Modern.az

Kitabxanalar kiril qrafikalı kitabları tullayırlar

Kitabxanalar kiril qrafikalı kitabları tullayırlar

Ölkə

24 Dekabr 2009, 15:35

Bir neçə ildir respublikamızda vaxtilə krill əlifbası ilə çap olunmuş, köhnə kitabların latın qrafikası ilə yenidən nəşri həyata keçirilməkdədir. Qeyd edək ki, bu işlər Prezident İlham Əliyevin 2004-cü ildə verdiyi kitabların latın qrafikası ilə nəşrinə dair sərəncamı əsasən tənzimlənir. Modern.az saytının məlumatına görə, bədii ədəbiyyatın latın qrafikası ilə nəşrini tenderin qalibi olmuş özəl “Şərq-Qərb” nəşriyyatı, elmi kiatbların nəşrini isə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən “Elm” nəşriyyatı həyata keçirir. Dövlət sifarişlərini yerinə yetirən “Şərq-Qərb” nəşriyyatından saytımıza bildirilib ki, kiril əlifbasında olan bədii ədəbiyyatın latın qrafikası ilə yenidən nəşri istiqamətdə görülən işlər əsasən başa çatıb. Nəşriyyatdan deyilib ki, işlər üç istiqamətdə həyata keçirilib. Əvvəlki iki istiqamətdə Prezidentin sərəncamına uyğun olaraq kütləvi satışa çıxarılmaq üçün deyil, yalnız ölkənin şəhər, rayon və kənd kitabxanaları üçün nəzərdə tutulan kitabların latın qrafikası ilə çapı reallaşdırılıb. Sonuncu mərhələdə isə dünya ədəbiyyatından olan kitablar latın qrafikası ilə nəşr olunub. Oxucular hazırda həmin kitablara “Kitab klubu” təşkilatı vasitəsilə abunə yazıla blirlər.

“Elm” nəşriyyatından aldığımız məlumata görə, burada əsasən elmi kitabların nəşri həyata keçirilir. Ənənəvi bölgü əsasında nəşr edilmiş kitablardan dördü A.F.Axundov adına Milli Kitabxanaya, ikisi Prezident Kitabxanasına verilir, digər ikisi isə Elmlər Akademiyasında saxlanılır.

Modern.az kirill əlifbalı kitabların aqibəti ilə də maraqlanıb. Sorğumuza cavab olaraq bildirilib ki, kitabxanalar latın qrafikası ilə nəşr edilən kitablar daxil olduqca, köhnə kitabları istifadədən çıxarır və tullantı kimi silirlər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır