Arxiv
11 Sentyabr 2019, 09:47 | ƏDƏBİYYAT
Yunus Əmrənin Azərbaycandakı ŞAGİRDLƏRİ

Elçin Alıoğlu


"Ey aşk eri aç gözünü, yer yüzüne eyle nazar
Gör bu latif çiçekleri, bezenüben geldi geçer..."


Sufiliyin ən böyük "div"lərindən biri, "şeyx" və "pir" kimi tanınan, "Bizim Yunus" çağırılan Yunus Əmrənin, bu Eşq şairinin həyatı da ruhu təki qarışıqdı.


Sirli insandı Yunus. İbrahimin, Fatimənin, İsmayılın atası. Hacı Bektaşi Vəlinin "Nəfəs verim, bilik verim" təklifinə "buğda ver, nəfəsi yemək, biliklə doymaq olmaz" cavabını verən, sonra ömrünün sonunadək "fanini baqidən üst tutmaqda kor oldum" deyən bir kəs.


"Məndən üst var, alt yox" deyən və bu səbəbdən şagirdlərinin olmadığını vurğulayan bu ozanın, təsəvvüf və hal şairi gerçəkdənmi kimsəni özünə mürid etməmişdi?!


Məntiq ola bilməz deyir. Çün "Dərdi dünya olanın, dünya qədər dərdi var" yazan, "Qəsdim budur şəhrə varam, fəryadi-fiğan qoparam!" hayqıran insan gerçəkdənmi ərəfəni, hürufu və halı kimsəyə öyrətmək istəməmişdi?


23 şəhərdə məzarı olan Yunus susdu və indi də susur.

Eşqə, "İmrə"yə, "İmrənmə"yə vüslət baxan adamın yolunu getmişlər də çox yazmayıblar.


Amma...


Yunusun şagirdləri vardı.


Azərbaycanda.


5 nəfər.


Özü barədə hekayələr uyduran, saxtalığı tarix etməyə çalışanlardan fərqli olaraq bizlərin gerçək olan o qədər hekayəti var ki.



Xəbərimiz ola.


Yunus Əmrə Azərbaycanın aşiqi idi. Çox sevirdi məmləkətimizi, ulusumuzu, insanlarımızı.


600 beytlik "Risalətün Nushiyyə"də birbaşa adını çəkməsə də, Azərbaycandan 19 dəfə bəhs edib.


Nədənmi?


Onun ocaq, pir, dərgah bildiyi iki məkan vardı məmləkətimizdə.


Biri Şirvanda - "Əli ocağı" deyilən dərgah. Biri də Qax rayonunundakı Oncallı kəndində.


Agahınız ola ki, Oncallıda sufi şeyxi və fəqih İbrahim Zahidi Geylaninin ən məşhur dərgahı bu kənddə idi.


1043-cü ildə tikilmişdi və bütün Şərqə səs salmışdı. "İrəmi-Xəlvətiyyun" kimi tanınırdı bu ocaq.


"Yoldaş yurdu" da deyirdilər.


Sufiliyin ən mübhəm, ən üstün məqamlarından biri Yoldur.


Yola çıxan, Yolundan çıxmayıb Yolu gedənin yoldaşı ola gərək.


Yoldaş kəlməsi sufilər üçün ziqiymətdi, namü-dəyərdi, çox önəmli idi.


"Beş yoldaşım, beş pirim, beş ürəyim var orada" deyən Yunus Əmrə məhz Azərbaycanı deyirdi.


"Öncə rəfiq, sonra təriq" söyləyib Karamandan Təbrizə yollanan, oradan da Qaxa, Gilani dərgahına gələn Yunus "Yoldaş güzgü misalı - Yolu tanıdar gedənə" söyləmişdi.


"Gedirəm ocağa, Tur dağında Mövlamı çağıran Musa təki bir Hızır araram" demişdi şeyx Yunus.


O kəs ki, "Ərənlərin himmətini mən mənə yoldaş eyləyəm" nəfəsini "hu" təki təkrarlayırdı Təbrizdən Qaxa gələnədək.
"Tənim dəxi, canım dəxi heç bilmədi Ənəl Həqqi,

İndiyədək bilmədisə, indən geri tuş eyləyəm" - Yunusdu bunu deyən.


