Modern.az

Məcburi köçkünlər bələdiyyə seçkilərində iştirak edə bilmirlər

Məcburi köçkünlər bələdiyyə seçkilərində iştirak edə bilmirlər

Ölkə

23 Dekabr 2009, 15:24

Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri  keçirilir. Mərkəzi Seçki Komissiyasına istinadən verdiyi məlumatına görə, bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçirilir. 1718 bələdiyyə üzrə 15.682 nəfər bələdiyyə üzvü seçilməlidir. Seçkilərdə 31 minə yaxın bələdiyyə üzvlüyünə namizəd mübarizə aparır. Ümumilikdə vahid seçicilər siyahısında 4 milyon 600 minə yaxın seçicinin adı var. Modern.az xəbər verir ki, 1999 və 2003-cü illərdə olduğu kimi bu dəfə də məcburi köçkünlər bələdiyyə seçkilərində iştirak edə bilmirlər.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakı problemli məsələdir. Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanlarını həmin ərazilərdə yaşayan əhali formalaşdırır. Məcburi köçkünlər isə müxtəlif ərazilərdə məskunlaşdığından, onların öz bələdiyyələrini formalaşdırmaq imkanları yoxdur.

MSK sədrinin bildirdiyinə görə, bu vaxta qədər dünya təcrübəsində qaçqın və məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakının forması müəyyən edilməyib. Mərkəzi Seçki Komissiyasının bütün seçkilərdə məcburi köçkünlərin iştirakına çalışdığını deyən Məzahir Pənahov qeyd edib ki, bələdiyyə seçkilərində bu məsələni tam həyata keçirmək mümkün deyil: "Çünki bələdiyyələr özünüidarə orqanıdır. Bu qurumları müəyyən yerlərdə daimi yaşayan insanlar formalaşdırır. Bu, bir qədər incə məsələdir. Amma qanun belədir ki, bələdiyyə seçkilərində məcburi köçkünlər iştirak etməməlidirlər".

Rəsmi məlumatlara görə, Azərbaycanda torpaqların işğalı nəticəsində 680 mindən çox məcburi var.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı