiliktəchizat”-ın “Azəriqaz”a borcu var” - ETİRAF 14 Noyabr 2019, 11:46 Nazir Kürdəmirdə, müavinləri Ucar və Zərdabda qəbul keçirəcək 14 Noyabr 2019, 11:44 “Azəristiliktəchizat” istilik sistemlərinin işə düşəcəyi vaxtı açıqladı 14 Noyabr 2019, 11:40 İki vəzifəli şəxsə korrupsiyaya görə cinayət işi açıldı - RƏSMİ 14 Noyabr 2019, 11:35 Ermənilərin arzusun ürəyində qaldı – ABŞ Senatı “soyqırımı”nı tanımayacaq 14 Noyabr 2019, 11:33 “Etdikləri əməllərə görə Almaniya qanunları qarşısında cavab versinlər” - YAP-dan mühacirlərin həbsinə REAKSİYA 14 Noyabr 2019, 11:31 “Azərenerji” “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirdi - VİDEO 14 Noyabr 2019, 11:27 “Yas mərasimlərində 10 milyon manata qənaət olunub” - Din xadimi 14 Noyabr 2019, 11:23 “Sosial Layihələr” müsabiqəsinin BMU-da təqdimatı keçirilib - FOTO   14 Noyabr 2019, 11:21 “Dünya dini liderlərinin II Bakı sammiti böyük əhəmiyyət kəsb edir” 14 Noyabr 2019, 11:19 Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır 14 Noyabr 2019, 11:17 “Bu, azərbaycanlıların adına ucalıq gətirən hal olmayacaq” - Almaniyadakı  Koordinasiya Şurasının əlaqələndiricisi 14 Noyabr 2019, 11:10 Heydər Əliyev Fondu şəkər xəstələrinə yardım edəcək 14 Noyabr 2019, 11:03 Qonşularına qənim kəsilən şəxs həbs edildi - FOTO 14 Noyabr 2019, 10:58 “Zeynəb Xanlarova hansısa iclasa qatılmırsa, bu da sağlamlığına görə olur” 14 Noyabr 2019, 10:57 Vilayət Eyvazov DYP-yə yeni  rəisi TƏYİN ETDİ 14 Noyabr 2019, 10:53 Daha bir söyüş söyən mühacir saxlanıldı - FOTO 14 Noyabr 2019, 10:46 Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır 14 Noyabr 2019, 10:42 Birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqlənib 14 Noyabr 2019, 10:35 “Ölkə üzrə orta aylıq əməkhaqqı 723,4 manata çatıb” - Statistika Komitəsi 14 Noyabr 2019, 10:28 Doktoranturaya qəbul qaydaları dəyişdi 14 Noyabr 2019, 10:22 Baş nazirdən Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR 14 Noyabr 2019, 10:17 “Yerli seriallar gənc nəslin tərbiyəsini pozur” - Nuşirəvan Məhərəmli 14 Noyabr 2019, 10:03