Arxiv
20 İyul 2019, 08:48 | İQTİSADİYYAT
Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI

Bu gündən - iyulun 20-dən “EYOF Baku 2019” XV Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində “sarı zolaq qadağası” qüvvəyə minib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a bildirib ki, festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejimində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq. Təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə tədbirlərin keçirildiyi ərazilər və onlara bitişik bütün küçə və yollar, prospektlər yol polisi tərəfindən nəzarətə götürüləcək. Tədbirlərin keçirildiyi ərazilər istiqamətində yarış iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə sarı rəngli xüsusi işarələnmiş, Olimpiya zolağı kimi tanınan avtomobil zolağı ilə hərəkətə quraşdırılmış kameraların köməyi ilə nəzarət ediləcək.

“Məlumat üçün bildiririk ki, bu zolaqların çəkildiyi ərazilərdə “Hərəkət qadağandır” yol nişanı da quraşdırılıb. Sürücülər bundan xəbərdardırlar”.

V.Əsədov qeyd edib ki, paytaxtın Ziya Bünyadov, Qara Qarayev, Neftçilər, Atatürk, Hənifə Ələsgərova, Azadlıq, Zərifə Əliyeva, Tbilisi, Moskva, Üzeyir Hacıbəyli və digər küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkəti kameralar vasitəsilə aşkarlanırsa, bu, artıq inzibati xəta tərkibi yaradır. Yəni “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən sürücülərin 40 manat cərimələnməsi üçün elektron qərarlar qəbul edilir.

“Buna görə də sürücülər və avtomobil sahiblərindən xahiş edilir ki, tədbir başa çatanadək, yəni iyulun 28-dək qeyd olunan zolaqlar üzrə şəxsi avtomobillə hərəkət etməsinlər. Ümumiyyətlə, bu ərəfələrdə Bakı şəhəri ərazisində süni sıxlığın, tıxacların yaranmaması üçün tövsiyə edirik ki, ictimai nəqliyyatdan istifadə edilsin. Eyni zamanda, xahiş edirik ki, tədbirlərin keçirildiyi ərazilər istiqamətində də şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. “Sürücülərə və avtomobil sahiblərinə bildiririk ki, bu zolaqlar üzrə hərəkətin 40 manat məbləğində cərimə edilməsi əsas məqsəd deyil. Əsas məqsəd odur ki, bu günədək ölkəmiz bir çox beynəlxalq dərəcəli idman oyunlarına ev sahibliyi edib və yüksək göstəricilər əldə edib. Bu göstəricilərin də əldə edilməsi hərəkət iştirakçılarının yol polisi ilə həmrəyliyinin nəticəsində mümkün olub. Bir daha sizi həmrəyliyə çağırırıq”, – deyə V.Əsədov bildirib

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final başlayır 15 Dekabr 2019, 09:52 Səttar Bəhlulzadə fenomeni 15 Dekabr 2019, 09:45 Ermənilər atəşkəs rejimini 21 dəfə pozub 15 Dekabr 2019, 09:38 Bakı və Gəncədə kafe yanıb 15 Dekabr 2019, 09:31 Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu 15 Dekabr 2019, 09:24 Piyadanı vurub öldürdü 15 Dekabr 2019, 09:10 Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO 15 Dekabr 2019, 08:58 Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33