Arxiv
25 İyun 2019, 12:26 | İQTİSADİYYAT
“Hesablama Palatası “Azəriqaz”ı hələ yoxlamır” - AÇIQLAMA

“Hesablama Palatası tərəfindən “Azəriqaz” İstehsalat Birliyində audit aparılmır”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova bildirib.

N.Məhərrəmova qeyd edib ki, Hesablama Palatası öz fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilmiş İş planına müvafiq şəkildə həyata keçirir:


“Hesablama Palatasının 2019-cu il üçün Planında “Azəriqaz” İB-də nəzarət tədbiri nəzərdə tutulub. Lakin hazırda “Azəriqaz” İB-də audit aparılmır. Hələlik nəzarət tədbirinin planlaşdırılması işləri həyata keçirilirməkdədir. Belə ki, audit tədbiri yalnız tərtib edilmiş Audit proqramı Kollegiyada təsdiq edildikdən sonra qəbul edilmiş Kollegiya qərarına əsasən başlanacaq”.

Palata rəsmisi eyni zamanda, kütləvi informasiya vasitələrinə müraciət edib:

“Müraciətinizdən istifadə edərək, kütləvi informasiya vasitələri nümayəndələrindən fəaliyyətimizlə əlaqədar hər hansı informasiyanın Hesablama Palatası ilə dəqiqləşdirdikdən sonra dərc edilməsini xahiş edirik. Bu, müxtəlif anlaşılmazlıqların və qeyri-dəqiq informasiyanın yayılmasının qarşısının alınmasına xidmət edər.

Onu da bildiririk ki, KİV-dən daxil olan istənilən informasiya sorğusu tərəfimizdən qanunvericiliyə uyğun qaydada və qısa müddət ərzində cavablandırılır”.

 

Qeyd edək ki, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məbuata açıqlamasında Hesablama Palatası tərəfindən “Azəriqaz” İstehsalat Birliyində yoxlama aparıldığını bildirib:

“Palata yoxlamanı dayandırmasına aydınlıq gətirmir. Ümumiyyətlə, bu gün əhali təchizatın və xidmətin yaxşılaşdırılmasından hələ də xeyir görməyib. Qış mövsümü başlayan kimi, daha çox çətinliklər ortaya çıxır. Birmənalı olaraq bu gün ölkədəki qaz itkisi 20-30 faizə çatır. Ölkə ərazisində qazlaşdırma tam başa çatmayıb. Son 3 ildə SOCAR prezidenti Rövnəq Abdullayev hər dəfə ölkə başçısı qarşısında çıxış edəndə deyir ki, artıq ölkə ərazisi üzrə qazlaşma 93 faizdir, ilin axırınadək 95 faizə çatacaq. Tam dəqiqliyi ilə deyə bilərəm ki, ölkə ərazisi üzrə nə 93, nə də 95 faiz qazlaşma var. Bu gün müxtəlif rayonlardan verilən məlumatlardan bəlli olur ki, kəndlərin çoxunda qazlaşma yoxdur, yaxud da boruları çəkiblər, işlər yarımçıq qalıb”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan cəbhədə növbəti təxribata əl atdı 1 Aprel 2020, 15:35 “Dünya 12-ci imamın gəlişinə doğru gedir” - Hacı Əbdüldən koronavirus AÇIQLAMASI 1 Aprel 2020, 15:20 Ermənistanda qazın qiyməti 36% bahalaşır 1 Aprel 2020, 15:14 Daha bir ölkədə virusa yoluxanların sayı 100 mini ötdü 1 Aprel 2020, 15:07 Karantin rejimini pozan daha 2 nəfər həbs edildi 1 Aprel 2020, 15:00 Mehriban Əliyevanın tapşırığı ilə sosial xidmət müəssisəsi tibbi ləvazimatlarla təmin edildi - FOTO 1 Aprel 2020, 14:55 Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT - FOTO 1 Aprel 2020, 14:50 Gəncədə xüsusi karantin rejimi qaydalarına əməl etməyənlərə növbəti dəfə xəbərdarlıq - FOTO 1 Aprel 2020, 14:44 “ASAN xidmət” dən vətəndaşlara #OGünGələcək pozitiv MESAJI 1 Aprel 2020, 14:39 BMT-nin baş katibindən təklif: İqtisadiyyatının 10 faizi həcmində pul çap edilsin 1 Aprel 2020, 14:32 Polis karantin rejimini pozan gözəllik salonu və lombard aşkarladı 1 Aprel 2020, 14:26 Azərbaycanda karantində 4 518 nəfər var - Operativ qərargah 1 Aprel 2020, 14:20 Azərbaycanda koronavirusa yoluxanların sayı 359 çatdı - RƏSMİ 1 Aprel 2020, 14:15 Kapital Bank elektron ticarətlə məşğul olanlara güzəştlər təqdim edir 1 Aprel 2020, 14:12 NATO Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır 1 Aprel 2020, 14:09 Teledərslərin sabahkı cədvəli açıqlanıb   1 Aprel 2020, 14:05 Umayra Tağıyeva yüksək vəzifəyə təyin olundu 1 Aprel 2020, 14:00 Milli Məclisin Aqrar siyasət komitəsinin onlayn iclası keçirilib 1 Aprel 2020, 13:54 Avroviziyanın əvəzinə onlayn konsert veriləcək 1 Aprel 2020, 13:48 Aprel ayında hava necə olacaq? - AYLIQ PROQNOZ 1 Aprel 2020, 13:42 Azərbaycanda ƏDV ləğv edilir 1 Aprel 2020, 13:37 Təhsil Nazirliyi: Dərslərin sentyabrın 15-dək təxirə salınması YALANDIR! 1 Aprel 2020, 13:34 Çeçenistanda koronavirusdan ilk ölən var 1 Aprel 2020, 13:30 Azərbaycanda işığa qoyulan limit artırılır - RƏSMİ 1 Aprel 2020, 13:25 Mərkəzi Bankdan manat açıqlaması: “1 aprel zarafatlarına inanmayın” 1 Aprel 2020, 13:20 Paşinyan “Qarabağ klanı”nın sonuncu nümayəndəsini NEYTRALLAŞDIRDI 1 Aprel 2020, 13:18 Hacıqabulda karantin qaydalarını pozan 15 nəfər cəzalandırıldı - FOTO 1 Aprel 2020, 13:14 Dövlət dili normalarını pozanlar cərimələnəcək 1 Aprel 2020, 13:08 Əlcəklərin üstündə virus daha yaxşı yaşayır 1 Aprel 2020, 13:04 İcra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə etdi 1 Aprel 2020, 12:58 İqtisadiyyat Nazirliyi əhaliyə və sahibkarlığa dəstəyin İSTİQAMƏTLƏRİNİ AÇIQLADI 1 Aprel 2020, 12:57 Pandemiya qadınların yükünü artırıb – BMT 1 Aprel 2020, 12:54 Koronavirusa yoluxanların və ölənlərin sayı daha da ARTDI 1 Aprel 2020, 12:53 Karantin günlərində nə etməli? - Kosmonavtlardan məsləhətlər 1 Aprel 2020, 12:52 "Koronavirus ailədaxili münasibətlər üçün bir tesdir" - Hüquq-müdafiəçisi 1 Aprel 2020, 12:49