1290-cu ilin mart ayının ortalarında Təbrizdən çıxan şeyx Yunus "Şəhriyarımdan, şəhərlər sultanından çıxdım, Sultanların məkanı Gaha gedirəm" demişdi ərdəbilli müridi İbrahimə, əlindən öpən gəncə.


O kəsə ki, sonradan Fəzlullah Nəiminin "Cavidannaməsi"ndə "Nuru görüb əlini öpən adam" kimi təsvir olunacaqdı.


Təbrizdən Naxçıvana, oradani Şəkiyə yollanan Yunus Əmrə "Gaha gedirən gah asta, gah yüyrək" demişdi.


Qax o dövrlərdə Gah idi.


Məkana çatmağa az qalmış, rəvayətə görə, Yunus bir kəndli ilə rastlaşır.


Qaxlı kəndli təbii, Yunusu tanımır. Nə bilə ki, kim qarşısında.


- Kimsən sən, yolçu, haradan gəlib haraya gedirsən? Üzün mənə tanış gəlmədi...- soruşan kəndlini təbəssümlə süzən şeyx Yunus susar, handan hana dillənər:


- İnsanam, candaş! Üzüm də insan üzü. Üz Həqqin nəzərgahıdır. Həqqə gedərəm, canım.


Şeyx Yunus Təbrizdən Qaxa yolçuluğunu "bir eşqdən bir eşqə sovrulduğum vaxt" adlandırmışdı.


Yol bitir, şeyx Yunus Qaxın Oncallı kəndindəki İbrahim bir Ruşən Əmir bin Yəbil bin Bidarül əs Sincaninin, tarixə "Əbu Səfvət" və "Tacuddin" kimi düşən Zahidi Geylaninin dərgahına çatır.


Burada onu Geylaninin xəlifələri şeyx Səfi, şeyx Əxi Yusif, Pir Hikmət və Əxi Məhəmməd qarşılayırlar.


"Xaneyi Şövqə çatdım, ya Həqq!" söyləyən şeyx Yunus çox sevinirdi.


Orada üç ay qalan və dərgahın şeyxi Sədr əd Din Xəyyaminin qonağı olan şeyx Yunus burada 5 azərbaycanlı dərvişi özünə şagird elan edir.


Həmin möhtərəm zatların adları belədir:

  • Gəncəli Abdulla Heyrani
    2. Şirvanlı Hüseyn Əli
    3. Qarabağlı İlyas Pəhləvan
    4. Şamaxılı Yusif Qəvvas
    5. Naxçıvanlı Həsən Cüneyd

  • Bu beş nəfərin ihyalarını, zikrlərini, sözlərini, ədəblərini və biliklərini çox bəyənən Şeyx Yunus Əmrə onlara xitabən "İhvanül yarənlər" söyləmişdi.


    Üç ay tez keçir.


    Şeyx Yunusun çox məşhur "Həqq cihana doludur" şeiri də məhz burada, Qaxdakı dərgahda yazılıb.


    Nə gözəl kəlmələr:


    "Kimsələr Həqqi bilməz,
    Onu sən səndən istə,
    O səndən ayrı olmaz.
    Dünyaya gələn keçər,
    Bir-bir şərbətin içər,
    Bu, bir körpüdür, keçər,
    Cahillər onu bilməz".


    Sufi dərvişlərin davranış qaydalarına, yəni "üsuli-ədəb"ə görə, dərviş yollandığı yerdə on gündən artıq qala bilməzdi. Fəqət, şeyx Yunus "onun doqquz misli qədər məst oldum Həqqə" deyibən Qaxda qalmışdı.


    Yunus Əmrə Qaxı tərk edəndən onun şagirdləri də dərgahdan yola çıxdılar.


    Gəncəli Abdulla Heyrani uzağa, Bəlxə getdi. Şirvanlı Hüseyn Əli arzusunu çin etmək üçün Mərvə yollandı. Qarabağlı İlyas Pəhləvansa qərbə, Balkan yarımadasına üz tutdu.


    Şamaxılı Yusif Qəvvas tale Bağdada apardı. Naxçıvanlı Həsən Cüneydsə Bizansa getdi.


    Onların taleləri qəhrəmanlıq, irşad, ziya saçmaq, bilik yaymaqdı.


    İkisi edam olundu, biri itkin düşdü, birini zəhərlədilər, biri isə "Şahü-mərdan" kimi tanındı.


    Bu isə ayrı ixtilatın mövzusu.


    İlla hu!

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Bakı-Sumqayıt yolunda qəza 20 Noyabr 2019, 00:43 Qarakənd faciəsinin 28 illik müəmması 20 Noyabr 2019, 00:24 Azərbaycan Slovakiyaya məğlub olur - YENİLƏNİR 20 Noyabr 2019, 00:11 Bakıda 34 yaşlı kişi bıçaqlandı 19 Noyabr 2019, 23:52 Azərbaycan nefti ucuzlaşıb 19 Noyabr 2019, 23:31 Leyla Əliyeva IDEA-nın “Urban Ecology” layihəsi çərçivəsində aksiyada - FOTO 19 Noyabr 2019, 23:13 Azərbaycan Slovakiyaya qarşı bu heyətlə oynayacaq 19 Noyabr 2019, 22:56 Bakıda avtobus sürücüsünü ürəyindən bıçaqladılar - FOTO 19 Noyabr 2019, 22:43 Gəncədə 32 yaşlı qadın itkin düşdü 19 Noyabr 2019, 22:25 Etirazlara rəhbərlik edənlər edam olunacaq 19 Noyabr 2019, 22:09 İlham Əliyev yaşlı qadının kredit borcu ilə bağlı tapşırıq verdi - VİDEO 19 Noyabr 2019, 21:51 Torpaq sürüşmələri  2391 can aldı 19 Noyabr 2019, 21:33 Bakı metrosunda sıxlıq 19 Noyabr 2019, 21:15 Suriyada məktəb atəşə tutuldu 19 Noyabr 2019, 20:59 60-a yaxın uşaq bağırsaq virusuna yoluxdu 19 Noyabr 2019, 20:44 Sayt rəhbəri 400 min avro cərimələndi 19 Noyabr 2019, 20:32 Azərbaycan Ukrayna ilə razılaşdı 19 Noyabr 2019, 20:15 "Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir" - ABŞ səfiri 19 Noyabr 2019, 20:02 Tbilisidə parlament binası qarşısında aksiya bərpa edilib 19 Noyabr 2019, 19:45 Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclığa başladılar 19 Noyabr 2019, 19:37 Saatlıda yolu keçən piyadanı avtomobil vurub öldürdü 19 Noyabr 2019, 19:26 Mirzə Cəlilin kötükçəsi Azərbaycan papağı ilə - FOTO 19 Noyabr 2019, 19:24 “Moody’s” 2020-ci ildə dünya iqtisadiyyatının inkişafı qarşısında duran əsas riskləri açıqlayıb 19 Noyabr 2019, 19:19 "Baklift-2"nin sabiq rəisi barəsində cinayət işi başlanıb 19 Noyabr 2019, 19:06 Gənc jurnalistin müsahibəsi Cəlil Məmmədquluzadənin nəticəsini necə Bakıya gətirdi... 19 Noyabr 2019, 19:03 Salyanda 27 yaşlı qadın dəm qazından boğulub 19 Noyabr 2019, 18:45 Lənkəranda zəlzələ olub 19 Noyabr 2019, 18:32 80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt FOTOLARDA 19 Noyabr 2019, 18:29 "Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - Prezident 19 Noyabr 2019, 18:02 Azəbaycan müəllimlərinə İsraildə təlim kursu keçirilir 19 Noyabr 2019, 17:50 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 19 Noyabr 2019, 17:43 “Məktəblinin dostu” layihəsi 19 Noyabr 2019, 17:36 Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı - FOTO 19 Noyabr 2019, 17:30 Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ 19 Noyabr 2019, 17:24 “Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR 19 Noyabr 2019, 17:16