Arxiv
9 Sentyabr 2019, 12:11 | HADİSƏ
Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşlar niyə artır? - Səbəblər, təhlükələr...

Dünyada və Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların sayı artmaqdadır. Hətta həkim analizlərindən yüksək nəticə ilə çıxan qadınlarımız belə, qeysəriyyə əməliyyatına üz tuturlar.

 

Ümumiyyətlə, qeysəriyyə əməliyyatı nədir? Xanımlarımızın qeysəriyyə əməliyyatında israrçı olmasına əsas səbəblər nədir?

 

Mama-ginekoloq Leyla Məmmədova Modern.az-a müsahibəsində ilk olaraq  qeysəriyyə kəsiyi əməliyyatının nə olduğuna aydınlıq gətirib:

 

“Qeysəriyyə kəsiyi əməliyyatı – uşaqlıq üzərində kəsiyin aparılması ilə doğuşun abdominal yolla başa çatdırılmasıdır. Müasir dövrdə bütün ölkələrdə qeysəriyyə kəsiyi əməliyyatlarının sayı artıb. Hamiləliyin qeysəriyyə kəsiyi əməliyyatı ilə sonlandırılmasının əsas məqsədi perinatal itkilərin azalmasıdır. Lakin qeysəriyyə kəsiyi əməliyyatları doğuşların ümumi sayının 15 %-dən yuxarı olduqda perinatal itkilərin azalmasına təsir göstərmir. Qeysəriyyə kəsiyi əməliyyatlarının tezliyinin artmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərdən ən əsası Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarına göstərişlərin genişləndirilməsidir. Qeysəriyyə kəsiyi əməliyyatlarına göstərişlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol”da əksini tapıb.

 

Hal-hazırda dünya təcrübəsində qeysəriyyə kəsiyi əməliyyatı üçün olan göstərişlər beş əsas qrupa bölünür.
Birinci qrupa anamnezdə qeysəriyyə kəsiyi və ya uşaqlıq üzərində digər əməliyyatların olması aid edilir. Uşaqlıq üzərində çapığın olması Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatına göstərişlər arasında ən çox qeyd olunan səbəbdir. Əvvəllər bir hamiləliyi qeysəriyyə kəsiyi əməliyyatı ilə başa çatan qadınlar ancaq bir neçə ildən sonra hamilə qalırdılar və üçüncü dəfə qeysəriyyə kəsiyi əməliyyatının aparılmasını qeyri-mümkün hesab edirdilər. Hal-hazırda üçüncü qeysəriyyə kəsiyi əməliyyatı adi bir hal hesab edilir. Hətta anamnezində üç, dörd qeysəriyyə kəsiyi əməliyyatı olan və növbəti hamiləliyi planlaşdıran xanımlarımız da var. Əlbəttə, üçüncü qeysəriyyə kəsiyi əməliyyatından əvvəl həm hamiləyə, həm də onun həyat yoldaşına növbəti hamiləliyin qadının həyatı üçün təhlükəli olması barədə məlumat verilir və əməliyyat zamanı uşaqlıq borularının bağlanması təklif olunur. Lakin heç də bütün cütlüklər boruların bağlanmasına icazə vermirlər”.

 

Ginekoloq qeyd edib ki, qeysəriyyə kəsiyi əməliyyatlarına ikinci qrup göstərişlər doğuşa mane ola biləcək səbəblərin olmasıdır:

 

“Üçüncü qrupa dölün çanaq gəlişi aid edilir. Əvvəllər dölün sağrı gəlişi qeysəriyyə kəsiyi əməliyyatına göstəriş hesab olunmurdu və bu halda hamiləlik təbii yolla sonlandırılırdı. Lakin dölün sağrı gəlişində təbii yolla doğuş zamanı döldə və anada fəsadların meydana çıxma riskinin baş gəlişində olan doğuşlarla müqayisədə dəfələrlə çox olduğunu nəzərə alaraq, son illərdə dölün sağrı gəlişi qeysəriyyə kəsiyi əməliyyatına əsas göstərişlərdən biridir.

 

Qeysəriyyə kəsiyi əməliyyatlarına əsas göstərişlərdən biri də dölün disstressi və ya dölün disstressinə şübhədir. Azərbaycanda son illərdə ultrasəs, kardiotokoqrafiya və dopplerometriya kimi müayinələrin geniş tətbiq olunması dölün patoloji vəziyyətlərinin vaxtında aşkar olunaraq hamiləliyin zamanında sonlandırılmasına imkan verir. Ölkəmizdə yenidoğulmuşların reanimasiyası xidmətinin inkişafı bətndaxili inkişaf ləngiməsi, dölün bətndaxili hipoksiyası kimi vəziyyətlərdə hamiləliyin vaxtından əvvəl sonlandırılaraq yenidoğulmuşun xüsusi şəraitdə yüksək ixtisaslı tibbi yardım almasına imkan verir.

 

Qeysəriyyə kəsiyi əməliyyatlarına digər göstərişlərdən biri də anamnezdə uzunmüddətli sonsuzluğun olması, hamiləliyin yardımçı reproduktiv texnologiyaların tətbiqi nəticəsində baş verməsidir. Son illərdə Azərbaycanda yardımçı reproduktiv texnologiyaların tətbiqi ilə baş verən hamiləliklərin sayının artması nəticə etibarilə cərrahi doğuşların artmasına gətirir. Anamnezində ağırlaşmış hamiləliklərin olması, perinatal itkilərin olması da qeysəriyyə kəsiyi əməliyyatına göstəriş hesab olunur. Bu qrupa aid olan hamilə qadınların da sayı az deyil”.

 

Leyla xanım qeyd edib ki, yardımçı reproduktiv texnologiyaların geniş tətbiqi əkiz və üçdöllü hamiləliklərin sayının artmasına gətirir ki, bu da nəticə etibarilə cərrahi doğuşların sayına təsir göstərir.

 

“Azərbaycanda yenidoğulmuşların reanimasiyası və intensiv terapiyası xidmətinin təkmilləşdirilməsi sayəsində vaxtından əvvəl doğuşlarda həkim mama-ginekoloqlar hamiləliyi dölün mühafizəsi məqsədilə cərrahi doğuşla sonlandırılmaq qərarını verirlər. Belə ki, son illərdə Azərbaycanda ekstremal az çəkili və az çəkili yenidoğulmuşlara tibbi xidmətin göstərilməsi sahəsində böyük uğurlar əldə edilmişdir. Yuxarıda sadalananlarla yanaşı, ölkədə cərrahi doğuşların sayına təsir göstərən digər amillər də mövcuddur. İİV infeksiyası, herpes infeksiyası, görmə zəifliyi, ürək-damar patologiyaları, hamiləliyin ağır preeklampsiya, eklampsiya kimi ağırlaşmaları, cift gəlişləri və digər vəziyyətlər də cərrahi doğuşların sayının artmasına gətirir.

 

Lakin obyektiv səbəblərlə yanaşı, qeysəriyyə kəsiyi əməliyyatlarının tezliyinə təsir göstərən subyektiv səbəblər də mövcuddur. Bəzi hamilə xanımlarımız qeysəriyyə kəsiyi əməliyyatını həm ana, həm də döl üçün daha təhlükəsiz hesab edirlər. Lakin bu, belə deyil. Təbii yolla doğuş həm ana, həm də döl üçün daha təhlükəsizdir, əlbəttə ki, cərrahi doğuşa tibbi göstərişin olmadığı hallarda. Qeysəriyyə kəsiyi əməliyyatı zamanı qanaxma, uşaqlığın atoniyası, anestezioloji fəsadlar, qonşu orqanların zədələnməsi, uşaqlıqdakı tikişlərin yararsızlığı, endomiometrit, peritonit, sepsis, əməliyyatdan sonra yaraların infeksiyalaşması, bağırsaq keçməməzliyi, tromboemboliya, ağciyər arteriyasının, dərin venaların trombozu qeyd oluna bilər. Əməliyyatdan sonra keloidin yaranması, reproduktiv funksiyanın pozulması (sonsuzluq, növbəti hamiləliyin ağırlaşması) kimi gecikmiş ağırlaşmalar da qeyd oluna bilər”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan nefti bahalaşıb 5 Dekabr 2019, 23:14 ABŞ İran hakimiyyətini minlərlə etirazçının qətlində ittiham etdi 5 Dekabr 2019, 22:56 Qızıl  payızdan qızılı düşüncələr... - FOTOLAR 5 Dekabr 2019, 22:42 Azərbaycanla İrlandiya əməkdaşlığı müzakirə olundu 5 Dekabr 2019, 22:33 Rusiya diplomatı "qara siyahı"ya saldı 5 Dekabr 2019, 22:17 Goranboyda iki yaşlı qız beşinci mərtəbədən yıxıldı 5 Dekabr 2019, 21:59 Xidməti it sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı 5 Dekabr 2019, 21:29 Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anıldı 5 Dekabr 2019, 21:15 Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 5 Dekabr 2019, 21:02 Gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq 5 Dekabr 2019, 20:46 ATƏT-in Minsk Qrupundan bəyanat: “Hazırki status-kvo qəbuledilməzdir” 5 Dekabr 2019, 20:33 "Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Günəş 5 Dekabr 2019, 20:17 Vətəndaşlara 158,05 ton mineral gübrə satılıb 5 Dekabr 2019, 20:03 Daxili orqanında 142 metadon həbi aşkar edildi 5 Dekabr 2019, 19:50 Suriya böhranı üzrə dördtərəfli sammit keçiriləcək 5 Dekabr 2019, 19:45 Goranboy İcra Hakimiyyətində könüllülərlə bağlı önəmli görüş keçirildi 5 Dekabr 2019, 19:31 Prezident Şamaxıda zəlzələdən ziyan çəkənlər üçün tikilmiş yeni binada olub - FOTOLAR 5 Dekabr 2019, 19:23 Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq 5 Dekabr 2019, 19:18 İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34 Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin olundu - SƏRƏNCAM 5 Dekabr 2019, 18:25 Şəhid övladları prezidentə məruzə etdilər - Birinci vitse-prezident kövrəldi - VİDEO 5 Dekabr 2019, 18:10 Nazir polkovniki təqaüdə göndərdi 5 Dekabr 2019, 18:01 İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 5 Dekabr 2019, 17:53 Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görüldü - FOTO 5 Dekabr 2019, 17:51 “Vətən məndən başlanır” - UNEC  5 Dekabr 2019, 17:42 Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub 5 Dekabr 2019, 17:30 Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM 5 Dekabr 2019, 17:28 Xəzər rayonunda yol tikintisinə 11,8 milyon manat ayrıldı 5 Dekabr 2019, 17:28 Piyadanı öldürüb qaçan sürücü tutuldu 5 Dekabr 2019, 17:26 Ermənistanda sabiq Baş prokurora 5 cinayət işi açıldı 5 Dekabr 2019, 17:23
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?