Modern.az

Rusiya hökümətindən şok qərar: Bakıdakı 20 yanvar qırığınında iştirak edən hərbçilərə veteran statusu verilir

Rusiya hökümətindən şok qərar: Bakıdakı 20 yanvar qırığınında iştirak edən hərbçilərə veteran statusu verilir

Ölkə

11 Yanvar 2012, 10:29


Kreml SSRİ ərazisində elan edilmiş fövqəladə vəziyyətlərdə, silahlı münaqişələrdə “öz borcunu yerinə yetirən hərbi qulluqçuların” hüquqi statusunu müəyyənləşdirir

Modern.az saytının məlumatına görə, Rusiyada  “Veteranların statusu haqqında ” qanuna dəyişiklik etmək istəyirlər.  Hökümət hərbi qulluqçular üçün veteran statusunun genişləndirilməsini nəzərdə tutan təkliflər hazırlayıb. Bu məlumatda ölkəmizin çağdaş tarixi üçün önəmli olan bir sıra diqqətçəkən amillər var. Rusiya hökumətinin müzakirəsində olan təkliflərdə nəzərdə tutulur ki, ötən əsrin 90-cı illərində SSRİ ərazisində hərbi münaqişə bölgələrində sülh və qayda-qanunun bərpa edilməsində iştirak edən Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları “veteran” statusu ala biləcəklər.  Hazırda bu təklif  müvafiq icra strukturlarına razılaşdırılmaq üçün təqdim edilib.  Rusiya Müdafiə Nazirliyinə və Sosial Səhiyyə Nazirliklərinə bu qanunun müvafiq bəndlərinə əlavələr edilməsi və Rusiya vətəndaşlarının iştirak etdiyi hərbi əməliyyatların keçirildiyi dövlətlərin, şəhərlərin və ərzilərin müəyyənləşdirilməsi tapşırılıb. Federal qanun qəbul edildikdən sonra rəsmi olaraq elan ediləcək və lazımi qaydalar hərbi komissarlıqlara göndəriləcək.

Qeyd edək ki, Rusiya qanunvericiliyində hərbi əməliyyatlarda iştirak edən veteranıarın statusu 12 yanvar 1995-ci ildə qəbul edilmiş “Veteranlar haqqında” qanunda əks olunub. Qanunun 3-cü maddəsinə görə, “hərbi əməliyyatlarda iştirak etmiş veteran” kateqoriyasına SSRİ höküməti tərəfindən digər dövlətlərə göndərilmiş hərbçilər və bu ölkələrdə xidməti borclarını yerinə yetirərək hərbi əməliyyatlarda iştriak etmiş şəxslər daxildir. Hazırda hökümətin təqdim etdiyi yeni təkliflər SSRİ ərazisində elan edilmiş fövqəladə vəziyyətlərdə, silahlı münaqişəlrdə öz borcunu yerinə yetirən hərbi qulluqçuların hüquqi statusunu müəyyən edəcək.

Rusiya Silahlı Qüvvələrinin tərbiyəvi işlər üzrə baş idarəsinin hərbi-sosial işlər şöbəsinin rəhbəri, polkovnik Aleksey Sıqankov bəyan edib ki,  nazirlik “Veteranlar haqqında” qanuna əlavələr etməyi vacib hesab edir.
“Qanuna əlavələr SSRİ ərazisindəki fövqəladə vəziyyətlərdə, silahlı münaqişələrdə öz borcunu yerinə yetirən hərbi qulluqçuların hüquqi statusunu müəyyən edəcək”-deyə polkovnik vurğulayıb.

Sovet ordusunun qanlı qırğını

Burada qeyd etmək yerinə düşər ki, 90-cı illər Azərbaycanın ictimai-siyasi həyatında bir sıra qanlı hadisələrlə yadda qalıb. Bunların ən dəhşətlisi isə sovet ordu hissələrinin 1990-cı ilin 20 yanvarında Bakıda, sonrakı günlərdə Lənkəran və Neftçalada törətdiyi qırğınlardır.  

Taixə qısa xronoloji  nəzər salaq: həmin qanlı faciəni araşdıran istintaq qrupu muəyyən edib ki, 1990-cı il yanvarın ortalarında SSRİ mudafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xususi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən cox əsgər və zabiti Bakı şəhərinə gətirilib. Respublikaya gətirilmiş hərbi quvvələrin, əməliyyatlara rəhbərlik etmək ucun Bakıya gələn 300-dən artıq yuksək rutbəli zabit və generalın ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika budcəsindən odənilib.

15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin sədri M.Qorbacov DQMV-də və bəzi başqa rayonlarda fovqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayırb. Həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cur lazımi tədbirlər gormək təklif edilmişdi. Lakin buna baxmayaraq, SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin huquqi quvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 20-də saat 00-dan etibarən "Bakı şəhərində fovqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman qəbul edib.
Yanvarın 19-da SSRİ DTK-nın "Alfa" qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fovqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat catdırılmasın. Fovqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Turkan-Qala tərəfdən şəhərə yeridildi.
"Bakı əməliyyatı"na rəhbərliyi birbaşa SSRİ mudafiə naziri D.Yazov, SSRİ daxili işlər naziri V.Bakatin, SSRİ DTK sədrinin muavini Filip Babkov həyata kecirmişdilər.

Fovqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqcular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri olumcul yaralayıblar. “Muəyyən olunmuşdur ki, "Mulki və siyasi huquqlar haqqında" 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fovqəladə vəziyyətin tətbiqi və muddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi xəbərdarlıq edilməli idi. Lakin buna qəsdən əməl olunmamışdır. Kutləvi insan qırğını torədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fovqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan, və muxtəlif təyinatlı zirehli doyuş maşınlarından istifadə edilmiş, Xəzər hərbi donanmasına məxsus gəmilərdən şəhərə desant cıxarılmışdı. Azərbaycan xalqına qarşı torədilmiş bu təcavuz aktı mərhələ-mərhələ həyata kecirilmiş, şəhərdə qarətlərlə nəticələnən təxribatlar torədilmişdir”-deyə 20 Yanvar qırğınıa aid istintaq sənədlərində qeyd olunub.

Fovqəladə vəziyyət elan edildikdən sonra da, yanvarın 20-də və sonrakı gunlərdə Bakı şəhərində daha 57 nəfər oldurulüb. Fovqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftcalada 2 nəfər və yanvarın 26-da Lənkəranda 6 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər oldurulüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, onlardan 112 nəfəri SSRİ-nin muxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqcular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cumlədən təcili yardım maşınları dağıdılıb, yandırıcı gullələrin torətdiyi yanğınlar nəticəsində kulli miqdarda dovlət əmlakı və şəxsi əmlak məhv edilib. Dovlət, ictimai və şəxsi əmlaka həmin dovrun qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Rahat kreslolardan xudmani veteran həyatına...

SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedevin rəhbərliyi ilə təşkil etdiyi istintaq qrupu cinayət hadisələrinin araşdırılmasını cox səthi aparmış, istintaq hərbcilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlmişdi. 20 iyul 1990-cı il tarixdə cinayət işinin xitam olunması barədə qərar qəbul olunmuş, cinayət işinin materialları Moskvaya aparılmışdı. Təəssuf ki, həmin vaxt Azərbaycan Respublikası Prokurorluğu torədilmiş cinayət hadisələri ilə bağlı heç bir cinayət işi başlamamışdı.

Zaman kecdikcə bir sıra həqiqətlər meydana cıxır, 20 Yanvar faciəsinin qaranlıq məqamları aydın olur. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, kecmiş SSRİ Prokurorluğuna aparılıb və indiyədək qaytarılmayıb. Bir sıra sənədlərin, o cumlədən kecmiş SSRİ-nin yuksək instansiyalarında, xususən də hazırda Rusiya Federasiyası Prokurorluğunda saxlanılan 68 cildlik cinayət işinin materiallarının əldə edilməsi 20 Yanvar faciəsinin miqyasını və baiskarlarının məsuliyyət dərəcəsini tam dəqiqliklə uzə cıxara bilər.

Azərbaycanda baş vermiş bu vəhşi qırğında iştirak etmiş hərbiçilər indi yəqin ki, Rusiya ordusunun ayrı-ayrı strukturlarında vəzifə yiyələridirlər və rütbə daşıyırlar. Bu şəxslərin Bakıda və Xocalıda törədilən cinayətlərdə iştirakını müəyyənləşdirmək üçün Azərbaycan Kremlə müvafiq müraciətlər ünvanlanmalıdır. İndi bu bəzəkli mündir altında gizlənən hərbi qatillər öz iş yerlərini sakit və xüdmani veteran həyatına dəyişmək üçün belə bir qanunun qəbulunu tələsdirirlər.  Rusiya hakimiyyəti isə bu qanuna dəstək verməklə keçmiş SSRİ ərazisində yaşayan xalqlara qarşı törətdiyi qanlı əməllərə görə heç bir məsuliyyət və cavabdehlik daşımadığını həyasızcasına nümayiş etdirir. 

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü